Maliyyə Hesabatlarının İstifadəçiləri


Maliyyə hesabatlarının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərmayədarlardan, borcverən və kreditorlardan, muzdlu işçilərdən, analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə işgüzar təmas qruplarından ibarətdir. Bu qruplar və onların müvafiq informasiya ehtiyacları aşağıdakı kimi təsvir edilə bilər:

  • Səhmdarlar qrupu. Bu qrupa mövcud və potensial mülkiyyətçilər, və əgər mümkündürsə, konvertasiya olunan qiymətli kağızlar və səhmlər üzrə varrantların, opsion müqavilələrinin sahibləri daxildir. Bu qrupun üzvləri sərmayələrin alınması, satılması və ya tutulub saxlanılması üzrə düzgün qərarların qəbul edilməsi üçün zəruri olan informasiya ilə təmin olunmalıdır.
  • Borcverənlər qrupu. Bu qrupa veksel və istiqrazların mövcud və potensial sahibləri, təminatlı və təminatsız qısamüddətli borc verən subyektlər daxildir. Borcverənlər borcların və müvafiq faizlərin vaxtlıvaxtında ödənilib-ödənilməyəcəyi barədə informasiya ilə təmin olunmalıdır.
  • Muzdlu işçilər qrupu. Bu qrupa müəssisədə keçmişdə, hazırda çalışan, habelə gələcəkdə fəaliyyət göstərə biləcək əməkdaşlar daxildir. Bu qrupun üzvləri müəssisənin sabitliyinin, onun öz işçilərinə əmək haqlarının və işdən çıxdıqdan sonra pensiyaların ödənilməsinin və işçilərinin məşğulluğunun təmin edilməsi imkanları haqqında zəruri informasiyada maraqlıdırlar.
  • Analitiklər və məsləhətçilər qrupu. Bu qrupamaliyyə ekspertləri və tətqiqatçılar daxildir. Onlar müəssisənin gələcəkdə mənfəət və pul vəsaitlərini əldə etmək imkanlarını qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdır.
  • İşgüzar təmas qrupu. Bu qrupa tədarükçülər, istehlakçılar və digər oxşar məqsədli tərəflər daxildir.
  • Hökumət. Bu qrupa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün müvafiq dövlət və yerli hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq informasiya ilə təmin olunmalıdır.
  • Cəmiyyət. Bu, müəssisənin fəaliyyəti ilə təmasda olan və ya maraqlanan geniş ictimai qrupları təmsil edən qurumlardır. Maliyyə hesabatları ictimaiyyəti müəssisənin müxtəlif sahələrin fəaliyyətində mövcud olan tendensiyaları və baş vermiş dəyişikliklər haqqında informasiya ilə təmin etməklə, ictimaiyyətə yardımçı ola bilər.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Finans, Maliyyə, Menecer, Menecment, Qanunvericilik, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s