Əsas vəsaitlər və qeyri-maddi aktivlər


Müəssisənin istehsal (xidmət) sferasında bir ildən çox iştirak edən, dəyərin normativ sənədlərlə tənzimlənən, köhnəldikcə öz dəyərini qanunvericiliklə müəyyən edilmiş normalarla hissə-hissə məhsulun (xidmətin) dəyərinə keçirən, istehsal (xidmət) prosesində öz natural formasını saxlayan əmək vasitələri əsas vəsaitlər adlandırılır.

  1.  Binalar, qurğular, ötürücü qurğular, iş-güc maşınları (avadanlıqları), ölçü-tənzimləyici cihazlar (qurğular), hesablama texnikası, nəqliyyat vasitələri, alətlər, istehsalat-təsərrüfat inventarları (ləvazimatları), işçi-məhsuldar heyvanlar, çoxillik əkmələr, daxili təsərrüfat yolları, öz mülkiyyəti olan torpaq sahələri, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s), həmçinin başqa işlərə (məqsədlərə) qoyulan kapital qoyuluşları və başqa vəsaitlər (əmək vasitələri) əsas vəsaitlərə aid edilir.
  2. İcarəyə verilmiş binalar, qurğular, avadanlıqlar və digər əsas vəsaitlər üzrə başa çatdırılmış əsaslı məsrəflər icarəyə götürən tərəfindən faktiki xərclər məbləğində özünün əsas vəsaitlərinə daxil edilir (icarə müqaviləsində başqa şərtlər nəzərdə tutulmadıqda).
  3. Müəssisənin öz mülkiyyətində olan torpaq sahələri mühasibat uçotu və hesabatında onların alınmasına çəkilən faktiki xərclər üzrə əks etdirilir.
  4.  Müəssisənin əsas vəsaitləri mühasibat uçotu və hesabatında ilkin dəyəri ilə, yəni onların alınmasına, quraşdırılmasına və hazırlanmasına çəkilən faktiki xərc məbləğində əks etdirilir. Öz mülkiyyətində olan torpaq sahələrindən başqa, əsas vəsaitlərin ilkin dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, onlara yeni avadanlıqlar quraşdırıldıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişdirilə bilər.

Öz mülkiyyətində olan torpaq sahələrindən başqa, müəssisənin əsas vəsaitlərinin dəyərinə istismar müddəti ərzində qanunvericiliklə müəyyən edilmiş normalarla köhnəlmə (amortizasiya) hesablanıb istehsal (tədavül) xərclərinə daxil edilir.Tam amortizasiya olunmuş əsas vəsaitlərə köhnəlmə hesablanmır. Əsas vəsaitlərin yığılmış köhnəlmə məbləği uçot və hesabatda ayrıca əks etdirilir. Əsas vəsaitlərin satışı və s. xaric olması hallarında bu əməliyyatlar üzrə gəlir, yaxud zərər müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir. Büdcə idarələrində hesabat ilinin hansı tarixində alınmasından, tikilməsindən və quraşdırılmasından asılı olmayaraq ilin, sonunda əsas vəsaitlərə qanunvericiliklə müəyyən edilmiş normalarla tam il üçün köhnəlmə hesablanır və uçotda ayrıca əks etdirilir.

Aşağıdakılar əsas vəsaitlərə aid edilməyərək müəssisələrdə dövriyyədəki vəsaitlərin, idarələrdə isə azqiymətli əşyaların və digər sərvətlərin tərkibində uçota alınır (8-ci bənd):

