Xarici Ticarətdə Çatdırma Növləri



Beynəlxalq Ticarət Palatası (İCC) tərəfindən qəbul olunmuş standartlar əsasında işləyir. Hər kəs tərəfindən eyni cür başa düşülən İncotermlərlə ifadə olunur. Əsas məqsəd ticarətdə etibarlı bir daşıma sistemi yaratmaq, müxtəlifliyin qarşısını almaq, pul və zaman itkisinin qarşısını almaqdır.

Dörd qurupa bölünür

  1. E Qrupu
  2. F Qrupu
  3. C Qrupu
  4. D Qrupu

E Qrupu

EXW (Ex Works / ex warehouse): Bu müqaviləyə  əsasən İxaracatcı malları İdxalcının nümayəndəsinə satış mərkəzində və ya başqa yerdə(Zavod, anbar və s.) təqdim etdiyində bütün məhsuliyyətdən azad olur. Export və yükləmədən məhsul olmadığı üçün saticinin minimum risk öhdələndiyi, bunun əksinə alıcının bütün xərc və riskləri öhdələndiyi razılaşma növüdür.

F  Qrupu

FAS (Free Alongside Ship): Bu müqaviləyə gorə satıcı malları müqavilədə götərilən vaxta və limandakı kanteynerlərə boşaltığı anda malı çatdırmış sayılır. Bu da o mənaya gəlirki həmin andan etibarən malın itməsi və zədələnməsi riski alıcıya keçir. Satıcının məhsuliyyəti malı export üçün hazır etməklə bitir.

FCA (Free Carrier): Bu müqaviləyə əsasən satıcı mlları hazir etdikdən sonra, malları Müqavilədə gostərilən yerdə və adı cəkilən Daşıyıcıya təslim etməlidir. Bu zaman təslim yerinin yükləməyə təsiri vardır belə ki, əgər təqdim yeri satıcının ərazisidirsə (Zavod, anbar və s.) yükləməni də satıcı həyata keçirir. Yox əgər başqa yerdə baş verirsə Satıcı yükləmədən məhsul deyil. Bu razılaşma istənilən növdən(quru, dəniz və hava) və ya bir necəsindən istifadə mümkündü daşımada istifadə edilə bilər.

FOB (Free on Board): Bu müqaviləyə əsasən satıcı malları adı çəkilmiş limanda adı çəkilmiş gəminin gövdəsində təhvil verdikdə malları çatdırmış sayılır. Bu nöqtədən sonra bütün maliyyətlər və risklər alıcıya keçir. Malların export üçün hazirlama məhsuliyyəti isə satıcıya aitdir. Bu termin yalnız dəniz daşıması və qapalı su hövzələrindəki daşımalar üçün nəzərdə tutulur. Əgər konflikt nəticəsində FOB dan istifadə münkün deyilsə FCA məqsədə uyğundu.

C  Qrupu

CFR (Cost and Freight): Bu müqaviləyə əsasən satıcı malları gəminin gövdəsində təslim edikdə malları çatdırmış sayılır. Bu nöqtəyə kimi bütün xərclər həmcinin fraxt(Malı daşıma haqqı) satıcıya aitdir. Malların exporta hazirlanması da satıcının öhdəliyindədir. Mallar yola düşdükdən sonra yaranan bütün xərclər və malların itmə riski alıcıya kecir. Bu termin yalnız dəniz daşıması və qapalı su hövzələrindəki daşımalar üçün nəzərdə tutulur. Əgər konflikt nəticəsində CFR dan istifadə münkün deyilsə CPT məqsədə uyğundu.

CIF (Cost, Insurance and Freight): Bu müqaviləyə əsasən satıcı malları gəminin gövdəsində təslim edikdə malları çatdırmış sayılır. Bu nöqtəyə kimi bütün xərclər həmcinin fraxt(Malı daşıma haqqı) satıcıya aitdir. Bundan əlavə satıcı malların catırılmasında təminat olaraq malları sığortaladır. Malların exporta hazırlanması da satıcının məhsuliyyətindədir. Bu termin yalnız dəniz daşıması və qapalı su hövzələrindəki daşımalar üçün nəzərdə tutulur. Əgər konflikt nəticəsində CIF dan istifadə münkün deyilsə CIP məqsədə uyğundu.

