İşçilərin Ezamiyyə Qaydaları


Ümumi müddəalar

Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi işi yolda keçən və gediş – gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.

İki növü var:

  1. Respublika Daxili Ezamiyyələr
  2. Xarici Ölkələrə Ezamiyyələr

Rəsmiləşdirmə qaydası

Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilata xidməti ezamiyyətləri qarşılıqlı razılaşma və yaxud yuxarı təşkilatın dəvəti əsasında həyata keçirilir.

İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. Respublika ərazisi daxilində ezamiyyələr zamanı müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi, xarici ölkələrə ezamiyyələr zamanı isə pasport və ya onu əvəz edən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti və nəqliyyat xərcləri barədə təsdiqedici sənədlər avans hesabatına əlavə edilir.

Dövlətlərarası razılaşmaya əsasən ölkədən çıxdıqda və ölkəyə qayıtdıqda pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. (İngilis dilində tərtib edilmiş variant)

Təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatı müvafiq kitabda aparılmalıdır. Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, ezam edilən təşkilatın adı qeyd olunmalıdır.

Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. Təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü (günləri) verilir.  Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. Əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta əmək haqqı onu ezam edən təşkilatda saxlanılır. Əgər işçi əsas və əvəzçiliklə işlədiyi iş yeri üzrə eyni vaxtda ezam olunarsa, bu halda onun orta əmək haqqı hər iki iş yerində tutduğu vəzifə üzrə saxlanılır, ezamiyyət xərcləri isə müvafiq razılığa əsasən ezamiyyətə göndərən təşkilatlar arasında bölüşdürülür.

Ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin də səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması, səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilməlidir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi əsaslarla əmək qabiliyyətini müvəqqəti itirməsi üzrə müavinət verilir.

Müddəti

İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz
(Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla). Təftiş və yoxlamalarla əlaqədar olaraq ezamiyyət müddəti təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə təftiş və yoxlama qurtarana qədər artırılır. Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün göndərilən fəhlələrin, rəhbər və mütəxəssislərin ezamiyyət müddəti müvafiq işlərin görülməsi müddətindən asılı olaraq müəyyən edilir.

Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət
vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür.

Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün
sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün, 00-saatdan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü eyni qayda ilə təyin edilir.

Əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.

Xərclər

Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına (Bakı şəh. 65 AZN, Gəncə, Sumqayıt, və Naxçıvan şəhərləri 50 AZN, digərləri 45 AZN) uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına – gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir.

Nəqliyyat xərclərinə– ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Qeyd olunan xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də daxildir. Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür.

İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.

Ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi
yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərtilə) ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.

Bu Qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyə xərcləri büdcədən maliyyələşdirilən təşkilatlarda xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş
vəsaitlər hesabına ödənilir. Digər təşkilatlarda təsdiq olunmuş normalar daxilində ezamiyyət xərcləri məhsulun (işin və xidmətlərin) maya dəyərinə daxil edilir və həmin təşkilatlar ezamiyyə xərclərinin normalarını öz sərəncamlarında qalan mənfəət hesabına artıra bilərlər.

Ezamiyyət vərəqəsi Ön Hissə

Arxa Hissəsi

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in HR, Mühasibatlıq, Menecer, Menecment, Planlama, Qanunvericilik, İdarəetmə. Bookmark the permalink.

73 Responses to İşçilərin Ezamiyyə Qaydaları

  1. Natiq says:

    Bir sualim var. 2 ezamiyyə vərəqəsi üçün 1 avans hesabatı tərtib etmək nə qədər düzgündür?

    • İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. Ona görə də hər ezamiyyət üçün vaxtında və ayrıca avans hesabatı tərtib etmək daha doğrudur.

  2. Emil says:

    Men shirket terefinden 8 gunluk ezamiyyete (Baki-Istanbul-London-Istanbul-Baki) gonderilmishdim, 8 gun chunki 8ci gun Istanbul-Baki uchush saat 01:00 idi. Ancaq men 8ci gun Bakiya qayitmadim ve Istanbulda 4 gun qaldiqdan sonra qayitdim (mezuniyyet goturerek). Shirketden deyirlerki 8ci gun ezamiyyet gununden cixardilir ve ezamiyyet xerci geri qaytarilmalidir chunki 8ci gun Bakiya qayitmamisan.

    Shirket deyirki: ezamiyyetin son gunune bir gun qalmish yani 29.09.2012-de Siz Istanbula gelmisiniz ve 03.10.2012-ye kimi orada qalmisiniz. Bu sebebden Sizin son ezamiyyet gununuz 29.09.2012-dir. 30.12.2012 tarixine verilmish gundelik xerci shirketin xezinesine qaytarmaginiz lazimdir.

