İşdə davamiyyətsizlik


Şirkətlərin əsas probləmlərindən biri də işçilərin davamiyyət məsələsidir. Davamiyyət şirkətin effektivliyi ilə əlaqəli olduğu qədər, şirkətdaxili münasibətlər, işçilərin ruh səviyyəsi (motivasiyası) və sağlamlığı ilə də əlaqəlidir. Sosyapisxaloji fakt olaraq davamiyyət, birlikdə işləmək arzu və ehtiyacının yarandığı gündən bəri hiss edilməkdədir. Lakin bu mövzu üzərində araşdırmalar şirkətlərdə insani münasibətlərə diqqət yetirildikdən (təqribi İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN) sonra başlamışdır.

Davamiyyətsizliyin müxtəlif tərifləri var. Lakin qısaca davamiyətsizlik : işçinin iş proqramına və ya planına görə işləməli olduğu vaxtda işdə olmamasıdır. Burada diqqət edilməli nöqtə işədə olmamağın səbəbləridir. Daha dəqiq desək davamiyyətsizlik icazə və məzuniyyət xaricində olan, iştə olmama səbəbi ilə iş proqramından geri qalmağa səbəb olan hadisələrdir.

İşdə Davamiyyətsizliyin Əsas Səbəbləri

  1. Yaş.  Müxtəlif araştırmalar göstərir ki orta yaş qrupuna (25-45 yaş arası) aid olan işçilər gənc qruplara və şəxslərə nəzərən işə daha az gecikir. Çünki bu yaşdakılar ixtisas seçimini tamamlamamış olduqları düşünülməkdədir. Bundan başqa orta yaş qrupundan yaşlılarda isə tez tez fiziki və peşə xəstəlikləri ilə bağlı problərlə üzləşildiyi görülməkdədir. Bu səbəbdən onların icazə günləri digər iki qrupdan da cox olur. Gənc qruplarda davamiyyətsizlik tez-tez lakin qısa müdətli olduğu halda yaşlılarda uzun müdətli lakin daha az-az olur.
  2. Cinsi mənsubiyyəti. Ümumi olaraq qadınlar kişilərə nisbətən daha çox davamiyyətsizlik hallarına yol verirlər. Bunun səbəbi isə qadınların kişilərə nisbətən işlərinə daha az bağlı olmaqlarıdır. Onlar evin iqtisadi yükünü daşımadıqları üçün işini itirməkdən daha az qorxurlar.
  3. Ailə vəziyyəti. Ailənin genişliyi və ailə qurluşu da işə davamiyyətə təsir edən faktorlardandır. Ana, ata və övladlardan ibarət olan ailə üzüvləri nənə və baba da olan ailələrdən daha az işdə davamiyyətsizliyə yol verir. Eyni zamanda az uşaqlı ailələrin çox uşaqlı ailələrdən daha az davamiyyət probləmləri olur. Subay xanımlarla ailənin iqtisadi yükünü öhdəsinə götürən xanımlar evli və uşaqlı qadınlara nisbətən daha az davamiyyətsizliyə yol verir.
  4. İşyerinin uzaqlığı. İş yerinin uzaq olmasi da davamiyyətə və işə gecikmə halına təsir göstərir.  İşçinin evi ilə işyeri arasındaki məsafə ardıqca davamiyyətsizlik və işə gecikmə halları artır. Uzaqlıqdan başqa servisin olub olmamağı, işyerinə getən vasitələrin çoxluğu da az rol oynamır.
  5. Bir işyerində uzun müddət işləmək. İşyerində uzun müdətdir işləyən işçilər yeni işçilərə nisbətən daha çox davamiyyətsizliyə yol verir. Bu əsasən işçinin təcrübəsi ilə bağlı etibara mailk olduğu ilə əlaqələndirilir. Lakin bununla yanaşı uzun müddət işləməklə bağlı xəstəliklər, bezmə və yorulma halları da səblərdən ola bilər.
  6. İnkişaf və Manatonluq. İşində inkişaf prespektivi görənlərin işdə daha az davamiyyətsizliyə yol verildiyi görülməkdədir. Bununla yanaşı peşə biliyi zəif olan işçidə monotonluq və bezmə halları yaradır. Bu səbəbdən işçilərin savadlandırılması, istirahət vaxtları verilməsi işçiləri monotonluq hissindən azad edir.
  7. Fəsil dəyşikliklərinin təsiri. Fəsillərin, işgünlərinin və növbənin davamiyyət üzərində təsiri böyükdür. Misal üçün: Qış fəslində xəstəliklər artdığı üçün işdən qalma və icazə sayları da artır. Eyni zamanda istirahət fəsli sayılan yaz-yay aylarında da davamiyyəstsizlik artır. Eyni zamanda saat dəyişikliyinin də işçilər üzərindəki təsirini unutmamaq lazımdır. Bundan başqa həftənin ilk və son günləri davamiyyət səviyyəsi düşür. Xüsusiyle bazar ertəsi istraheten sonra işləmə arzusu azalır və işçi müxtəlif bəhanələrlə (xəstəlik,yorğunluq və s.) işə getmək istəmir. Eyni zamanda yorucu işlərdə işləyən işçilər həftənin son günü işə gec gəlir və ya işi tez terk edir. Növbələrə görə işə gündüz növbəsində gecikənlərin sayı gecə növbəsində işləyənlərdən çoxdur. Xüsusilə tez başlayan işlərdə işçilər tez durmaq, səhər yeməyi yemək və işə hazırlanmaqdan bezirlər. Buna görə də tez tez xəstələnir və ya işə gec gəlirlər. Gecə növbəsində işləyənlər isə normal istirahət etmədikdə iş qəzaları və iş vaxtı yatmağa yol verirlər.
  8. İş saatları və davamiyyət. İş saatları artdıqca davamiyyət və efektivlik azalır. Bu efekt qadınlar və yeni yetmələrdə daha güclüdür. Bu səbəbdən ən optimal iş saatı 8saat qəbul edilmişdir.
  9. Maaş və ödəmələrin təsiri. Normanın altında işləyən işçilər bunu məcburiyyətdən etdiklərini düşünür və daha xeyirli iş təklifində iş yerini tərk edir. İşinə müvəqqəti baxdıqları üçün tez tez işdən yayınır və iş yerini icazəsiz tərk edirlər. Eyni zamanda normadan artıq maaş alanlar da işlərində davamiyyətsizliyə yol verirlər. Ehtiyaclarını artıqlaması ilə ödədikləri üçün az işləmək istəyi yaranır. Bundan başqa işəmuzd və maaş əsasında işləməyin də davamiyyətə təsiri var. İşə görə maaş alanlar bəzi hallarda bir gün cox işləyib digər gün içləmək istəməyə bilirlər.
  10. İş qrupunun böyüklüyü. İş qrupu kiçildikcə işdən yayınmalar da azalır.Cünki insanlar bir birini tanıyır və münasibət yaranır. İşçilərdə birlikdə işləmək həvəsi yaranır. Bunun əksinə böyük qruplara adaptasiya çətinləşir insani münasibətlər zəif olur. Bu da öz təsirini işə davamiyyətdə göstərir.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in HR, Menecment, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s