Yaşlı və Cavan nəsil haqqında fikirlərim


Kollektiv insanın işə olan həvəsində hər zaman güclü təsirə malik olmuşdur. Fərqi yoxdur rəhbər işçisiz və ya tabe olan kollektivinizin bir parcası ola bilmirsiniz sə xəyallarınızın işndə işləyin yenə də narazı olacaqsınız. Bu yazımda sizinlə öz müşahidələrimdən yazacam. Qarşıma çıxan insanları iki yerə bölərdim:

  1. Cavan nəsil
  2. Yaşlı nəsil

Yaşlı nəsilin xarakteri

Ən xoşlamağım tərzlərdən biri insanlar haqqında ümumi danışmaqdır. Baxmayaraq ki 15 yaşımdan əmək fəaliyyətimə başlamışam 10 illik təcrübəm belə mənə insanlar haqqında ümumi fikir deməyə əsas bermir. Mən birgə işlədiyim yaşlıları 3 qrupa bölərdim.

Birinci qrup

Bu qrupa daxil olan insanlar bir an belə olsun  vaxt itirməyən, daima yeniliklərə can atan, daim öz üzərində işləyən insanlardır. Bu insnlarla işləmək mənə hər zaman zövq vermişdir. Güclü nəzəriyyə və illərlə qazanılmış təcrübə bu insanları adətən canlı ensiklapediya edir. Bu cür insanlar əsasən xaricdə təhsil almış, xarici şirkətlərlə işləmiş insanlardırlar. Bu cür inasnlar nəinki gənc nəsillə rəqabətdən qorxmur hətta onları yetişdirib rərabətə hazırlayirlar.

İkinci qrup

Bu qrupa daxil olan insanlar çox güclü idarəcilərdirlər və öz müdrükliyi ilə seçilirlər. Baxmayaraq ki hər sahənin özünə uyğun tələbləri var, liderliyin xarakteri demək olar ki bütün sahələrdə eynidir. Bu qrupun üzüvləri qərar verərkən heç vaxt tələsmir. Bələd olmadığı sahə haqqında qərar verməli olduqda cavan nəsillə məşvərət etməyə çəkinməzlər. Bununla yanaşı avtaritetlərini hər zaman qorumağa nail olurlar. Ətrafında hər zaman məşvərət edə biləcəyi savadlı insanları toplamağı bacarırlar. Özləri karyerada yüksəldikcə ətrafındakıları da onunla eyni dərəcədə irəliləyir.

Üçüncü qrup

Bu qrupa daxil olan insanlar öz vəzifələrinin tələblərini ödəməsələr də müəyyən bir pozisiyaya sahibdirlər və özləri də bunun fərqindədirlər. Bu səbəbdən də ətrafından daha girişkən insanları potensial təhlükə kimi görürlər. Bu cür iqrupun üzüvlərinə nəyisə qəbul etdirməyin iki yolu var. Ya bu şəxsdən daha böyük səlahətlərə malik olmalısan ya da öz fikirini onun fikirindən törəmiş fikir kimi təqdim etməlisən. Bu cür insanlar yeniliklərə daha doğrusu dəyişikıilərə hər zaman açıq olmurlar. Cünki dəyişiklik özü ilə qeyri müəyyənlik gətirir.

Gənc nəsilin xarakterləri

Gənc nəsil çox dəyişik olduğu üçün onları qruplaşdırmaq da çətindir. Lakin gənc nəsilin də icində bir birinə oxşar qruplar var.

Birinci qrup

Bu qrupa daxil olan insanlar çox enerjili, böyük idealları olan, iddialı gənclərdilər. Belə gənclər onlara verilən hər fürsətdə özlərini subut etməyə çalışırlar. Bu gənclər işlərində hər zaman keyfiyyətə üstünlük verirlər. Onlar üçün hər iş yeni bir referansdır. Asanlıqla rəqabətə girir çox vaxt isə kampramisə getmirlər. Digər bir cəhətləri isə bu qrup üçün şəxsi maraqlar ümumi kallektiv maraqlarınan önəmlidir.