    Mence Dubline ezamiyyet gununun sayi deyishmediyine gore 8ci gun ezamiyyet gunu olmalidir.

    Hansi duzgundur? Shirket haqlidir yoxsa men?

    • Sizin ezamiyyətinizin son günü Binə hava limanina düşdüyünüz gün sayılır.

    • Sadi Seyidov says:

      Yaxşı kopyalıyırsan qaqa, axıra kimi kopyalıyıb və heç olmasa mənbəni göstərsən daha məntiqli olardı. Məsələn kopyanın mənbəyi: «Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni»ndə dərc olunmuşdur (2008-ci il, №– 1-2-3, s. 21-25).
      14 noyabr 2008-ci il tarixli, İ-111 nömrəli Əmrə əsasən dəyişiklik və əlavələrlə ..

  3. Adilə says:

    İşçinin ezam olunması haqqında əmrin içraçısı İdarədə hansı struktur bölmə olmalıdır? Kadrlar şöbəsi, Əmək haqqı şöbəsi və yaxud İcraya nəzarət və kargüzarlıq şöbəsi?

  4. Hər bölmə özünə aid olan hissəni təmin edir və rəsmiləşdirir. İçrası daha çox daxili prosedurdan aslıdır. Sizin şirkətdə prosedurun necə olduğunu bilmədiyim üçün ətrəflı məlumat yaza bilmirəm. Lakin onu deyim ki, əmr hazırlanarkən (kargüzarlıq şöbəsi) orada hər şöbənin üzərinə kankret öhdəliklər qoyulmalıdır.
    Məsələn: Kadrlar şöbəsi işi içra edəcək işçi heyyətini seçsin, mühasibatlıq şöbəsi smetanı hesablasın və lazimi vəsaiti təmin etsin, təhçizat şöbəsi lazimi texnikanı ayırsin və s.

    P.S. əgər sualınıza hələ də tam cavab ala bilmədinizsə sualınızı bir az da açıqlayın və ya əlaqə saxlayın müzakirə edək (0502573517).

    • Tural says:

      Salam Elchin.Ezamiyyetde oldugum muddetde mene gundelik xercler ucun ayrilan puldan elave daimi yashayish yerinden uzaq oldugum ucun her hansi bir muavinat odenilmelidirmi? Coxsagol.

  5. Adilə says:

    Mən sadəcə olaraq bildirmək istəyirəm ki, tutaq ki, ezam olunan işçinin ( adı,işlədiyi şöbə və vəzifə, ezamiyyə müddəti,göndərildiyi ünvan) haqqında təqdimat və ya məlumat varsa həmin əmrin icraçısı hansı şöbə olmalıdır və bunun haqqıda hər-hansı bir qayda -qanun varmı? Əvvəlcədən münnətdarlıgımı bildirirəm.

  6. Qanuna görə rəhbər işçinin əmri olmalıdır. Əmrdə isə rəhbər işçi kimin nə işlə məşğul olacağını qeyd edir. Sizin şirkətdə bir neçə şöbə var. Bu səbəbdəndə rəhbər işçi əmrində adiyyatı olan bütün şöbələrə tapşırıqlarını verir. Lakin təcrübədə elə kiçik şirkətlər var ki, sizdəki qədər şöbələri yoxdur. Bu səbəbdən də qanunda konkret olaraq sxem qoyulmayıb ki, hansı şöbə nə etməlidir. Qanunla əsas olan əmrin olmasıdır. Adı üstündə əmrdir. Rəhbər işçi konkret şöbələrə tağşırıq verir.

  7. Adilə says:

    Onu da bilmək istəyirəm ki, İcraya nəzarət və kargüzarlıq şöbəsi hər -hansı əmrin icraçısı ola bilərmi?

  8. Siz ən yaxşısı həmin şirkətin iş prosedur qaydaları ilə tanız olun. Orda aydın şəkildə yazılmalıdır hansı şöbə hansı işlərin icrası ilə məşğul olmaq üçün yaradılıb. Bu işlərin icrası üçün təbii ki rəhbər işçi əmr verə bilər.

  9. Rasim says:

    Salam.1 gunluk yeniki gece daxil olmamaq sherti ile saat 08 00-dan 19 00-a kimi ezamiyyet pulu neqeder teshkil edir ?

  10. Salam Rasim mlm,
    Bu xərc işçinin hara ezam olunmasınan aslıdır. Ezamiyyə xərclərinin 1 günlük normasına nəzər yetirin.

