Qurumlar və fərdlər


Əgər müəsisə daxili ahəng, uyğunlaşma əldə edilməzsə müəsisə hədəflərinə çatmaq mümkün olmayacaq. Müəsisə üzüvləri məsisəyə bağlılıqları səviyyəsinə görə müəsisə hədəflərini yəyata keçirmək yönündə qərarlar verirlər. Öz mənfəətlərini düşündükləri qədər, şirkətin daimiliyini və inkişafını da düşünməlidirlər. Bunun üçün şirkət hədəflərini fərdlərə qəbul etdirmək lazımdır.

Hədəflərə qarşı maraq

Bir müəsisədə işləyən zaman idarəcilər və işçilər, bir sıra fərdi məqsədlərinə çatmaq üçün əməkdaşlığa razı olurlar. Bu məsqədlər müxtəlif ola bilər( vəzifə sahibi olmaq, daimi qazanc yerinə sahib olmaq, mükəfatlandırılmaq və s.).  Fərdi maraqlarına en uyğun və ən qısa yoldan  çatmaq istəyən  fərdlər müəsisənin daimiliyini,inkişafını, digər müəsisələrlə rəqabətciliyini və oxşar məqsədlərlə uyğunlaşmaya bilər. Əksər hallarda bu uyğunsuzluq fərdlərin şəxsı maraqları ilə əlaqəli olur.

İnsanlar şəxsi məqsəd çatmaq üçün çoxlu əmək sərf edirlər. Buna görə də məqsədlərinə nail olanda xoşbəxtlik əks halda məyusluq hiss edirlər. Bu səbəbdən seçim qarşısında qalanda öz məqsədlərinə nail olacaqları variant münkün olmayanda məqsədlərinə ən yaxın olan variantlardan birini seçirlər.

İnsanların şəxsi məqsədlərinə bağlılıqlarını zəiflətməklə müəsisə məqsədlərini uyğunlaşmasını təmin etmək olar. Bunun ən yaxşı yolu ikinci variantı seçmələrini təmin etməkdir. Yəni ki fərdlərə məqsədlərinə ən yaxın vaiantı qəbul etdirməkdir. Bəzi insanlar var ki məqsədlərinə o qədər bağlıdırlar ki, məqsədəlinə nail olmaqda hec bir kanpramisə getmirlər. Belə insanlara “xəyalpərəst və ya utopist”deyirlər. Bu insanlar öz maraqları ucbatından müəsisə daxilində uyğunlaşa bilmir və çox vaxt digər fərdlər və ya öz istəkləri ilə təklanirlər. Bəzi insanlar isə istənilən məqsədlərinə 100%lik nail ola bilməyəcəklərini bilir və şərtlərə görə bəzi fədəkarlıqlar etmək lazım olduğuna inanaraq elastik davranırlar.  Dəyişkən şəraitləri dəyərləndirərək öz xeyirlərinə çevirirlər. Belə insanlar fürsətləri dəyərləndirirlər.

Qruplaşma

Bəzi insanlar özləri ilə eyni zövqlü, eyni düşüncə tərzi eyni məqsədləri olan insanlarla birləşərək daha güclü bir qrup yaradırlar. Burda diqqət olunası nöqtə bu qurupu bir birinə bağlayan məqsədin təkcə geniş miqyaslı məqsədlərin qəbulundan ibarət olmamasıdır (ailəyə bağlılıq və ya vətən sevgisi kimi). Müəsisə isə bu cür qrupları bir yerə yığan ünsür olduğu üçün qrup üçün əyəmiyyətə malikdi. Bu səbəbdən qrupa ait olmaqdan yaranan qürür hissi dolayısız olaraq müəsisəyə ait olaqdan məmunluq hissinə çevrilir. Bu hiss insanların fərdi satatus və etibarlarına verdikləri dəyərlərə bənzər bir hissdir.Bu cür hallarda fərdlər tərəfindən müəsisənin məqsədləri aid olduğu prupun məqsədləri kimi qəbul etdiyi üçün əhəmiyyət verilir. Beləliklə fərdlər şəxsi istəkləri ilə müəsisə maraqları arasında uyğunlaşma yaradır.

İnsanlar müəsisəyə qarşı bu cür özününküləşdirmə hissi bəslədikcə şirkətin davamlılığını qorumaq istəyi yaranır. Bu fərdlər şirkətin inkişafına və dainiliyini qorumağa qarçı güclü bir istəyə sahib olurlar. Burdan belə nəticəyə gəlmək olar ki əgər fərdlər arasında  şirkətə qarşı özününküləşdirmə hissi yaradılmasa şirkət maraqları ilə fərdi maraqlar arasında uyğunlaşma olmayacaq.

Fərdi dəyər qazanma istəyi

Müəsisə maraqlarına qarşı bağlılıq hissləri müxtəlix olan insanlar, fərdi maraqları baxımından da fərqlidirlər. Bir qrup insanlar eqoist, diqərləri xeyirxah və hətta müəsisə maraqları üçün ölməyə belə yazır insanlar olur. Müəsisə üzüvlərinə yüksək maaş, təriflər, şöhrət və s. verməklə fərdi istəklərinin bir qismini qarşılaya bilər. Hər hansı fərdin məmuniyyəti hədəflərdən çox fərdi istəklərə bağlıdırsa, şirkət hədəflərindəki dəyişiklik məmuniyyətlərində bir azlmaya yol açmaz. Hər həyata keçirilən istək yeni bir istəyin yaranmasına yol açır. Lakin müəsisə fərdlərin istəklərini və arzularını həyata keçirməlidir. Misal üçün şirkətə pul qazanmaq üçün gələn birinin maddi vəviyyətində dəyişmə olmazsa və ya dəyişmə gecikdirilərsə həmin fərdin qrupa olan bağlılığı azalmağa və yox olmağa başlayar.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Maddi Təşviq, Menecer, Menecment, Motivasiya, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s