  •  dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan: əşyalar;
  •  istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər;
  • dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan kənd təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məhsuldar heyvanlardan başqa, xidmət müddətindən asılı olmayaraq vahidinin və dəstinin dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddindən aşağı olan əmək əşyaları. Müəssisənin rəhbərinin ixtiyarı vardır ki, hesabat ilində əşyaların dövriyyədəki vəsaitlər tərkibində uçotunun düzgün aparılması üçün onların dəyərinin aşağı həddini müəyyən etsin. Göstərilən hədd inflyasiyanın səviyyəsindən asılı olaraq zəruri hallarda dəyişdirilə bilər;
  • dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətləri (trallar, bütün növ torlar və s);
  •  benzinmotorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən axıtma trosları, mövsümi yollar, ağac daşıma üçün müvəqqəti asılma yollar, iki il müddətində istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb aparılan qızdırıcı evlər, qazanxana məntəqələri və başqa müvəqqəti mövsümi xarakterli vəsaitlər (əmək vasitələri);
  • dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məmulatların seriyalı və ya kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;
  • vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları;
  • vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq müəssisələrdə işçilərə verilən xüsusi geyim formaları, səhiyyə, maarif, əhalinin sosial müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər və ayaqqabılar;
  •  dəyəri kompleks tikinti-quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. (tituldan kənar) tikintilər;
  • anbarda əmtəə-material qiymətlərinin saxlanmasında və ya texnoloji prosesdə iştirak edən vahidinin dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddindən aşağı olan taralar;
  • dəyərindən asılı olmayaraq kirayəyə vermək üçün təyin edilmiş əşyalar;
  • cavan və kökəldilməkdə olan heyvanlar, quşlar, dovşanlar, xəzli heyvanlar, arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar;
  • tinglikdə köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr.

Yuxarıda nəzərdə tutulmuş əmək vasitələri, əşyaları (İstisnalarla) anbardan istismara verildikcə onların vahidinin, yaxud dəstinin dəyərinin 50 %-i miqdarında köhnəlmə hesablanmaqla, qalan 50 %-i isə istismar müddətində yararsız olub silindikcə (mümkün istifadə dəyəri çıxılmaqla) xərclərə aid edilir.
Vahidinin və dəstinin dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş (2011-ci il 100AZN) əsas vəsaitlərin dəyərinin minimum həddinin iyirmidə bir hissəsi qədər olan azqiymətli əşyalar istismara verildikcə onların dəyərini birbaşa məsrəflərə aid etmək olar. İstismar vaxtı bu əşyaların qorunub saxlanılmasını təmin etmək məqsədi ilə müəssisədə onların hərəkəti üzərində lazımi nəzarət təşkil edilir. Fərdi sifarişlərin, yaxud məmulatların seriyalı və ya kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər istismara verildikcə onların dəyəri müəssisə tərəfindən müəyyən edilmiş xüsusi normalara müvafiq olaraq ödənilir. Bunların dəyərinin bir-başa məsrəflərə aid edilməsinə də yol verilir,

Kirayəyə verilən əşyaların dəyəri onların xidmət müddətlərindən asılı olaraq köhnəlmə hesablanması yolu ilə ödənilir. 8-ci bənddə nəzərdə tutulmuş əşyalar və sərvətlər mühasibat uçotu və hesabatında ilkin dəyəri, yəni onların alınması, tikilməsi, yaxud hazırlanmasına çəkilən faktiki xərc məbləğləri üzrə əks etdirilir. Müəssisədə bu əşyaların və sərvətlərin köhnəlmə məbləği uçot və hesabatda ayrıca əks etdirilir.

Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən, torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, lisenziyalar, «nou-hau», proqram məhsulları, inhisar və imtiyaz (üstünlük) hüququ (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və s. aiddir.Qeyri-maddi aktivlər uçot və hesabatda onların alınmasına və planlı məqsədlərə işlənməsi üçün düzəldilib yararlı hala salınmasına çəkilən xərclərlə (ilkin dəyərinə) əks etdirilir və istifadə-edildikcə onların dəyəri istismar müddətindən asılı olaraq müəssisə tərəfindən müəyyən edilmiş xüsusi köhnəlmə normaları əsasında hər ay (bərabər miqdarda) köhnəlmə hesablanaraq məhsulun (xidmətin) dəyərinə, tədavül xərclərinə silinməklə ödənilir. Faydalı istifadə müddətini müəyyən etmək mümkün olmayan qeyri-maddi aktivlər üzrə köhnəlmə normaları 10 il müddətinə (müəssisənin fəaliyyət müddətindən çox olmayaraq) müəyyən edilir. Qeyri-maddi aktivlərin köhnəlməsi uçot və hesabatda ayrıca əks etdirilir.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Finans, Maliyyə, Menecer, Menecment, Terminalogiya and tagged , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s