  11. Rahil Abasov Adil oqlu says:

    Salam! Mən bir şəhərdə yaşayıb başqa rayon kəndinin orta təhsil müəssisəsində çoğrafiya müəllimiyəm.Məni təhsil dövrü ərzində rəhbərlik royonun mərkəzinə 1(bir) həftəli kompüter təlim kursunu keçmək ücün göndəri.Nəzərinizə çatdırım ki, yaşdığım şəhər yerindən başqa rayonun kənd məktəbinə 26 km-dir,həmin məktəbdən rayon mərkəzinə isə 30 km-dir. Bununla belə söyləyirlər ki, ” – sənin 1 (bir) həftə işdə olmadığın günlərin saatlarını başqa müəllimə əvəz edici ilə verməklə maaşindan kəsiləcəkdir. Özün isə şəxsi hesabına hər gün tezdən saat 09-00 radələrində rayon mərkəzinin flan ünvanında olmalısan axşam saat 18-00 radələrinə qədər. ” Ortada isə hec bir sənədləşmə yoxdur.
    Hörmətli Elcin müəllim! İndi isə yuxarıda göstərdiyim hadisə ilə bağlı məsələdə mənim hüquqlarımı və QANUN tərəfini mənə izah etməyinizi Sizdən xahiş edirəm! Əvvəlcədən Sizə öz minnəttarlığımı bildirirəm.

    • Salam Rahil müəllim. Ortada heç bir sənədləşmə yoxdusa heç kəs sizi iradəniz olmadan heç nəyə məcbur edə bilməz. Əgər sizin kompyuter kursu kecməyinizə zəruriyyət yaranıbsa bu barədə icra orqani qərarı olmalıdır. Daha sonra müvafiq sənədləşmə olmalıdır. Dediyiniz halda heç kəs zamanət vermir ki siz kursa getdiyiniz dövürdə sizi işə üzürsüz gəlmir kimi qeyd etməyəcəklər. Siz ən yaxşısı Əmək Müfəttişliyinə zəng edin 142 onlar məşələyə aydınlıq gətirəcəklər.

  12. linuxlive says:

    Salam.Biz 2 günlük (1gün İmişliyə) orada qaldiqdan sonra da Gəncəyə getmişik və həmin gün də qayıtmışıq.(axşam saat 10da çatmışıq.)Maşın şirkət tərəfindən təmin olunub və qalmaq yeri də şirkət tərəfindən təmin olunub. Bilmək istərdim ki,bizə bu müddət ərzində nə qədər ezamiyyət xərci verməlidirlər.Digər bir sualım da odur ki yemək xərci də məzuniyyət xərclərinə daxildir yoxsa yox.

  13. Salam,
    Ezamiyyə xərclərinin 1 günlük normasına – gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Dediyiniz kimi mehmanxan və nəqliyyat xercleri şirkət qarşılayıbsa sizə normanın 20 faizini verməlidir.Gəncədə olduğunuz vaxt üçün 50AZNx20%=10AZN və 45AZNx20%= 9AZN İmişliyə ezam olduğunuz üçün. və ya Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10,0 manat əlavə vəsait verilir prinsipini əsas götürərək 20 AZN əlavə ödəniş edə bilər.

  14. Anar says:

    Salam. Meqaleye göre teşekkerler bildirirem. Birce sualım var. Mən ezamiyete getmek istemirem. Meni məcburi şekilde göndere bilerlermi?

  15. Salam,
    Maraqlı suala görə təşəkkür edirəm. Getmek istemirem deyende peşə təlimatınızda varsa getmelisiniz. Yox eger neyse üzürli sebebiniz var sa (ailevi, səhətlə bağlı və s.) buna sizi heç kəs məcbur edə bilməz.

  16. Anar says:

    Yani mesele Zaqatalaya ezamiyete gönderirler. Tutaq ki ayin 4-du axsam cixiriq ve ayin 6 şi seher qayidiriq. Bu ezamiyete gore cemi 32 manat pul verirler. Otelde qalmağin pulunu vermirler cunki ayin 4 de axsam qatarla yola dusuruk, ayin 5 de ismizi görüb axsam yeniden qatara minirik ve ayın 6 si Bakiya catiriq. Bu yorgunluq 32 manata deymez ve bu hec xercleri odemir. Ve ne derecede bu qanuna uyğundur.

  17. Əvəla onu deyim ki bu bir günlük norma sadəcə xərcləri ödəmək üçündür. Yəni əmək haqqınız öz daimi iş yerinizdəkinə uyğun hesablanacaq. O ki qaldı yol yorgunluguna orsi bir qədər fərqli olacaq. Belə ki Ə.M. 103 maddəsinə görə işçinin iki iş günü arasında ən azı 12saat istirahət vaxtı olmalıdır. 4-ü axşam sizi heç daimi iş yerinizdə belə işə cəlb edə bilməzlər. Edə bilmələri üçün sizi 4-ü gündüz işdən azad eləməlidirlər. Eyni qayda qayıdarkən 6-si üçün də kecərlidir. 32 sizə sadəcə ezamiyyətdəki xərcləriniz odənilsin deyə verilir.Misal üçün: Bakidan nəqliyyata mindiyiniz andan işdə sayılırsız və sizə saat yazilir və bu Bakıya qayıdana kimi davam edir. Ezamiyyət ərəfəsində də Ə.M.-indəki bütün hüquqlarınız(istirahət, təhlukəsizlik və s.) təmin olunmalıdır.

