Şirkətlərdə əsas dəyişik və yenilik növləri


Avadanlıq və Digər vasitələrdə yaranan dəyişikliklər

Bu dəyişikliklər texnaloji kəşflərin və idarə etmənin təkmilləşdirilməsinin nəticəsidir. Demək olar ki əksər müəsisələr avadanlıq və vasitələrə qarşı işçilərin yaratdığı problemlərlə üzləşib. Yeni bir avadanlıq və ya vasitə alinması ərəfəsində işçilər bu yeniliklərin onlara necə təsir edəcəyini bilmədikləri üçün bu vasitələrin istifadəsi yeni bacarıqlar gətirirsə, bu dəyişikliyin onların işlərinə necə təsir edib etməyəcəyi ilə bağlı narahatçılıqları yaranır. Bu bilinməyən təsirlər araşdırılıb işçilərin qarşısında aydınlıq gətirilmədikcə işçilərdə qorxu və narahatçılıq hissi davam edəcək. İşçilərdə avadanlıqlarda dəyişiklik işilərini itirməsinə zəmin yaradır kimi ön mühakimə var.  Bu günümüzün texnaloji yeniliklərlə baölı ən əsas problərindəndir. Çünki əksər hallarda istehsalın avtomatlaşdırılması işçilərin ixtisara salıması ilə nəticələnir.

Proseslərdə və İdarəetmədə dəyişikliklər

Tez-tez rast gəlinən bir deyim var ki “Biz vərdişlərimizin köləsiyik”. Bu deyim hər nə qədər insanın özünə və ətrafına qarşı təhlükəli bir xüsusiyyətini ifadə edirsədə bu vərdişlərin aydınlaşdırılması vacibdir. Bu özəliklərimiz çox zaman müsbət nəticələr göstərir. Zamanla insanlarda işləmək, məhsuliyyət, işini düzgün yerinə yetirmək kimi vərdişlər yaranır. Amma gördüyümüz iş metoduna dəyişikliklər edildikdə dərhal buna qarşı çıxırıq. Çünki yaranan hadisə və yeniliklər görülən işdəki bacarığımızı və ustalığımızı azaldacaq. Bəzən də yaranan yenilik insanlardan yeni vərdiş və bacarıqlar tələb edir.

Kadrlarda dəyişiklik

İşçilərin uzun müddət birlikdə işlədikləri rəhbəri dəyişdikdə işçinin yeni rəhbərə qarşı mövqeyi köhnə rəhbərlə münasibətinə uyğun olaraq dəyişir. Başqa bir deyimlə uzun müddət birlikdə işlədiyi və uyğunlaşdığı rəhbərin yerinə yenisi gəldikdə ələxsusda bu rəhbər kənardan gəldikdə işçidə yeni rəhbərə qarşı qorxu və utancaqlıq yaranır. Onu tanıyıb, iş gördürmə üsullarını örgənənə kimi ona qarşı şübhə və qorxu ilə baxırlar. Bundan başqa yeni rəhbərin onlar haqqında nə düşündüyü də əhəmiyyətli mövzulardan biridir.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in HR, lider, Liderlik, Menecer, Menecment, Motivasiya, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s