Fondlar və ehtiyatlar


Nizamnamə kapitalı müəssisə yaradılarkən, təsis sənədləri ilə müəyyən edilmiş həcmdə onun fəaliyyətini təmin etmək üçün müəssisənin əmlakına iştirakçıların (sahibkarların) qoyduğu payların (pul ifadəsində) məcmusunu özündə əks etdirir. Nizamnamə kapitalı və nizamnamə kapitalına qoyuluşlar üzrə iştirakçıların (sahibkarların) faktiki borcları uçot və hesabatda ayrıca əks etdirilir.

Müəssisə nəzərdə tutulmayan itki və zərərləri ödəmək üçün mənfəət hesabına müəyyən edilmiş qaydada ehtiyat fondu yaradır. Bu fondun vəsaitinin istifadə olunmamış qalığı növbəti ilə keçir. Müəssisə ehtiyat məbləğlərini təsərrüfat fəaliyyətinin nəticələrinə aid etməklə digər müəssisələrlə məhsullara, mallara, işlərə və xidmətlərə görə hesablaşmalar üzrə şübhəli borclar üçün ehtiyat fondu yarada bilər. Şübhəli borclar müəssisənin müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməyən və müvafiq təminatı olmayan debitor borcları hesab olunur. Şübhəli borclar üçün ehtiyat hesabat ilinin axırımda müəssisənin debitor borclarının inventarizasiyasının nəticələri əsasında yaradılır.Ehtiyatın həcmi hər bir şübhəli borc üzrə ayrılıqda, borclunun maliyyə vəziyyətindən (ödəmə qabiliyyətindən) və borcun tam, yaxud qismən ödənilməsi ehtimalından asılı olaraq müəyyən edilir. Əgər bu ehtiyatların hər hansı bir hissəsi şübhəli borcların ehtiyatının yaradıldığı ildən sonrakı ilin axırınadək istifadə edilməzsə, onda xərclənməmiş məbləğ müvafiq ilin mənfəətinə birləşdirilir. Hesabat dövrünün istehsal, yaxud tədavül xərclərinə qarşıdakı xərcləri bərabər ölçüdə daxil etmək məqsədilə müəssisə işçilərin qarşıdakı məzuniyyətlərinin ödənilməsinə, uzun müddət xidmətə görə illik mükafatların verilməsinə, əsas vəsaitlərin təmir xərclərinə, sənayenin mövsümi sahələrində hazırlıq işləri üzrə istehsal xərclərinə, kirayə edilmiş əşyaların təmiri üzrə qarşıdakı xərclərə, ilin yekununa görə mükafatların ödənilməsinə və s. məqsədlərə görə (Azərbaycan Respublikasının müvafiq normativ aktları əsasında müxtəlif sahələrin istehsalat spesifikasına uyğun xərclərin tərkibinə daxil edilən və məhsulun, işin və xidmətin maya dəyərində nəzərdə tutulan) ehtiyat fondu yarada bilər.

Hörmətlə: Elçin Çobanov.

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Finans, Maliyyə, Qanunvericilik. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s