Depozitlər


İstənilən vax və ya müəyyən bir müddət sonunda geri alınmaq üzərə banklara verilən pullara depozit deyilir. Pulun yaranması ilə fərdlər əllərindəki pullara qənaət etməyə başlamışdır. Bunun səbəbi çox müxtəlifdir pisxaloji amil, bir sıra nəğdsiz ödəmələri həyata keçirmək üçün, spekulasiya məqsədi ilə və s. ola bilər. Xərclənməmiş pulların əlda saxlanması(“Yastıq altı pul”) müxtəlif risklər daşıyır(oğurlanma, infiliyasiya nəticəsində real dəyərinin düşməsi və s.) və buna görə pulların bankda saxlanması daha məqsədəuyğundu. Pulun bankda saxlanması oğurlanma ehtimalını azaldır, infiliyasiyandan yüksək bir faiz təklif edir. Hətta bəzi ölkələrdə cari hesablara belə faiz hesablanır(Türkiyə, ABŞ, Bütün Qərbi Avropa ölkələrində).
Banklardan istənilən vaxt geri çəkilə bilən depozitlərə cari hesab deyilir. Cari hesabların müddətsiz olması bankların bu növ pullarla kredit qaynağı kimi istifadə etməyəcəyini göstərməz. Bu hesabların müddətsiz olmasına baxmayaraq bezi qisimi çox gec gec çəkilər və ya tam şəkildə çəkilmir. Bunun nəticəsində isə bu hesablar qalıq verir. Banklar müxtəlif hesablamar nəticəsində ortalama qalıq hesablar və müəyyən miqdarda nəğd və ya vüksək likvidit nəğdə çevrilə bilən resurslar əldə edərək bi tip pulların böyük qismini kredit olaraq verir.
Müəyyən müddət sonunda sonunda geri qaytarılan pullara müddətli depozitlər deyilir. Bu tip pullar vaxtından əvvəl çəkildiyində faiz hesablanması dayandırılır və ya çox aşağı bir faiz üzərindən hesablaşma baş verir. Faiz itkisindən müşdərilərini qorumaqdan ötəri bəzi banklar bildirişli depozitlər təklif edir. Bu tip depozit sahipləri 1ay və ya 15 gün öncədən bildirməklə depozitlərini geri çəkə bilirlər. Bu tip depozitlərin faiz dərəcələri müddətli depozitlərə nəzərən az olmasına baxmayaraq cari hesabardan çoxdu.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Banklar, Finans, Maliyyə, Mühasibatlıq, Menecer, Menecment, Qanunvericilik, Terminalogiya. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s