Davamiyyətsizliyin və işçi dövrəsinin ölçülməsi


Davamiyyətsizliyin ölçülməsi

Davamiyyətsizlik nəticəsində müəsisələrdə təxmin edilən və ya planlaşdırılan iş saatlarında azalma yaranır. Bu da iş prosesinin (dəzgahlar işləmir və ya xidmət göstərilmir) davamlılığını azaldır. Bu da öz növbəsində şirkətin effektivliyini azaldır.Davamsızlıq müəyyən müdət üçün və illik hesablanır. Bunu hesablamaq üçün itrilən iş saatlarının cəminin ümumi iş saatlarının nisbətini hesablayırlar. Beləliklə iş saatının neçə faizinin itirildiyini hesablamaq olar. Bunu fərdlər üçün də ümumi şirkət üçün də hesablamaq olar.

Davamiyətsizlik dərəcəsi=İtrilmiş iş saatları/Ümumi iş saatları x 100%

Misal ücün: X şəxsi ayda 240 saat işləməlidi o işə müxtəlif səbəblərdən (gecikmə, xəstəlik, icazə və s.) 28 saat işdə olmayıb.

28/240×100=11.7%

Deməli bu işçinin bir ay üçün planlaşdırılan iş saatlarının 11.7%i davamiyyətsizlik nəticəsində itirilib.

Davamiyyəysizliyin azaldılmasına dair məsləhətlər

Davamiyyətsizliyi sıfıra endirmək mümkün deyil. Ən azından xəstəliklər nəticəsində işdə davamiyyətsizlik olacaq.Ancaq işçilərin təhlükəsizliyini və sığortalarını artırmaqla bunu minimuma salmaq olar. Bundan başqa bir qrup insanlar var ki onlar davamiyyətsizliyə meyillidirlər. Bu insanlar gördükləri işə qarşı antipatiyası olanlar, tez inciyən, kallektivlə uyğunlaşmayan və s. insanlardır. Bu cür insanlar narazılıq səbəbi ilə müxtəlif bəhanəllə işə gəlmir və ilk fürsətdə iş yerini tərk edirlər. Bu cür davamiyyətsizliyin qarşısını almaq demək olar ki mümkün deyil.

Davamsızlığın azaldılması yollarından biri də iş saatlarına görə əmək haqqı verməkdir. Bundan başqa davamiyyət problemi olmayanlara aylıq bonus və əlavə mükəfatlar vermək də davamiyyətə müsbət təsir göstərir. Lakin bu tədbir qısa müddətli effekt göstərir.  Bundan başqa üzürlü səbəblərdən işə gələ bilməyənlərə qarşı cəza vernek kimi alınır. Bəzi şirkətlər illik mənfəətlərindən müəyyən miqdar ayıraraq bu cür işçilərə paylayır. Bu daha məqsədə uyğun hesab olunur.Başqa bir yol mükafatlandırma ilə yanaşı davamiyyət problemi olanları cəzalandırma, davamiyyət problemi olmayanlara iftixar məktubları göndərməkdir.

Lakin bunların hamısı nəticələrə görə atılmış addımlardır. Əsas olan isə səbəblərin örgənilməsidir. Bunun üçün tabe olanlarla üz-üzə ünsüyyət qurmaq, mütəmadi olaraq anket və sorğular keçirərək şirkətdəki motivasiya səviyyəsini və problemləri örgənmək və buna qarşı həllər tapmaq lazımdır.

İşçi Dövrü (Turnover)

İşçi Dövrü işçilərin müəsisəyə içə qəbul olunduqdan sonra işdən çıxmalarını ifadə edir. Hesablanma şəkili aşaqdakı kimidir:

İşçi Dövrü (Turnover)= Bir ildə işdən çıxanların sayı/Ortalama ümumi işçi sayı X100%

Ümumi  işçi sayı işdən çıxan cə işə girən işçilərin sayından əmələ gəldiyi üçün sabit deyil. Ona görə də aylıq işçi sayının ortalamasını  qeyd edərək illik ortalama ümumi işçi sayını tapmaq lazımdır. Bəzi müəsisələr isə ilin əvvəlindəki işçi sayı ilə ilin sonundakı işçi sayını toplayaraq ikiyə bölərək ortalama ümumi sayını tapır. İşçi dövrü təcrübə və bacarıq tələb edən işlərdə mənfi bir haldır. Yeni işçini yetişdirmək vaxt və maliyyə itgisidir. Üstəlik yeni işçilərin işində törətdiyi xətalar da yeni xərclər yaradır.  Bundan başqa işçi dövrü şirkətin uğurunun göstəricisidir. İşci dövürü yüksəkdirsə şirkət işçilərini razı sala bilmir deməkdir.

Hörmətlə: Elçin Çobanov

Yaranmış suallarınızı commentlərdə qeyd edin və ya blog haqqından bölməsindən əlaqələrimi götürərək əlaqə saxlayın. Sorğuda iştirak etdiyiniz üçün də ayrıca təşəkkür edirəm.

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in HR, Liderlik, Menecer, Menecment, Motivasiya, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s