    Replied from mobile.

  18. Anar says:

    Cox sagolun deyerli melumata gore

  19. Rahil Abasov Adil o. says:

    Salam Elçin müəllim! Bu çətin zamanda bizim hüquqlarımızı izah edib və düzgün istiqamətləndirdiyinizə görə Sizə Allahdan xeyir müjdələr arzulayıram. Elçin müəllim! Mən şəhərdə yaşayıb başqa rayon kəndinin orta təhsil məktəbində müəllim işləyirəm. Məktəb rəhbəri bizə məlumat verdi ki, məzuniyyət ayımızda bizi rayon mərkəzinə 10 günlük kurikuluma getməyimizi bildirmişdir. Ezamiyyə qanunun təsiri kurikuluma aidiyyatı varmı? Yoxsa biz yenə öz hesabımızla gedib-gəlməyə məcburiyyətindəyik? Sağ olun!

  20. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Sizin halınızda da işiniz üçün zəruri olduğu üçün ezamiyyət sayıla bilər. Bunun üçün rehberliyiniz zəruri şəraiti yaratmalıdır. Amma bunu heç bir bəhanə ilə sizin əmək qabiliyətinizi bərpa etmək üçün qanunla sizə verilən istirahət (məzuniyyət) vaxtına sala bilməz. Nə də ki siz bunun üçün öz maaşınızdan xərcləməli deyilsiniz.

    • asim bayramov says:

      salam .baki seherine 1gunluk ezamiye xerci ne qeder teskil edir idman yarislarinda istirak ucun?mehmanxana senedi olmadan

  21. Rahil Abasov Adil o. says:

    Salam Elçin Müəllim.
    Bir şəxs şəhərdə yaşayaraq başqa rayon kəndinin tam orta təhsil məktəbində müəllim işləyir. Yaşadığı şəhər ünvanından həmin rayon kəndinin məktəbinə qədər bir gediş tərəfi 26 (iyirmi altı) kilometrə yaxındır. Məktəb ünvanına çatana qədər müxtəlif saylarda marşurut dəyişir. Yəni:
    • birinci marşurut. Şəhər dayanacağından vağzala kimi yol xərci 0.20Azn (iyirmi qəpik);
    • şəhər və rayonlar arası ikinci marşurut. Vağzaldan kəndin dayanacağına kimi yol xərci 0.50Azn (əlli qəpik);
    • üçüncü marşurut. Kəndin dayanacağından məktəbə kimi taksi ilə yol xərci 1.00 Azn (bir manat).
    Geri qayıtdıqda şəhər və rayonlar arası marşruta çatmayıb taksilə qetməyini, nahar və s.xidmətlərdən istifadə xərclərini nəzərə almasaq həmin yol xərci yenidən təkrar olunur və təkcə bir günün içində məktəbə gediş və gəliş yol xərcisi minimum 3.40 Azn (üç manat qırx qəpik) təşkil edir.
    Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən müəllimin çəkdiyi yol xərci onun özünə qaytarılması haqda qanunla əldə edə bilərmı? Əgər qanuna şamildirsə bunu necə edə biləcəyimizi hüquqi qaydalarını ətraflı izah etməyinizi Sizdən Xaiş edirəm.
    Yuxarıdakı məsələyə aydınlıq gətirdiyinizə görə əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm!

  22. Rahib mlm daimi is yerine gedib gelmek ezaiyyet sayilmir. Bu meblegi muesise size odemeli deyil. Siz ise qebul olarken bilirdiz daimi is yeriniz hardadir ve bunu nezere almali idiz.

  23. Rahil Abasov Adil o. says:

    Salam Elçin Müəllim!
    Təhsil Nazirliyinin Rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc müstəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım verilir. Onlara 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 manat məbləğində kompensasiya verilir, yaşayış sahələrinə ehtiyacları ödənilir, torpaq sahələri ayrılır,

    Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə isə sadalanan həvəsləndirmə tədbirləri ilə yanaşı, hər ay əməkhaqqına 70 manat əlavə olunur.

