Korperativ Ruhun Təsiri


Təcrübələr işçilərin əhvalının müəsisənin fəaliyyətinə təsir etdiyini göstərir. Amma bu təsir hər zaman iş məhsuldarlıqlarına müsbət və ya mənfi təsir göstərməz. Çünki xoşbət olmayan işçi faydasız işçi demək deyil. Effektivlik və məhsuldarlıq bir neçə faktordan aslıdır. Motivasiya nəticəsində görülən işləri görmək çox çətindi. Cünki əhval ruhiyyənin iş üzərindəki təsiri dolayı bəzən isə dolaysız olur. İşçinin bacarıq və biliklərinin iş üzərində təsiri böyük olduğu zaman onun ruh yükəskliyinin əhəmiyyəti artır. Əgər işin çox hissəsini avtamatlaşdırılmışdırsa və ya işçinin bacarıqlarının işin görülməsində rolu azdırsa onların əhvalının və ruh yüksəkliyinin şirkət nəticələrinə təsiri azalır. İşçilərin ruh yüksəkliyinin şirkət nəticələri üzərində təsirindən çox yaşamaq sevinci üzərindəki təsirlərinə diqqət yetirilməlidir. Cünki işçilər həvəsiz işlədikləri müddətdə xarici təsirlərə, xəstəliklərə xüsusilə də əsəb xəstəliklərinə qarşı daha zəif olurlar. Beləliklədə işçilər ən məhsuldar olduqları gənc yaşlarında işdən və şirkətdən uzaqlaşırlar. Bu nəzərlə baxdıqda işçilərin ruh yüksəkliyi və motivasiyası şirkət üçün hər zaman əhəmiyyətli məsələlərdən birinə çevrilir. İşçinin işdən çıxarılması,yerinə yenisinin tapılması, onlara təlim keçmək və işə hazır vəziyyətə gətirmək hər zaman şirkətə əlavə maliyyə xərcləri və vaxt itkisi gətirir. Əhval ruhiyyənin qaldırılması üçün, idarəçilərin iş şəraiti və faktorlar üzərində dəyişikliklər etməsi tələb olunur. Bu faktorlar iş üsulunun dəyişdirilməsi, idarəcilərin və ya idarə etmə fəlsəfəsinin dəyişdirilməsi, mükafatlandırma və ya cəzalandırma sisteminin inkişafı, işçi qrupunun dəyişdirilməsi (qurupa yeni üzüvlər alınması və ya bəzi işcilərin çıxarılması) kimi ünsürlərdir.  Beləliklə əhval ruhiyyə üzərindəki mənfi təsiri aradan qaldırmaq cəhtləri də müəsisəyə əlavə xərclər və maya dəyərinin artması kimi əlavə yüklər yaradacaq. Mənfi əhval ruhiyyə şirkəti dolayı yollarla da ziyana salır. Belə ki narazı işçilər toplu tətillər təşkil edir və ya icazələr, səbəbsiz işə gəlməmək, işə gecikmək və işdən tez çıxmaq kimi yollara əl atırlar. Bu yolla şirkətə dolayı yolla ziyan vururlar.

Beləliklə qısaca desək ruh səyiyyəsinin və motivasiyanın azlığı şirkətə aşağdakı zərlər verəcək:

a)    İşçilər zehni, əməyi və bacarığı ilə istehsalda iştirak edirsə məhsuldarlıq azalacaq

b)    Işçilərdə fiziki narahatçılıq yaranacaq və iş qəzalarının sayı artacaq

c)    Işçilər şirkəti tərk edəcək

d)    Işdən yayınmalar artacaq

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in HR, lider, Liderlik, Menecer, Menecment, Motivasiya, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s