Əsas Bank Xidmətləri


Banklar bir çox məhsul və xidmətlərı təklif edirlər. Banklar və region bankları arasında müxtəliflik olmasına baxmayaraq, bankların ənənəvi olaraq təklif etdikləri əsas xidmətlər bunlardır:

Depozitlərin yığımı – bank hesabında qorunması üçün fərdi şəxslərdən və müəssisələrdən (depozitorlardan) gələcəkdə istifadə oluna biləcək nağd pulun və ya pulun (depozitlərin) qəbul olunması prosesi.
Ödəniş xidmətləri – onların bank xidmətlərindən istifadə edən müştərilərin adından ödənişlərin qəbul edilməsi və ödənişləri həyata keçirməsi prosesi.
Kreditlərin verilməsi – müştərinin (borcalanın) borc və ya kredit alma qabiliyyətinin müvafiq olub-olmadığının qiymətləndirilməsi və müəyyənləşdirilməsi və daha sonra həmin müştəriyə borcun və ya kreditin verilməsi prosesi.

Banklar inkişaf etdikcə, yuxarıda qeyd olunan üç əsas bankçılıq funksiyasının mürəkkəbliyi artmışdır. Misal üçün, ilkin bankçılıq dövründə hər hansı bir bankda vəsait yerləşdirmiş əmanətçilər bunun əvəzində bankda yerləşdirdikləri pulun miqdarının qeyd olunduğu istiqraz bileti alırdılar. Daha sonra, depozit sertifikatları ödənişlərin həyata keçirilməsi üçün istifadə oluna bilərdi. İlkin mərhələlərdə genişhəcmli bir proses olan depozit sertifikatlarının ödəniş üçün istifadə edilməsi anlayışı sonralar “əmanət kitabçalarına”, çeklərə və əmanətlərin bankdan rahat şəkildə çıxarılması üçün digər metodlara çevrildi. Hal-hazırda, depozitlər, pul çıxarmaları və ödənişlər bir anda həyata keçirilir: pul çıxarmaları və ödənişlər debet kartları vasitəsilə və ödənişlər asanlıqla elektron pul köçürmələri vasitəsilə yerinə yetirilə bilər. Bank məhsulları və bankların hər birinin təklif etdiyi xidmətlərin nümunələri ilə tanış olmaq üçün Şəkil 1.1-ə baxın.
Maliyyə və bank sahəsində pul vermənin müxtəlif mənaları var. Bu kitabda diqqət borcvermə və ya kreditə yönəlir. Banklar kreditləri iki mərhələdə verirlər. Birincisi, bank borcalanın maliyyə vəziyyətini və ya borcalanın borcu və ya krediti geri ödəmə qabiliyyəti və istəyini müəyyənləşdirir. Bu proses Fəsil 5-də təfərrüatı ilə müzakirə olunacaqdır. Daha sonra, bank borcalana krediti (pul və ya nağd pul) ödəyir və ya borclarını maliyyələşdirir.

Xidmətlər Bank Məhsullarının Nümunələri

Depozitlərin toplanması və ya depozit yığımı

• Cari hesablar
• Depozit sertifikatları
• Əmanət hesabları

Ödənişlərin həyata keçirilməsi və ya ödəniş xidmətləri

• Debet kartları
• Elektron bankçılıq
• Xarici valyuta
• Cari hesablar

Kreditlərin verilməsi

• Kommersiya və istehsal kreditləri
• İstehlak kreditləri
• Daşınmaz əmlak/ipoteka kreditləri
• Kredit kartları
Bununla belə, müasir iqtisadiyyatda bütün bu əsas xidmətlərin göstərilməsi bir qurumun bank adlandırılması üçün kifayət deyil. Müasir bir bank depozitlərin yığımı, kreditlərin verilməsi və ödənişlərin həyata keçirilməsindən əlavə həmçinin bank fəaliyyəti lisenziyasına sahib olur və bank tənzimləyicisi (Mərkəz Bankı) tərəfindən tənzimləyici nəzarətdə saxlanılır.

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Banklar, Finans, Maliyyə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s