Vaxt itkisinin qarşısını alın (Time managment)


Ən böyük vaxt itkisi vaxtını əsas işinə sərf etməməkdir. Bunun üçün effektiv vaxtın idarə edilməsi sistemlərindən birini seçin.  Vaxt itkisinə yol açan  hərəkətlər çoxdur. Onlardan ən çox rast gələnləri nəzərdən keçirək.

Telefon zəngləri

Ən yaradıcı dövründə insana zəng gələndə diqqətləri dağılır və dilxor olurlar. Nəysə bir işə başlamamışdan öncə katibə və ya teloncuya zəng qəbul etmək istəmədiyinizi bildirin. Sorğu sistemi və ya qeri zəng etmə sistemi yaradın az prioritetli zamanınızda geri zəng edin.

Dəvətsiz ziyarətçilər

Bu baş verən zaman yerinizdən qalxın və onu qarşılamaq üçün hərəkət edin. Nəzəkətli olun və cəld suallarına cavab verin. Onunla bərabər qapıya tərəf hərəkət edin. Vaxtınızın olmadığını daha rahat danışmaq üçün başqa bir vaxt razılaşın.

Nizamsız yazı işləri

Kağılarınızı müvafiq qruplara bölün və ayrıca fayllara yığın. Beləliklə nəyi harda axtaracağınızı biləsiniz.

Öhdəliklər

Hədindən artıq işləmək istəyi bəzən normadan artıq yüklənməyə gətirib çıxarır. hədəflərinizə çatmaq üçün vacib olmayan öhdəliklərə razı olmayın. YOX deməyi bacarın

Səyahət və Gözləməyə itirilən vaxtlar

Bu vaxtları oxumaq üçün istifadə edin. Kağız işlərinisi bu vaxta salaraq fürsətdən istifadə edin. Həmcinin bu vaxtda vaxtınızı planlaya və ya planlarınıza dəyişiklər etmək üçün də istifadə edə bilərsiniz.

İclaslar 

Sadəcə vacib iclaslarda iştirak edin və əmin olun ki bu işinizin yararına olan toplantıdır. İclasa əvvəlcədən hazırlaşın və əmin olun ki digərləri də sizin qədər hazırlıqlıdırlar. Toplantıları vaxtında və nəzakətlə bitirin.

Zəif kamunikasiya

Başqaları ilə sövdələşmə və razılaşmalar zamanı zəif kominikasiya vaxt sərfinə gətirib çıxarır. Əmin olun ki digərləri tapşırığın vaxtı, yeri, səbəbi və məğzi barəsində məlumatlıdırlar. Eyni zamanda onların da nə istədiklərindən əmin olun.

Səhf zamanlama

Gecikmələr, vaxtından əvvəl bitirmə, uzadılmış fasılələr də vaxt itkisinə gətirib çıxarır. Ona görə vaxtı dəqiqliklə nəzərətdə saxlayın.

Enerjinizə nəzarət edin

Günlərə və həftələr ərzində insanın enerjisi artır və azalır. Enerjili və az enerjili vaxtlarınızı müəyyənləşdirin. Tələb olunan əsas işlərinizi enerjili vaxtlarınıza salın, az enerjili vaxtlarınızı rutin işlərinizi tamamlamağa saxlayın.

Sağlamlıq

Sağlamlıq halı insanın həyatının bütün sahələrinə təsir edir.Fiziki və mənəvi formanızı qoruyun. pəhrizlə və sağlam qidalarla qidalanın. Şəxsi yəyatınıza lazımınca vaxt ayırın ailənizlə, dostlarınızla vaxt keçirin. Sevdiyiniz işlərlə məşğul olun.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Menecer, Menecment, Time management. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s