Pulun Zaman Dəyəri (Gələcəkdəki Dəyər)


Pulun zaman dəyərini bilmək şirkətlərə və şəxslərə müxtəlif maliyyə inistutlarında faizləri hesablamaqda kömək edəcək. Eyni zamanda faizlərin müxtəlif növləri və onların hesablara, ipatekalara və başqa növ borclara necə təsir etdiyini haqqında məlumat qazandıracaq. Bir şeyi unutmayaq ki pulun da digər dəyərlər kimi qiyməti var və bundan  qazanc əldə etmək üçün ağılla hərəkət etmək lazımdır.

Riyazi hesablamalar

Əsas anlayışlar:

  • Çox pul az puldan yaxşıdır
  • Bu günkü eyni miqdardakı pul gelecekdekinden daha yaxşıdır

Əlbətdə ki bəzi hallarda qazanılan hər yeni manat çox dəyərlidir. Lakin burada biz pulun zaman dəyərini araşdırdığımız üçün digər faktorları nəzərə almıyacağıq və yuxarda göstərilən iki prinsipi əsas qəbul edəcəyik. Əlimizdəki pulun gələcəkdəki eyni miqdar puldan dəyərli olmasının səbəbi gələcəkdə əlimizə keçəcək pulu gözlərkən qarşmıza çıxan investisiya fürsətlərindən yararlanmaq şansımız olmur. Adətən pullar hissə sənədlərinə, istiqraz və real aktivlərə qoyulduğu üçün onların qiymətləndirilməsini və dəyərləndirilməsini bilmək vacibdir.

Fərz edək ki sizin 1 000 AZN pulunuz var. “A Bankı” bu pulu depozit kimi qəbu edərək bir il sonunda 8% (1 000AZN x 0.08=80 AZN) ödəməyə razıdır. Sade faiz düsturuna görə sizin pulunuz bir il sonra 1 080AZN olacaq. “B Bankı” ise 10%( 1000AZN x 0.1=100AZN)  teklif edir. Bleləliklə “B Bankını” seçsəniz sizin pulunuz bir il sonra 1 100 AZN olacaq.

Yenidən yuxardakı anlayışlara qayıdsaq:

  • B Bankının” təklifi “A Bankının” təklifindən yaxşıdır
  • Bu günki 1 000AZN bir il sonra 1 100AZN-ye beraberdir

Gələcəkdəki dəyəri hesablamaq ücün Mürəkkəb (Birləşik) Faiz düsturu

Yuxardakı nümunəni götürsək və birləşik vaiz düsturu ilə hesablasaq aradakı faiz fərqinin əhəmiyyəti artacaq. Belə ki “B Bankı” sadə faiz təklif edtirsə 10il sonra 1000AZN-niz ( 1000 x [1+(0.1 x 10)] ) 2000AZN olduğu halda Birləşik faiz təklif etdikdə 10il sonra bu məbləğ (1000 x ( 1+0.1)^10) 2594 AZN olacaq.
Bu cür fərqin yaranmasının səbəbi birləşik faiz yolu ilə hesablamada qalıq dəyərə yenidən faiz hesablanmasıdır.
 Gələcəkdəki Dəyər= Bugünkü Dəyər x [ (1+ faiz dərəcəsi) x … x (1+faiz dərəcəsi) ]
GD= BD(1+r)^n

Hər AZN-nin Gələcək Dəyər Faiz Faktoru

Birləşik faizlə gələcəkdəki dəyəri hesablarkən Gələcək Dəyər Faiz Faktoru yöntəmindən də istifadə edilir. Gələcək Dəyər Faiz Faktoru (1+r)^n yolu ilə hesablanır və 1 AZN-in müəyyən faizlə müəyyən vaxtdan sonra nə qədər olduğunun göstəricisidir.
GD=BD x GDFF= 1000 x 2.594= 2595AZN
Gələcək Dəyər Faiz Faktorunu hesablamaq və ya xüsusi cədvəllərdən tapmaq olar:
 Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Banklar, Finans, Maliyyə, Menecer, Menecment. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s