İkinci qrup

Bu qrup gənclər ela kamanda oyuncularıdırlar. Onlar hər zaman iş yoldaşlarına kömək etməyə hazırdılar. Bu prup gənclər kollektivin rəqabətini qazanmağı bacaran gənclərdir. Bu cür gənclər əsasən işlədikləri yerdə karyera qurmağa çalışırlar. İşlədikləri kallektivə və məsisəyə qarşı çox sadiqdirlər.

Üçüncü qrup

Bu qrup gənclər mühafizəkar gənckəldirlər. Belə gənclər gənc yaşlarında uğur qazanır və bu uğuru kölgəyə sala biləcək hər şeyə qarşı aqresiv reaksiya verirlər. Yaşlı nəsilin 3-ce qrupunun cavan versiyasıdılar.

Dördüncü qrup

Bu qrup gənclər nisbətən passivdilər. Onların hec bir iddiasi yoxdur. Hər şeyi axarına buraxırlar. Yeniliklərə can atmırlar. Bir müəsisədə uzun müddət eyni pozisiyada işləyə bilirlər. Özləri üzərində işləmirlər. Nisbətən tənbəldirlər.

Qarşınıza nə cür insan çıxır sa çıxsın unutmayın ki, hər bir insan özlüyündə unikaldır və öznə məxsus yanaşma tələb edir.

Posted in Uncategorized | Leave a comment

2013 – cü ilin İŞ VAXTI NORMASI (Istehsal Teqvimi)


Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2013-cü il üçün işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları bildirir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və Nazirlər Kabinetinin “2013-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 12 dekabr 2012-ci il tarixli 309 nömrəli qərarına əsasən 2013-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1-2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

Davanını oxu…

Posted in HR, Mühasibatlıq, Menecer, Menecment | Tagged , , , | 2 Comments

İnsanların etimadını itirməkdən sə, pulumu itirməyi secərdim. (Zərərə fərqli baxış)


İşinizi nə qədər yaxşı yerinə yetirməyinizdən aslı olmayaraq iş prosesində hər zaman xətalar baş verir. Xətalar da öz növbəsində şirkətə və ya biznesə zərər verir. Burada diqqət yetiriləsi məsələ isə bu zərərin kim tərəfindən ödəniləcəyidir (Türkcə desək kimə faturalanacak). Bunu müəyyən etmək üçün bu zərərə baxış tərzinizi müəyyənləşdirməyiniz vacibdir. Bu yazımda sizinlə zərərə baxış tərzimi sizinlə bölüşəcəm.

Səbrli olun

Bir işin qısa yolunu axtarmaq əladır. Lakin hər zaman effektli deyil. Bu səbəbdən də öz biznesinizi yaradarkən qısa müddətdə varlanmağa və xeyirlə işləməyə çalışmayın. Çünki bu Davamını oxuyun

Posted in Menecer, Menecment, Ticarət, İdarəetmə | Leave a comment

İnsanlara Zamin Duran Kağızlar


Son bir ildə qatıldığım müsahibələrin sayını və tanış olduğum insanların adlarını unutmuşam. Bu müsahibələr zamanı özümə tez-tez: “biz neynəyirik axı?”. Çox bacarıqlı insanları çox ucuz səbəblərlə itirmişik. Bu səbələrin ən ucuzu isə sertifikat tələbidir. Bu yazımda bu məsələyə toxunmaq istəyirəm.

Ümumiyyətcə bu kağız parcaları nəyə lazımdır?

Kağız özü üzlüyündə hüc bir məna ifadə etmir.  Önəmli olan bu kağızın üzərində yazılanları kim təsdiq edir. Bir sözlə məlumatın düzlüyünə kim zəmanət veriməsi önəmlidir. Yadımdadır bir ara Azərbaycanda özəl unuversitetlərə etibar yox idi. Səbəbi isə çox sadə idi. Yeni yaranmışdılar, ordaki tədris haqqında az bir kütlənin məlumatı var idi. Geridə qalan tanıdığı, etibar elədiyi və ya başqalarının etibar elədiyi birinə güvənməyə çalışır. Fikrimcə bu işin asan yoludur. Tarixdə savadlı insanların məktəbdən və ya universitetdən qovulmasının bir cox nümunəsi var. Halbu ki, işə götürən özü yoxlamalıdır ki, qarşısındakı insan onun tələbatını ödəyəcək bacarıqdadır ya yox. Elə müsahibələrin də məqsədi budur. Əfsuslar olsun ki, müsahibənin düzgün təşkilini bacaran insanların sayı məhdudur. Əksər müsahibələrdə CV-də yazılan məlumatların təsdiqini istənildiyinin şahidi oldum.

