Maliyyənin 4 prinsipi


Maliyyə dörd vacib prinsipdən ibarətdir. Bunlardan ilk üçü fərdlərin iqtisadi davranışıları ilə bağlıdır. Dördüncü isə etik davranışlarla bağlıdır. Bu dörd prinsip sizə menecerlərin, investorların və başqa quruluşların vaxt və risk anlayışlarını başa düşməkdə kömək edəcək. Sözü gedən prinsiplər aşağıdakılardır:
1. Pulun zaman dəyəri var.
2. Yüksək gəlir yüksək risk deməkdir.
3. Maliyyə bazarları qiymətli kağızların qiymətləndirilməsinin ən effektiv yoludur.
4. Nüfuz məsələləri.


Pulun zaman dəyəri var


Bu günki bir miqdar pul gələcəkdəki eyni miqdar puldan hər zaman dəyərlidir. Pulun zaman dəyəri ondan yaranır ki, bu pulu bu gün investisiya edərək gələcəkdə daha böyük dəyər yaratmaq olar. Deyək ki, bu gün sizin 1000 Azn və ilin axrına kimi bu pulla 100 Azn qazanmaq imkanınız var. Burdan belə çıxır ki, bu günki 1000 Azn bir ildən sonra 1100 Azn olduğu üçün bu günkü 1000 Azn bir il sonra sizə veriləcən 1000 Azn-dən dəyərlidir (daha yaxşıdır). Pulun zaman dəyərini anlamaq sizə fərdlərin iqdisadi davranışlarını və inistut və müəsisələrin iqtisadi qərarlarını anlamaqda kömək edəcək.

Yüksək gəlir yüksək risk deməkdir


Bu prinsip həyatımızın sadə faktlarından biridir. Əgər investisiyanızın daha çox gəlir gətirməyini istəyirsinizsə daha böyük riskə girməlisiniz. Deyək ki, sizin 1000 Azn pulunuz var və siz bunu investisiya kimi istifadə etmək istəyirsiniz. Sizin iki seçiminiz var bu pulu yeni yaranmış şirkətlərdən birinə və ya dövlət qiymətli kağızına (istiqraz) yatırmaq. Statistikaya görə yeni yaranmış şirkətlərin əksəriyyəti bir ili tamam olmamış uğursuzluqla üzləşir. Bunun əksinə dövlət hər zaman borclarını qaytarır. Bu səbəbdən də yeni yaradılmış şirkətə yatırılmış pul özlüyündə dövlət qiymətli kağızlarına yatırılmış puldan daha çöx risk daşıyır. Eyni zamanda dövlət qiymətli kağızları az miqdarda məfəət gətirəcəyi halda daha riskli olan yeni yaranmış bir biznes iki və ya üç qatı çox mənfəət vəd edir. Lakin yeni yaranmış şirkətə etdiyiniz investisiya məbləğini itirmə etimalı ortadan qalxmır. Rasional investor böyük risklərə yalnız o şərtlə gedər ki, planlaşdırılan mənfəət də böyük olsun.

Maliyyə bazarları qiymətli kağızların qiymətləndirilməsinin ən effektiv yoludur


Maliyyə bazarları qiymətli kağızların və investisiya fürsətlərinin qiymətləndirilməsi zamanı səmərəliliyi artırır. İnsanlar hər zaman ağıllı və gəlirli investisiya fürsətləri axtarırlar. Qiymətli kağızlara investisiya edənlər hər zaman ucuz alıb baha satmağa satmağa çalışırlar. Bu istək o deməkdir ki səmərəli məlumat olmalıdır. İnvestorlar alarkən və ya satarkən bazarı örgənirlər. Yeni məlumat yaranarkən qiymətlərə dərhal təsir göstərir. Deyək ki, bazarda hər hansı hissə sənədinin qiyməqi 20 AZN-dir. Qiymətli kağızlar bazarında bu hissə sənədi 20AZN civarında alınıb-satılacaq. Əgər bu şirkət satışları və mənfəəti artıracaq yeni məhsulun təqdimatını edərsə bu hissə sənədinin qiyməti dərhal artmağa başlayacaq. Bunun əksi də mümkündür. İnformasiya hər zaman likviditliyə və bazar qiymətinə təsir edir. Eyni zamanda qiymətli kağızların əldəyişməsinə səbəb olur. Maliyyə bazarında isə çoxlu sayda peşəkarlar davamlı olaraq yeni məlumatlar axtarır, örgənir və bunu müştərilərinə ötürür.

Nüfuz məsələsi


Fərdlərin nüfuzu onların etik standartları və ya davranışları ilə ölçülür. Etik davranış dedikdə fərdlərin və müəsisələrin digərləri ilə davranışları nəzərdə tutulur (qanunilik, qaydasınca, qayğıyla və s.). Şirkətlərin etik davranışları dedikdə əlbətdə bu şirkətin direktorlarının, məmurlarının və menecerlərinin etik davranışı nəzərdə tutulur. Cəmiyyətin və ictimaiyyətin yaxşı rəyini qazanmaq istəyirsə institut və müəsisələr müştərilərinin, işçilərinin və hissədarlarının inamını və nüfuzunu qazanmalıdır. Şirkətlər təhlükəsiz məhsul və xidmət təmin etmək və təhlükəsiz iş şəraiti yaratmaqdan məhsuldurlar. Eyni zamanda ətraf mühütə qarşı da diqqətli olmalıdırlar. Lakin bəzi idarəçilər bonuslar, qısa müdətdə varlanmaq, mənfəəti artırmaq və s. şəxsi mənfəətləri üçün bu prinsiplərə əməl etmir bu da zamanla şirkətin nüfuzuna və şirkətin məhvinə səbəb olur. Təbii ki fərdlər hər hansı alətə investisiya edərkən onun sahibinin nüfuzunu diqqətə alır.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Finans, Maliyyə, Menecer, Menecment, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s