Səlahiyyət (Hakimiyyət)


Hakimiyyət başqalarının davranışlarına təsir etmək qabiliyyətidir. Hakimiyyət səlahiyyətin əsas göstəricisidir. Bu bir növ güc göstəricisidir. Uğurlu menecer olmaq üçün həmkarlarına,işçilərinə və rəislərinə təsir etmə bacarığına sahib olmalısan. Aşağıda hakimiyyətin növləri göstərilmişdir.

Qanuni hakimiyyət

Menecer olaraq sizin vəzifəniz (pozisiyanız) tabeciliyinizdə olan işçilər üzərində hakimiyyət yaradır. Bundan başqa şirkət tərəfindən sizə sizinlə eyni səviyyədə olan menecerlərdə olmayan bir sıra səlahiyyətlər verilə bilər. Məsələn: Sizin (HR menecerin) icazəniz olmadan şirkətə yeni işçi qəbul edilə bilməz. Baxmayaraq ki Maliyyə meneceri də sizinlə eyni səviyyəli menecerdir amma bu səlahiyyəti yoxdu.

Bundan başqa qanuni hakimiyyət (yakimiyyət) nümayəndə və ya agentə də verilə bilər.

Mükafatlandırma bacarığı

İşçiləri mükəfatlandırmaq və maddi resurslar üzərinə qərar vermə səlahiyyəti olan menecerlər bu vasitədən hakimiyyət vasitəsi kimi istifadə edə bilərlər.

Məcbur etmə bacarığı

Başqalarını məcbur etmə və cəzalandırma səlahiyyəti də öz növbəsində menecerə hakimiyyət verir. Bu çox vaxt qanuni səlahiyyətdən yaranır. Məsələn: HR menecer işçilər arasında nizam intizam qaydalarını qorumaq üçün onları cəzalandıra bilər. Bu da öz növbəsində ona işçilər üzərində hakimiyyət verir.

Referent Hakimiyyət

Karizmatik və sevilən menecerlərin hər zaman başqaları üzərində təsir qüvvəsi vardır. Çünki tapeciliyində olanlar və həmkarları onunla xoş münasibəti qorumağa çalışırlar. Onlar da bunu zaman zaman istifadə edirlər.

Ekspert Hakimiyyəti

Bəzən bir qərar qəbul etmək üçün ekspertə müraciyyət edirlər. Onların verdiyi qərara əhəmiyyətli olduğu ücün bəzi menecerlər öz fikirlərini onlar vasitəsi ilə həyata kecirirlər.

Məlumat

 Məlumat hər zaman hakimiyyət yaradır. İşi haqqında dolğun məlumatı olan menecer ekspert qədər söz sahibidir. Çox məsələlərdə onun fikrini örgənirlər, məsləhətlər alırlar.

Yoldaşlıq və əməkdaşlıqdan yaranan hakimiyyət

Söz sahibi və hörmətli insanlarla münasibətdə olanda onların hakimiyyətinin bir hissəsi sizə keçir. Bu cür menecerlər qanuni səlayiyyəti olmayan işləri münasibətdə olduqları insanlar vasitəsi ilə həyata keçirə bilirlər.

Qrup hakimiyyəti

Qrup hakimiyyəti fərdi yakimiyyətlərin bütünündən güclüdür. Xüsusi ilə də bu qrupda söz sahibi olanlar üçün.

Siyasi Hakimiyyət

Bəzi menecerlər bir sira siyasi yollara əl ataraq digər menecerləri ətrafina toplayaraq qruplaşma yaradır. Beləcə qrup hakimiyyəti yaranır.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in lider, Liderlik, Menecer, Menecment, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s