Davamını oxu

Posted in HR | Tagged , , , , , | Leave a comment

Vəzifə insanı niyə dəyişir?


Təbii ki burda pisə doğru dəyişiklikdən söhbət gedir. Bu sözləri kiminsə haqqında deməmişdən ilk öncə bir şeyi düşünün: “Adam həqiqətən dəyişib yoxsa sən qısqanırsan”. Əgər bu mərhələdə ədalətli olsan növbəti mərhələdə cavabını tapacaqsan.

Streotiplərin qurbanı olur

Hər kəs məsləhət verməyi sevir. Çox nadir insanlardır ki bilmədiyi şey barəsində məsləhət verməsin. Təcrübəmdən bir tək məhsuliyyəti böyük olduğu halda məsləhət verməkdən çəkindiklərini gördüm insanların. Bu işdədə belədir. Yeni vəzifəsi qalxmış insana evdə ailə üzüvlərindən tutmuş, iş yoldaşlarının özlərinə kimi hər kəs məsləhət verir. Məəsləhət, məşvərət əladır lakin məsləhət alan da özündə məhsuliyyət hiss edib o məsləhətləri ölçüb biçməlidir. Uğur qazanmağın yolları haqqında milyonlarla kitab və məqalə var. Bunların içindən ən düzünü seçmək sənin işindir. Ən böyük səhvlər stretiplərlə yaranır. “Sovetdən qalma nəsilin” idarəetmə anlayışı:

  • İşçiyə üz vermə
  • İşçinlə zarafat eləmə
  • İşçin səndən qorxmalıdı
  • Kimin rəis olduğunu göstər və s.

Davamını oxu

Posted in lider, Liderlik | 2 Comments

Incoterm 2010


Əvvəlki yazılarımda beynəlxalq ticarətdə çadırılma metodları (incoterms 2000) haqqında yazmışdım. Bu yazıda isə incoterm 2010-dakı dəyişiklikləri qeyd etmək istəyirəm.
İncoterm dəyişiklikləri

Davamını oxu

Posted in Ticarət | Leave a comment

İslam və ticarət (Mübahisənin həlli)


İslam hüququbda isbat olunmadıqca fərd günahsız və borcsuzdur. Bu qayda eyni zamanda vəziyyətlər tam dəqiq bilinməyən insanlar haqqında ön fikirli olmağın qarşısını alır və onlarla xoş niyyətli olmağı gərəkdirir. Bu zaman unudulmaması gərəkən İslamda sui istifadə də həssas nöqtələrdəndir. İnsanlar haqqında xoş fikiri aradan qaldıracaq sözlərin yayılması İslam əxlaqına sığmır. Peyğənbərimiz (s.a.s.) dostlarına biri-bir haqqında ön mühakimə  yaradacaq  və etibarını zədələyəcək fikirləri yaymağı qadağan etmişdir. Ki, bu önmühakimə puc çıxdıqda qarşı tərəf də mühakiməyə başlayacaq bu da tərəflərin arasında konfliktə səbəb olacaq.

Məsələn:
Müştəri satıcıya gələrək deyir ki, malı əksik çıxıb. Bu zaman satıcı dərhal müştəricini qaralayıb onu aldatmaq istədiyini dünüb dərhal da fikirini bildirirsə. Sonradan məlum olursa ki saticinin köməkcisi səhvən qutunun birini yükləməyib bu zaman müşdəri satıcını qaralayıb əlaqəsini kəsəcək.  Hal bu ki iki tərəfdə sakit danışıb hər şeyi aydınlaşdırsa gec tez məsələ həll olunacaq.

Bu səbəbdən ticarətdə problem yarandıqda tərəflər bir birini dinləməli və problemin birgə həllini danışaraq (müzakirə edərək) həll etməyə çalışmalıdır.

Qaynaq: “İslam İş və Ticarət Ahlakı” Prof. Saffet Köse

Hörmətlə: Elçin Çobanov

Posted in İsalm Və Ticarət | Tagged , , | Leave a comment