Maliyyə İnistutlarının (Qurumlarının) Növləri


Xəzinə Qurumları

Maliyyə inistutlarının əsas vəzifəsi vətəndaşların ehtitaclarını ödəmək və yığım-investisiya prosesini asanlaşdırmaqdır. Fərdlər maliyyə inistutları vasitəsi ilə öz yığımlarını qoruya və artıra bilərlər. Bəzi fərdlər bir başa şirkətlərə və dövlət qiymətli kağızlarına investisiya etdiyi halda bəzi fərdlər dolayı yolla maliyyə inistutları vasitəsi ilə investisiya etməyi seçirlər. Xəzinə inistutları fərdlərdən depozit və yığımlarını toplayaraq hovuz yaradır sonra isə bu fondlari müəsisələrə, dövlət qurumlarına və fərdlərə borc şəkilində verilər. Xəzinə inistutları ticarət banklarından və təsərrüfatçılıq qurumlarından ibarətdir.

  • Ticarət bankları fərdlərdən depozit toplayır və borc şəkilində müəsisələrə və fərdlərə dağıdır.
  • Təsərrüfatçılıq inistutları yığım və borc assosiasiyalarından, yığım banklarından və kredit ittifaqlarından ibarət olub fərdi yığımları toplayaraq kreditə çevirir.

Müqavilə Üzrə Əmanət Qurumları

Müqavilə üzrə əmanət qurumları üzüvlərindən sığorta haqları və tutumalar toplayaraq onlara pensiya zamannı və ümumi mali itgilərə qarşı sığortalayır. Xəzinə institutları kimi sığorta şirkətləri və pensiya fondları da aktiv şəkildə mali vasitəçiliklə məşğul olaraq fərdlərdəm fondlar toplayır və bu bu fondları investisiyaya çevirərək iqtisadiyyatın inlişafında və əhalinin rifahını yaxşılaşdırmasında mühüm rol oynayır.

Sığorta Şirkətləri

Sığorta şirkətləti fərdlərə və müəsisələrə həyat, mülkiyyət, məhsuliyyət və sağlamlığa qarşı mali müdafiyyə təmin edir. Sığorta olunanlar sığorta şirkətinə sığorta haqları ödəyir. Sığorta şirkətləri bu fondalr üzərindən investisiya və ya köçürmələr edərək iddiaların təmin edilməsinə xidmət edir.

Pensiya Fondları

Pensiya fondları işçilərdən və/və ya işə götürənlərdən tutmalar toplayaraq bu yığımları işçilərin adından investisiya edir. Əksər xarici şirkətlər öz işçilərini xüsusi planla təmin edir. Həmçinin dövlət və bəzi yeri qrumlar da pensiya fondları təşlik edirlər.

Qiymətli Kağız Qurumları

Qiymətli qağızlar qurumları fərdlərin yığımlarını qəbul edən və investisiya edən həmcinin qiymətli kağızların satışı və transferini asanlaşdıran şirkətlərdirlər

İnvestisiya şirkətləri

İnvestisiya şirkətləri fərdlərə və müəsisələrə hissə sənəi satışı və şirkət və dövlət qiymətli kağızlarına investisiya ilə məşğul olurlar. İnvestisiya şirkətlərinin növlərindən ən geniş yayılmışı investisiya fondlarıdır. İnvestisiya fondları açıq sonlu fonlardır belə ki onlar qeyri məhdut sayda hissə sənədləri çıxararaq investorlarına paylayaraq əldə olunan gəlirlərlə şirkətlərin və dövlətin tədavül etdiyi qiymətli kağızlarla əməliyyat apara bilər. İnvesisiya fondları mövcud investorlarının fondlarını qiymətli kazlarla əməliyyat apararaq mənfəət əldə edir. Uğurlu investisiya fondları daha çox investor cəlb edərək daha çox bazar əməliyyatları həyata keçirərə mənfəətlərini artırırlar.  Xəzinə və Müqavilə qurumları kimi investisiya qurumları da mali sistemdə müstəsma rola sahibdirlər.

İnvestisiya bank şirkətləri

İnvestisiya bank şirkətləri yeni (birinci əl) qiymətli kağızların satışı və marketingi ilə məşğul olurlar.  Komisyon şirkətlər fərdlərə birinci əl qiymətli kağızların alınmasında və satılmasında vasitəçilik edirlər. Adətən investisiya bankları və komisyon şirkətlər birgə fəaliyyət göstərirlər. Lakin investisiya bankları və komisiyon şirkətlər investisiya fondları kimi geniş resurslara malik deyil onlar əsasən öz hesablarına və digər mali qurumlar hesabına əməliyyatlar aparırlar.

Maliyyə şirkətləri

Maliyyə qurumları müəsisə və fərdlərə daşınmaz əmlak və mülk əldə edtmək üçün ipoteka kreditləri təklif edən şirkətləridirlər. Mülk (Real property) dedikdə torpaq və/və ya həmin torpaqdakı tikili nəzərdə tutulur. Bəzi maliyyə şirkətləri isə avtomobil kimi uzunmüddətli məhsulların və ev əşyalarının təmini üçün kreditlər ayırmaqla məşğuldurlar. Komersiya banklarından kredit ala bilməyən şirkətlər və fərdələr maliyyə şirkətlərini müraciyyət edirlər. Belə ki maliyyə şirkətlərinin faiz dərəcəsidə nisbətən yüksək olur.

İpateka banklar Müəsisələri

Bu müəsisələrə adətən qısaca ipoteka şirkətləri də deyirlər. İpateka şirkətləri daşınmaz əmlaklar üzrə ixtisaslaşıblar. Mali sistemdə nisbətən az rolu var. Bu şirkətlər fərdlərdən fondlar toplaya bilmirlər. Adətən öz hesablarına və ya digər maliyyə şirkətlərindən alınmış kreditlər hesabına fəaliyyət göstərirlər.

Hörmətlə:Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Banklar, Finans, Maliyyə, Sığorta. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s