    Məndə 2(iki) ildir ki, rayon mərkəzindən 26 km-dən artıq məsafədə yerləşən kənd məktəbində çalışıram amma bu vaxtacan yuxarıda göstərilən güzəştlərlə rast gəlməmişəm. Bunları əldə etmək mənim hüququmdursa mən nə etməliyəm? Onu da nəzərinizə çatdırım ki, bu kənd məktəbinə gəlib dərs dedikdən sonra öz yaşadığım səhər ünvanıma qayıdıram.

    Hörmətlə: Rahil Abasov.

  24. Rahil Abasov Adil o. says:

    Salam Elçin Müəllim!
    Təhsil Nazirliyinin Rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc müstəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım verilir. Onlara 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 manat məbləğində kompensasiya verilir, yaşayış sahələrinə ehtiyacları ödənilir, torpaq sahələri ayrılır,

    Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə isə sadalanan həvəsləndirmə tədbirləri ilə yanaşı, hər ay əməkhaqqına 70 manat əlavə olunur.

    Məndə 2(iki) ildir ki, rayon mərkəzindən 26 km-dən artıq məsafədə yerləşən kənd məktəbində çalışıram amma bu vaxtacan yuxarıda göstərilən güzəştlərlə rast gəlməmişəm. Bunları əldə etmək mənim hüququmdursa mən nə etməliyəm? Onu da nəzərinizə çatdırım ki, bu kənd məktəbinə gəlib dərs dedikdən sonra öz yaşadığım şəhər ünvanıma qayıdıram.

    Hörmətlə: Rahil Abasov.

    • Salam Rahil mlm.,
      Mən də bir müəlimmə övladı kimi bu qədər fədəkarlıq edərək gələcəyimizə bir şeylər örgətməyə çalışdığınız üçün təşəkkür edirəm. Heyif ki hüquqşünas deyiləm sizə kömək edə bilməyəcəm. Amma sizə məsləhətim bu qərarları axtarın tapın və vəziyyətinizi ətraflı izah edən bir məktubla bu qərar və qanunlardan istifadə edə bilmədiyinizi təhsil nazirliyinə, təhsil nazirliyinin yerli orqanına və yerli icra hakimiyyəti orqanına məktub şəklində yazıb izah edəsiniz.

      Allah yar və yardımçınız olsun.

  25. Cavid says:

    Salam Elçin bəy

    Yenicə ABŞ-dan (ştat Texas) ezamiyyətdən qayıtmışam. Ezamiyyətdə olduğum müddətdə mehmanxanadan iş yerine yeganə gediş-gəliş vasitəsi taksi idi və ondan da istifadə etmişəm. Qayıtdıqdan sonra taksi çeklərini mühasibatliğa təqdim etdim və mühasibatlıq mənə o pulları ödəməyəcəyini dedi. Sadəcə anlamıram hansı məntiqlə bu xərclər ödənilə bilməz? Bəs işçi qanunvericiliyə görə necə gedib gəlməlidi iş yerinə xaricdə olduğu müddətdə? Qayda qanunlar nəyi deyi?r Zəhmət olmazsa bu barədə mənə məlumat verərdiniz!

    Sualimin ikinci hissəsi də ondan ibarətdir ki ABŞ-a təyin olunmuş məzuniyyət xarci gundelik Nyu Yorkda 350 ABŞ dolları digər ştatlarda isə 330 ABŞ dollarıdı.r Və bu xərclərin 40 %-ini yemək xərcləri təşkil edir. Mehmanxana şirkətin oradakı numayəndəliyi tərəfindən ödənildiyi üçün mənə sadəcə gundəlik 50 ABŞ dolları yemək pulu verilmişdir. Bu nə dərəcədə hüquqi cəhətdən dogrudur. Bu hansi meblegin 40%idir? Zəhmət olmasa bunu da aydınıaşdırmağa yardım edəsiniz.

    Öncədən təşəkkür edirəm!

    Hörmətlə,

    Cavid

  26. Gunel says:

    chox sag olun melumata gore! bir neche sualim var. onlari cavablandirmaqda komek etsenizi xahish edirem.
    Tutaq ki, hakim, diplomat, diger dovlet ishchisi muveqqeti olaraq ATET, BMT, Avropa Mehkemesi, Avropa Shurasi ve bu kimi beynelxalq qurumda ishlemeye gedir. Bu iki cur mumkundu:
    1) hemin shexs ozu muraciet edir ve onu beynelxalq qurum muveqqeti ishe goturur;
    2) dovlet hemin shexsi ozu gonderir (ezam edir, ingilisce buna “secondment” deyirler) – oz olkelerinde hakim, dovlet ishchisi, diplomat olan shexsler dovlet terefinden nominasiya edilir ve beynelxalq qurum hemin shexslere muveqqeti ishe goturur. Bu zaman shexs adeten oz olkesinde vezifesini saxlayir, hemin muddet ish staji kimi nezere alinir (duzdur, olkeden olkeye ferq var).
    Azerbaycanda bu mesele nece hell olunur?
    hakim, diplomat ve ya diger dovlet ishchisi beynelxalq qurumda ishlemeye gedende onun Azerbaycandaki vezifesi saxlanilirmi? dayandirilib, sonradan berpa edile bilermi?
    hemin muddet onun ish staji kimi nezere alinirmi?
    hemin muddet pensiya baximindan nezere alinirmi?
    hemin muddet karyera yukselishi uchun nezere alinirmi?
    qanunvericilik ve ya diger normativ-huquqi akt varmi ki bu meseleleri tenzimlesin?
    praktika necedi?