CIP (Carriage and Insurance Paid To): Bu müqaviləyə əsasən satıcı malları yüklədikdən sonra malları çatdırmış sayılır. Satıcı malları istədiyi daşıyıcı ilə göndərə bilər lakin bu zaman nəzərdə tutulmuş nöqtəyə kimi daşıma xərcini də ödəməlidir. Bu o deməkdir ki alıcı mallar çatırıldıqdan sonra riskləri öhdələnir. Buna baxmayaraq satıcı daşıma əsnasında baş verəcək bütün risklərdən alıcını qorumaqdan ötrü malların sığortalanmasını da öhdəsinə götürür. Malların exporta hazırlanması da satıcının məhsuliyyətindədir. Satıcı malları birinci daşıyıcıya təhvil verdiyi andan bütün risklərdən azaddır. Bu razılaşma istənilən növdən(quru, dəniz və hava) və ya bir necəsindən istifadə mümkündü daşımada istifadə edilə bilər.

CPT (Carriage Paid To): Bu müqaviləyə əsasən satıcı malları yüklədikdən sonra malları çatdırmış sayılır. Satıcı malları istədiyi daşıyıcı ilə göndərə bilər lakin bu zaman nəzərdə tutulmuş nöqtəyə kimi daşıma xərcini də ödəməlidir. Bu o deməkdir ki alıcı mallar çatırıldıqdan sonra riskləri öhdələnir.  Satıcı malları birinci daşıyıcıya təhvil verdiyi andan bütün risklərdən azaddır. Malların exporta hazırlanması da satıcının məhsuliyyətindədir. Bu razılaşma istənilən növdən(quru, dəniz və hava) və ya bir necəsindən istifadə mümkündü daşımada istifadə edilə bilər.

D  Qrupu

DAF (Delivered At Frontier): Bu müqaviləyə əsasən satıcı malları alıcının ərazisinə yaxın yerdə (sərhətdə) təslim etməlidir. Lakin malların boşaltması xərcləri ona ait deyil. Malları exporta hazırlanması satıcıya aitdir. Malların gömrükdən keçirilməsi(İmport) isə alıcıya aitdir.  Frontier (sərhəd) deyildikdə hansı sərhəd sualı ortayta çıxır ona görə də bu nöqtə müqavilədə dəqiq göstərilməlidir. Bu növ razılaşma quru daşıması üçün idealdır əgər dəniz yolu ilə daşınma nəzərdə tutulursa DES və ya DEQ məqsədə uyğundur.

DDP (Delivered Duty Paid):  Bu müqaviləyə əsasən satıcı malları alıcının ərazisində özünə təqdim edir. Bu zaman İmport da satıcıya aidir. Boşaltma isə alıcıya aitdir. Bu zaman daşıma zamanı baş verə biləcək bütün xərclər və risklərsatıcıya aitdir. Bura həmcinin gömrük xərcləri və vergilər də daxil edilir. Əgər tərəflər bu xərclərin alıcı tərəfindən öhdələnməsini istəyirsə DDU məqsədə uyğundur. Bu növ müqavilə bütün növ nəqliyyatlar üçün uyğundur. Əgər siz malları limanda qəbul etmək istəyirsinizsə DES və ya DEQ məqsədə uyğundur.

DDU (Delivered Duty Unpaid): Bu növ müqavilə DDP nin oxşarıdır sadəcə satıcı gömrükdən keçirmə (İmport) xərclərindən azaddır.

DEQ (Delivered Ex Quay): Bu müqaviləyə əsasən satıcı malları alıcıya alıcının ərazisində limanda gömrükdən keçməmiş şəkildə təqdim edir. Bu zaman satıcı malların daşınması və yaranacaq bütün xərcləri öhdəsinə alır. Həmçinin boşaltma xərcləri də satıcıya aitdir. Alıcılar isə malların gömrük qeydiyatından, vergilərdən və birokratiyadan məhsuldur. Bu termin yalnız dəniz daşıması və qapalı su hövzələrindəki daşımalar üçün nəzərdə tutulur.

DES (Delivered Ex Ship): Bu müqaviləyə əsasən satıcı malları alıcının ərazisində importa hazırlanmamış və boşaldılmamış (gəmidə) təhvil verir. Satıcı butün daşıma və daşıma zamanı ortaya çıxacaq bütün riskləri öhdəsinə alar. Alıc da öz növbəsində digər xərcləri öhdəsinə götürür. Bu termin yalnız dəniz daşıması və qapalı su hövzələrindəki daşımalar üçün nəzərdə tutulur.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Beynəlxalq ticarət, Ticarət. Bookmark the permalink.

One Response to Xarici Ticarətdə Çatdırma Növləri

  1. Pingback: Incoterm 2010 | Way To Achievement by Elchin Chobanov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s