Korperativ Ruhu


Ruh səviyyəsi həm fədlər üçün həm də qrup üçün istifadə olunur. Şirkət ruhu qısaca bir şirkətə hakim olan atmosferdir. Biz əsasən qrup(şirkət) ruhunun nə olduğunu, necə ölçülməsi və yüksəldilməsi yollarıni təsbit etməliyik. Cünki şirkət kollektivinin hissəsi olan bir qrup fərdlərin bir iş atmosferi içində, xoş məramla ortaq hədəflərə doğru birlikdə irəliləməlidirlər. Bu səbəbdən şirkətdə kamanda ruhu yaradılması, işbirliyinin təmin edilməsi şərtdir. Şirkət ruyunun yaradılmasında ən vacib faktor insan münasibətlərinin yaradılmasıdır.

Şirkət ruhu dinamik bir qavramdır və daim dəyişməkdədir. Şirkət ruhunu daim yüksək səviyyədə saxlamaq üçün işlər görülməlidir.

Fərdlərin ruh səviyyəsinin artırılması

Fərdlərədə onların enerjisini artıran, gələcək haqqındakı ümüdlərini artıran və onlarda yaşamaq həvəsi yaradan, dəyərlər bütünü təbliğ etmək lazımdı. İnsanlar bu dəyərlər olan şirkətdə işlədiklərinə inanmalıdırlar. Fərdi dəyərlərlə qrup dəyərləri uyğunlaşmalıdır və grup halında ortaq hədəflərinə nail olmaq üçün güclərini birləşdirməlidirlər. Müəsisədəki fərdlərin ruh yüksəkliyini təmin etməyin ən önəmli faktoru effektiv Kadr Siyasətinin seçilməsi və düzgün şəkildə icra olunmasıdır.

Qrup(ümumi) ruh səviyyəsi

Müəsisədəki ümumi ruh səviyyəsinə təsir edən faktorlar çoxdur. Ancaq bunlar  içində üç faktor digərlərindən daha təsirlidir

  1. Qrup üzüvlərinin hansı səviyyədə ümumi məqsədlərinin olması
  2. Bu ümumi məqsədlərin fərdlərin şəxsi məqsədlərinə nə ölçüdə xidmət edəbiləcəyi
  3. Grup üzüvlərinin ortaq məqsədlərinə necə çata biləcəkləri

Güclü ruh səviyyəsi üçün

  • Birlik və kamanda ruhu
  • Iradə hissi
  • Hərəkətlilik hissi
  • Məyusluq hissinə qarşı dirənənmə gücü
  • Məqsədlərinə bağlılıq və liderə heyranlıq hiss olmalıdır

Zəif ruh səviyyəsinin səbəbləri

  • Hissiyatsızlıq və arxayınçılıq
  • Mübahisələr
  • Qısqanclıq
  • Fərdiçilik
  • Pisniyyətlilik

Ruh səviyyəsi analiz edilərkən diqqət edilməsi lazım olan əsas məsələlər fərdi xoşbəxtlik, məmuniyyət hissi və mühütə rahatlıqla uyğunlaşa bilmək kimi insan keyfiyyətləridir.Şirkətin məqsədlərini həyata keçirən işçilərin öz şəxsi  məqsədlərini də həyata keçirməyə şərait yaratmaq yüksək əhval ruhiyyə yaradır. Lakin bu təkbaşına kifayyət etmir. Çünki məqsədlər, sadəcə bir insanın səyləri ilə amma bir çox  insanın iştirakı ilə həyata keçməkdədir. Qrupun hər bir üzvü öz məqsədləri uğruna qrupa daxil olmaqdadır. Buna görə yuxardakı şəraiti yartmaq və yüksək ruh səviyyəsi əldə etmək üçün birlik və kamanda ruhu gərəkdir. Bu hiss fərdlər arasında bir münasibəti etməkdədir və aşağdakı xüsusiyyətləri var:

  1. Qrup üzüvləri “Mən”dən çox “Biz”i düşnürlər
  2. Öz aralarında bir yarış və birlik atmosferi mövcuddur
  3. Qrup üzüvlərindən birinin uğuru hamının uğuru kimi dəyərləndirilməkdədir

Bundan başqa qrup yəyata keçirmək istədikləri arzular üçün toplu iradə nümayiş edir və asanlıqla bu arzulardan əl çəkmir. Qurup içində işləmək sevinci olur. Qrup icindəki tənqidlər məqsədə catmaq üçün olduğundan xoşluqla qarçılanır. Beləliklə qrub birliyi, kamanda ruhu və şirkət ruhu yaranır.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in HR, lider, Liderlik, Menecer, Menecment, Motivasiya, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s