    bu suallara (ve ya bu suallardan her hansina) cavab tapmaqda yardimchi olsaniz sevinerem.

  27. shaig says:

    salam bilmək istərdimki mən Gəncə şəhərinə ezamiyyə olunmuşam 1 gunluk səhər gedib qayıtmaq şerti ilə təşkilatın maşını ilə mənə nə qədər ezamiyyə xərci düşür

  28. rahimov23101990 says:

    salam.sizden xaiw ederdim mene komek etmeyinizcun..men beyleqan rayonundan baki weherine ezam olunmuwdum 20gunluk sonra herdefe 20gun artirirdilar.axirda 115 gun ezam oldum.n sayli herbi hissede iwleyirem..bakiyada senet iwlericun ezam olunmuwdum.kurs kecmek cun yox.sizce bu gunleri verilmelidir mene ezam pulu?

  29. rahimov23101990 says:

    men hardan melumat ala bilerem qardaw

  30. Herbi sahede tecrübesi olan mutexesislerden. Herbi hissenin ve ya korpusun nacfininden.

  31. zülfüyye isgenderova says:

    salam men işle elaqedar olaraq bakı şeherine 5 günlük ezam olunuram eger ezamiyyede olduqum günlerden 1 bayrama düşerse onun pulu ödenilmelidirmi.birde yerli xezine orqanının menim ezamiyye pulumu kesmeye ixtiyarı varmı

  32. Nasirova Aygun says:

    Salam. Təsisçi işğüzar ezamiyyətə gedərsə bu haqda əmr kim tərəfindən verilir və müəssisə tərəfindən ezamiyyə xərcləri ödənilməlidirmi?

  33. Nasirova Aygun says:

    Salam. Əğər müəssisənin mənfəəti yoxdursa, təsisçi xərclədiyi pulları necə geri qaytara bilər.

  34. Namiq says:

    SALAM MEN MINGECEVIRDE İŞLƏYRƏM AMMA AYDA 3-4 DEFE BAKİYA GEDİREM … VE HER GEDENDE 3 GÜNLÜK EZAMİYE YAZİRAM … BİLMEK İSTEYİREMKİ İL ERZİNDE MEN NƏ GEDER EZAMİYE ALAL BİLEREM … .. ? İNDİDEN ÖZ TEŞEKÜLÜMÜ BİLDİRİREM

  35. Rəşad says:

    Salam. Büdcə təşkilatında çalışan işçinin Bakıdan Sumqayıta xidməti işlə əlaqədar olaraq 15 gün müddətinə ezam edilməsi ilə bağlı olaraq hər hansı bir ödəniş edilməlidir mi? Ezamiyyə ilə bağlı təşkilat rəhəbrinin rəsmi əmri var, ezamiyyə vəsiqəsi də verilib. Əvvəlcədən təşəkkürlər.

  36. Zaur says:

    Salam Elçin bəy.İnsanlara öz hüquqlarını başa saldığınızçün təşəkkürlər!!Bir sualım var.Mən Bakıda dövlətdən maliyyələşən idarədə işləyirəm ancaq işimizlə əlaqədar tez-tez məni və iş yoldaşlarımı Bakıdan 50-60 km uzağa şəhərətrafı qəsəbələrə – Nasosnıya,Qaradağ rayonuna,Yaşmaya,Sənqəçala vs. göndərirlər.Həmin yerlərə gedərkən dövlət bizi nəqliyyat vasitəsiylə təmin etməlidir amma təmin etmədiyinə görə öz maddi hesabımıza gedirik və işimizi bitirdikdən sonra elə həmin gün də iş yerimizə qayıdırıq.Oralara gedərkən hərdən olur ki bizə ezamiyyət vəsiqəsi yazılıb verilir,hərdən olur ki verilmir ancaq bununla belə bizə Nasosniya,Yaşmaya,Sənqəçala vs. yerlərə getdiyimizə görə heç bir məbləğ ödənilmir.Biz bilmək istəyirik ki,qeyd etdiyim yerlərə gedərkən;
    1)Bizə ezamiyyət vəsiqəsi yazılmalıdırmı?
    2)Daimi iş yerlərimizdən çıxıb yuxarıda yazdığım yerlərə getdiyimizə görə bizə orada gündəlik xərclərimizi qarşılmaq üçün həmin gün üçün əlavə pul hesablanmalımıdır və miqdarı nə qədər olmalıdır?
    ÇOX SAĞOLUN!!

