Maliyyə (Finans)


Belə bir deyim var “Pul hər kəsə lazımdır“. Maliyyə isə bütün pul yaranma yollarını və pulun yığılması, idarə olunması və xərclənməsi yollarını əhatə edir.
Maliyyənin əhəmiyyəti
Maliyyədən başqa da bir sıra maraqlı və gəlirli sahələr var. Lakin maliyyə elə bir sahədir ki, məqsəd və maraqlarınızdan aslı olmayaraq bu sahəni bilmək və ya ən azından anlayışı olmaq faydalıdır. Hansı sahəni seçirsinizsə seçin, nə edirsinizsə edin hər zaman maliyyə qərarları qəbul etməlisiniz. Pul məsələləri həyatımızdakı bir çox şəxsi məsələrdəki qərarlarımıza təsir edir. Hətta biz şampun seçərkən, maşın alarkən, tətil üçün istirahət yeri seçərkən xərclədiyimiz hər manatın və ya yığdığımız hər manatın sonrakı iqtisadi vəziyyətimizə necə təsir edəcəyini düşünürük. Və yaxud deyək ki, siz şəxsi biznesinizdə yeni bir məhsul yaratmaq istəyirsiniz. Bu zaman siz mütləq onun maya dəyərini, gətirəcəyi mənfəəti və investisiyanın geri ödəməsini hesablamaq istəyəsiniz.
Maliyyədən anlayışın olması sizə ağıllı şəxsi və biznes qərarları verməkdə köçək edəcək. Eyni zamanda siz şəxsi vəsaitlərinizi düzgün idarə edərək zamanla sərvətə çevirə bilərsiniz.
Maliyyə nədir?
Maliyyə fərdlərin, inistutların, dövlətin və müəsisələrin pullarını və digər mali dəyərlərini necə əldə etdiklərini, xərclədiklərini və idarə etdiklərini örgənən sahədir. Fikir verdinizsə fərdlərin adı ilk çəkilir. Bunun səbəbi isə fərdlərin maliyyə sisteminin əsas və birinci hissəsi olmasıdır. Misal üçün: A.B.Ş. iqtisadiyyatının yığımlarının 80% böyük inistut və korperasiyalara deyil adi fərdlərə(vətəndaşlara), ailələrə və ev təsərüfatlarına aitdir.
Maliyyə iqtisadiyyatın və mühasibatlığın birləşməsindən yaranan bir elimdir. İqtisadçılar tələb və təklif əyrisindən istifadə edərək sərbəst bazar sistemində mal və xidmətlərin qiymətləndirilməsi və miqdar dəyişməsini izah edir. Mühasibatlıq isə iş dünyasının əsas aspekti olub, institutlar, bazarlar, investisiya şirkıtləri və idarəçilər üçün lazım olan məlumatların qeydə alınması və ötürülməsində müstəsna rol oynayır. Bundan başqa mühasibatlıq mülkiyyət-məhsuliyyət (Balans), gəlirmər-xərclər (Mənfəət-zərər cədvəli) qeydiyyatını aparır ki bu da mal və xidmət istehsalı və alış-verişi ilə məşğul olan şirkətlərin mənfəətliyi haqqında anlayış verir.
Mali mühüt maliyyənin dayaqları adlanan 3 hissədən ibarətdir:

  • institutlar və bazarlar
  •  İnvestisiya
  •  Mali idarəetmə

Maliyyə institut və bazarları
Maliyyə institut və bazarları maliyyə sisteminin effektiv fəaliyyət göstərməsinə xidmət edir. Onlar yığım sahibləri ilə investorlar arasında fond axınına vasitəçilik edirlər. Fiziki və elektron mühütdə fəaliyyət göstərirlər.Banklar, sığorta şirkətləri və investisiya şirkətləri bu kategoriyaya aitdirlər. Onlar maliyyə mühütünün əsas elementləridirlər və iqdisadiyyatın sabitliyinə və faiz dərəcələrinə bir başa təsirləri var.

İnvestisiya
Səhimlərin, istiqrazların və qiymətli kağızların satışı və marketinqi, analizi,riskin idarə olunması(differsifikasiyası) investisyanın tərkib hissəsidir. Portfel differsifikasiyası dünyada qəbul edilmiş bir termindir. Əsas prinsip bütün pulunu eyni səhimə yatırmat yerinə, bir neçə növ alətə və ya səhimə investisiya edərək riski azaltmaqdır. Alətlərin biri uğursuz olarda bütün pulunu itirmirsən digər alətlərdən gələn gəlirlə itkini kanpensasiya edir hətta daha artıq qazanc əldə edirsə. Necə deyərlər bütün yumurtalarınızı eyni zənbilə yığmayın.

 Mali idarəetmə (financial management)

Maliyyə idarə etməsi mali qərarların verilməsi, varlıqların idarə olunmasından məhsul olan şəxslər(menecerlər) və şirkətlər nəzərdə tutulur. Mali idarəetmənin məqsədi investisiyanın və ya şirkətin qorunması və dəyərinin artırılmasıdır.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Finans, Maliyyə, Menecer, Menecment. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s