İşçilərin əhvalına təsir edən amillər


İşçilərin əhval ruhiyyəsi işyerindəki müxtəlif şəraitlərdən və faktorlar aslıdır. Bu faktorları aşağdakı kimi sıralıya bilərik:

  1. Şirkətin quruluşu
  2. Nəzarət forması
  3. İş şəraiti
  4. İşçinin işdən kənar həyatı

Şirkətin quruluşunun təsirləri

İşçilərin plansız işləməsi və hansı hədəflərə necə nail olacaqlarını bilməməsi onların ruh yüksəkliklərinə mənfi təsir göstərir. Şirkət daxilində iş və səlahiyyət bölgüsü dəqiq olmadıqda, kimin kimə tabe olması barəsində şübhələr olduqda  işçilər arasında narahatçılığa yol açır. Beləliklə də səlahiyyətlər düzgün bölüşdürülmədikdə aşağı vəzifəlilərlə yuxarı vəzifəlilər arasındakı məlumat alış veriş kanalları tıxanacaq, əmrlərin çatdırılması və işçilərin idarə olunması çətinləşəcək. Buna görə də kimin kimdən əmrlər alaçağı və kimə tabe olacağı dəqiq müəyyən olunmalıdır. Misal üçün: birdən çox adama tabe olan işçi kimdən əmr alacağını və hansını daha öncə yerinə yetirəcəyini bilməz və bundan narahatlıq hiss edər.

Müəsisədə probləm yaradan digər faktor şirkətin böyüklüyüdür. Şirkətin yuxarı səviyyəli menecerləri ilə işçilər arasındakı məsafə uzaqlaşdıqca üz üzə münasibətlər çətinləşir buna görə də rəhbərin bir sıra liderlik funksiyaları itir, bu da işçilərin əhvalına mənfi təsirlər göstərir. Kiçik şirkətlərdə isə idarəçi hər gün işçilərlə ayrı ayrılıqda maraqlana bilir bu da işçilərə mübət təsir edir. Böyük şirkətlər bu problemi həll etmək üçün mərkəzdənqaçma üsulundan istifadə edir. Yuxarı səviyyəli idarəçilər səlahiyyətlərinin bir hissəsini orta səviyyəli idarəçilərə verir. Bu da öz növbəsində işçilərin məhsuldarlıqlarına və əhvalına müsbət təsir göstərir. Eyni zamanda orta səviyyəli menecerlər də öz planlanları qura bilmə,qərarlarını vermə müstəqilliyi olduğu üçün özlərini daha da həvəsli göstərirlər.

Nəzarət formasının təsirləri

İşçilər ruh səviyyələri üzərində ən çox təsirə malik olan onlarla daha yaxın münasibətdə olan aşağı səviyyəli idarəçilərdir (Ustalar, Başustalar və Rəislər). İşçilərə görə ustalar və rəislər rəhbərliyin nümayəndələridir və onlarla olan münasibətlər işçilərin məhsuldarlıqlarını artıra bildiyi kimi azalda da bilər. Digər  mənfi təsir isə maaşların və tariflərin ədalətsiz olmağıdır. Özü ilə eyni səviyyəli və ya eyni işi görən işçinin daha çox maaş alması və ya daha yüksək vəzifə verilməsi qalan işçilərin motivasiyasını və işləmə həvəsini azaldır. Digər faktor isə iş yerində status göstəricisi olan simvollardır. Məsələn: böyük masası olan işçiyə kiçik masa verilməsi, vəzifəsi armış şəxsin maaşının artmaması, vəzifə ilə bağlı statusların (forma, xidməti maşın, köməkçi) onun işləm həvəsini azaldır.

İş şəraiti

Təcrübələr dən göründüyü kimi işçilər təhlükəsizlik qaydalarına əməl olunmayan, gigiyena şəraiti olmayan şirkətlərdə daha narahat halda işləyir. Bunun əksinə təhlükəsiz işyeri, təmiz geyinmə otağı olan, işıqlı və səliqəli ofislər insanlarda əminlik yaradır və işinə daha çox motivə olunur. Burdan belə nəticəyə gəlmək olar ki iş şəraiti tək başına işçilərin əhvalına təsir edə bilən ən güclü faktordur.

İşindən razılıq digər bir faktordur. İşindən razılıq deyəndə işindən əldə etdiyi maddi mənfəətlər, birlikdə işləməkdən məmun olduğu işyoldaşları və gördüyü işdən aldığı həzz hissi nəzərdə tutulur. İşçi gördüyü işin nəticsini gördükdə, əsər sahibi olmaqdan məmuniyyət hissi duyacaq. Avtomatlaşdırılmış və dövrü işlərdə işçini özünü sübut etmək və işinin nəticəsini görməkdən məhrum olduqları üçün işlərinə qarşı maraqları azalır. Bu təsiri aradan qaldırmaq üçün monotonluğa qarşı tədbirlər görmək lazımdır.

İşdənkənar həyatın təsirləri

İşçinin şirkətdən kənar həyat tərzi işinə qarşı münasibəti formalaşdırır. Tənbəllik, işinə qarşı biganəlik kimi münasibətlər fərdin şəxsiyyətinə kənardan olan mühütün təsiridir. İşçinin işləmək həvəsinə təsir edən faktorlardan biri də ailə əyatıdır. Əilə həyatında probləmlər olan şəxslər əksər hallarda işinə qarşı biganə olurlar.  Bəzən isə əksinə ailədə xoşbəxt olmayanlar işinə dörd əlli yapışır. Belələri evə getməkdənsə işdə qalıb işləməyə üstünlük verirlər.

Yaş ünsürü də iş həyatına təsir edir. Orta yaşlı adamlar formalaşmış işləmək vərdişlərinə sahib olduqları üçün işlərinə daha bağlıdırlar.  Gənc kadrlar isə işləmə fərdişləri olmadıqları üçün işlərinə daha az bağlıdırlar. Onlar daha çox asudə vaxt və əyləncə ilə maraqlanırlar. Yaşlı insanlar isə işləmə gücü və rəqabətçiliyi azalır. Onları daha çox təhlükəsizlik və gələcək maraqlandırır.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in HR, Menecment, Motivasiya, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s