  37. Zaur says:

    Bir də ki daimi iş yerimizdən neçə km uzaqda olmağımızın ezamiyyət qaydalarına bir aidiyyatı var Elçin bəy?

  38. Aygun says:

    Salam,men bilmek isterdimki,usagin neçe yaşınadek ezamiyyete getmemek huququm var. 2 ovladim var,biri 4 yaşındadir, o biri ise 6.Əvvəlcədən təşəkkür edirəm.

  39. Zaur says:

    Salamş Mənim bele bir sualim varş Eger işçi hər hansı bir rayona ezamiyyətə göndərilirsə və gedib qayıtdıqdan sonra hec bir sənəd təqdim etmirsə onda müəssisə 1 günlük normanln hansı hissəsini xərcə salır? Yalnız mehmanxana xərclərinin 50%-ni yoxsa həm də gündəlik xərcləri? 18 manatı yoxsa 18+9 manat?

  40. ezamiyye ile bagli says:

    salam mən işimlə əlaqədar tez tez respublika daxili ezamiyyələrdə oluram. ezamiyyə yerinə gedib qayitmaq biletlərini aftobuslardan ala bilmədiyim üçün təşkilat yol pulu ödəmir. bu düzgündürmü

  41. Rustem Abbasov says:

    Salam muellim,
    Biz isden Zaqatalaya iki gunluk ezam oluruq, bir gece qalib qayidacayiq. Bize ne qeder ezamiyyet pulu vermediler? Evvelceden teshekkur edirem.

  42. Elnur says:

    Salam zəhmət olmasa sualımı cavablandırardız. İşçi heftenin altıncı günü ezamiyyətə gedirsə ona hemin gün üçün ezamiyyət pulu iki qat ödənilir? Eger ödənilirsə hansı əmr qərara əasasən ödənilir?
    Əvvəlcədən təşəkkür edirəm.

  43. Nahib says:

    Salam.
    1 ay ərzində işçi 2 gün gəncə və 8 gün digər rayonlarda ezamiyyətdə olub. ezamda olduğu rayonların hər birində ezam olunduğu idarələrin qonaqlar üçün ayrılmış yataqxanalırında qalıb. Digər xərclənən pulla əlaqədar (yol və yemək) heç bir çek təqdim etməyib. Yuxarıda göstərilən ezam ödənişi cədvəlində hesablamaya görə:
    2*10AZN(Gəncə)=20AZN
    8*9AZN(digər rayonlar)=72 AZN dən əlavə işçiyə şirkət ödəniş etməlidirmi?

    aşağıda linkini paylaşdığım saytda 1.1 bəndində ezam olunan şəxs xərclərlə əaqədar sənəd təqdim etmədikdə mehmanxana xərcləri üçün müəyyən edilmiş hissənin 50% i ezam olunana ödənilir yazılıb.
    http://e-qanun.az/files/framework/data/13/c_f_13154.htm#_edn3

    Xahiş edirəm sualımı cavablandırasınız. Əvvəlcədən təşəkkür edirəm.

  44. RUSLAN says:

    salam
    Ezamiyye minimum nece km mesafeyedek olmalidi? Bakidan Sumqayita getmek ezamiyye sayilirmi?

  45. MƏTANƏT CƏFƏROVA says:

    SALAM! ezamiyyə ilə ələqadar olaraq bilmək istəyirəm işçiyə ən azindan neçə gün ezamiyyə vermək olar? məsafəcə yaxın rayona (məs.Bakı-Xaçmaz) bir günlük ezamiyyə vermək qanunauyğundurmu? məlumat verməyinizi xahiş edidəm. Öncədən təşəkkür edirəm!

  46. Sirac Sadıqov says:

    Salam. Məni təhsil şöbəsindən ixtisasım üzrə 24 günlük müəllimlərin təkmilləşmə kursuna göndəriblər. Bilmək istəyirəm ki, mənim ezamiyyəmin günlük norması necə hesablanmalıdır? Xahiş edirəm sualımı cavablandırasınız.

  47. Sirac says:

    Salam. Mən Təhsil şöbəsinin əmri ilə Bakı şəhərinə 24 günlük müəllimlərin təkmilləşmə kursuna göndərilmişəm.(məsafə 250 km) Bilmək istəyirəm ki, mənim ezamiyyəmin günlük yemək xərci neçə manat hesablanmalıdır? Xahiş edirəm sulımı cavablandırasınız.

