Akkreditiv


İngilis dilində  “letter of credit” adlandırılır fransız  dilindən (“accréditation”) keçmə sözdür. Nəyisə etmə səlahiyyəti deməkdir. Latınca “accreditivus” inam deməkdir. Alqı satqı zamanı etibarla əlaqəli termindir. Satıcı öhdəliklərini yerinə yetirdikcə müqavilə davam edir. Adətən biri birini tanımayan və ya biri birinə güvənməyən şirkətlər arasında bağlanır. Bildiyiniz kimi alqı satqı zamanı istər alıcının istər sədə satıcının bir sıra riskləri olur:

Satıcının riski:

  • Alıcı pulu ödəyəcəkmi?
  • Alıcı vaxtında ödəmələri yerinə yetirəcəkmi?
  • Alıcı ödəməyi gecikdirərsə öhtəliklərimi necə yerinə yetirəcəm?
  • Alıcı fikirini dəyişməz ki? və s.

Alıcının riski:

  • Satıcı malı və ya xidməti vaxtında təmin edəcəkmi?
  • Mal və xidmət razılaşdırılan keyfiyyətdə olacaqmı?
  • Mal və ya xidmətə görə verdiyim avans necə olacaq? və .

Akreditif zamanı bu riskləri mali inistutlar əsasən banklar öz üzərinə götürür və bunun əvəzində komisiya alır. Akkreditiv mal və xidmət satıcısına mal və ya xidmətləri akkreditiv  şərtlərində olduğu keyfiyyətdə və akkreditiv şərtlərində göstərilən vaxtda təmin etdiyi halda ödəmə olacağını təmin edən bir sənəddir.

İşləyişi

  1. İxracatcı idxalatcıya faktura göndərir və müqavilə imzalanır.
  2. İdxalatcı emitet banka (öz bankına) akkreditivin şərtləri haqqında məlumat verərək akkreditiv açılması üçün müraciyyət edir.
  3. İdxalatcın bankı ixracatcının bankına akkreditiv açılması haqqında məlumat verir.
  4. İxracatçının bankı (vasitəçi bank) ixratcıya adına akkreditiv açılması haqqında məlumat verir.
  5. İxracatçı sənədləri hazırlayır, yükləmələri həyata keçirir və tranzitə başlayır.
  6. İxracatçı sənədləri vasitəçi banka verir.
  7. Vasitəçi bank sənədləri idxalcının bankına (emitent banka) göndərir.
  8. Emitent bank sənədləri yoxlayıb ödəmə edir.
  9. Vasitəçi bankdan sənədləri təslim alır.
  10. Vasitəci bank pulu ixracatcıya köçürür.

Ödəmə üçün Tələb olunan sənədlər

  • Mali sənədlər (Veksel)
  • Kommersiya sənədləri (Fatura, Qablaşdırma siyahısı)
  • Yol sənədləri (Nəqliyyat sənədləri, Sığorta Sertifikatı, Kommersiya sənədləri, Rəsmi və ya Qanunu sənədlər)
  • Rəsmi sənədlər (Lisenziya, Səfirlik leqallaşdırılması, Mənşə sertifikatı, Yoxlama Sertifikatı, fitosanitar sertifikatı)
  • Nəqliyyat Sənədləri (Bill of Lading (yükləmə çeki), Airway bill (Avia nakladnoy, Karqo Sənədləri və s.)
  • Sığorta sənədləri (Sığorta Polisi)

Hörmətlə: Elçin Çobanov

Xüsusilə Babaşov Cavidin istəyiylə. Siz də öz istək mövzunuzu istəyə bilərsiz.

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Banklar, Beynəlxalq ticarət, Finans. Bookmark the permalink.

3 Responses to Akkreditiv

  1. Babashov Cavid says:

    Tesekkurler Elcin..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s