  48. Nasimi Hüseynov says:

    Əmr ilə ezam olunduğum şəhər Göygöl şəhəri olduğu halda həmin şəhərdə mehmanxana olmadığı üçün Gəncə şəhərində mehmanxanada qalmışam. Mən Gəncə şəhərindən gətirdiyim mehmanxana qəbzini hansı qanuna əsasən əsaslandırmalıyam ki, ezamiyyə xərcimin hesablanmasında mehmanxana qəbzi nəzərə alınsın. Xahiş edirəm sualıma ətraflı cavab yazasınız. əvvəlcədən təşəkkür edirəm!!!

  49. ZAUR says:

    salam,meni SUMQAYITDAN ŞüVELENE 70 KM LAHİYEDE İşLEMEK üçüN EZAMİYYETE GöNDERİBLəR YOL MAşİNİN şİRKET VERİB GüNDE 4 SAAT ELAVE YOLDA OLURAM MENE GÜNE 2MAN .30QEP. YAZİLİR YOL PULU KİMİ. AMMA 4 SAATıN PULUN VERMİRLER. İŞDE 3 AYDAN ÇOXDUR. İNDİ MEN KİME MÜRACİƏT EDƏ BİLƏRƏM……

  50. Atash says:

    Salam Elchin muellim.
    Mən ozüm elm sayhesinde chalishiram, ve uzun muddetli ezam oluram. Ezam xerchleri men udugum grantin hesabinadir (PostDoc programi). Men Avropada uzun mudet chalishiram.
    Ganuna gore meni maksimum hansi muddete geder təshkilatin rehberi meni ezam ede biler?
    İşçilərin Ezamiyyə Qaydalarında yazilib ki İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla).
    Bu demekdir 40 gunen artiq mezziniyyetin muddeti ola bilmez, yoxsa men seyf basha dushdum?

  51. Xatire says:

    Salam, Elçin müellim.Size bele bir sualla müraciet etmek isterdim:
    -Müəssisənin iki əməkdaşı 7 günlük Zaqatala rayonuna ezam olunub.Onlara qərara əsasən gündəlik olaraq 70(yetmiş) AZN ezamiyyə xərci müəyyən olunub. Müəssisə öz xərcləri hesabına hansı məbləğdə gəlir vergisi, 3% və 22% köçürməlidir? Əvvəlcədən minnətdarlğımı bildirirəm.

  52. Vasif says:

    Size ezamiyye ile bagli sualim var. memkunse cavablandirardiniz. tutaq ki bir sexsin ezamiyye emri verilib 21-25 yanvar tarixlerine bir avropa olkesine. Hemin sexs de 24u axsam teyyareye minir ve 25i seher catir bakiya. Hemcinin qeyd edim ki 25-i bazar gunudur. 25-i gunu ucun o şexse ezamiyye xerci odenilirmi ? Tam odenilir ve ya hansisa hissesi ? Bundan elave hemin şexs oz istirahet gununu ezamiyyetde kecirib. bu sebebdeb 2 qat hesablana bilermi hemin gun ucun ?. Tesekkurler

  53. Əliyev Alihuseyn says:

    Salam Elçin müəllim. Zəhmət olmasa deyin yasadigin eraziden neçə km mesafeye ezam olunduqda ezamiyye xerci verilir.

  54. Gunel says:

    Salam.
    Ezamiyyə bayram gününə düşərsə işçiyə bayram günü işlədiyinə görə əbir günə düşən əmək haqqının iki misli qədər əmək haqqı ödənilməlidirmi?

  55. zeyneb says:

    Muellimler bir ayliq kursa gonderilerse ezamiyye ne qederdir?

  56. Ramin says:

    salam. Men socarda iwleyirem. Ozum astarada yawayiram. Iw yerim neft dawlarinda denizde yerlewir. Meni bu yaxinlarda bakida yerlewen telim-tedris merkezine ixtisas artirma kursuna gonderecekler. Hemin merkez, kurs kecenleri yataqxana ile temin etmir. Indi men ne edim?

  57. Ramila says:

    Salam. Ezamiyyet muddetinde bir gun bayrama duserse, onun ucun elave gun verilir? cunku normalda hemin gun qeyri is gunudur, amma ezmiyyetde oldugun ucun faktiki hemin gun calisiriq.

  58. Aynur says:

    salam
    men ishchini 19/05/2015-ci il tarixinde mezuniyyete gonderirem emr-in tarixi 18/05/2015-ci il olmalidir? ve ishchi 21-i ishe bashlamalidir ishde olacaq yeni bu zaman ezamiyyet muddeti 2 gun hesablanir?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s