Banka Hesabları


Banka Hesabları Aşağıdakı Növlərə Bölünür:

I- CARI HESAB.

A– Cari hesablar bələdiyyələrin, fərd sahibkarlar və hüquqi şəxslərin maliyyə təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. Büdcə təşkilatlarına isə, ancaq xarici dövlət və hüquqi şəxsləri tərəfindən məqsədli təyinat üzrə verilən yardım və qrantların alınması və istifadəsi üzrə bank əməliyyatlarının aparılması üçün açılır.
B- Müvəqqəti cari hesablar və Xüsusi cari hesablar da Cari hesablara aiddir.

  1. Müvəqqəti Cari hesablar ticarət şirkətlərinin qurulması əsnasında dövlət qeydiyyatına alınanadək şəriklərinin ortaqlıq paylarının ödənilməsi (formalaşdırılması) üçün açılır. Bu cür hesab üzrə yalnız şəriklərinin ortaqlıq paylarının ödənilməsi və bank xidmətləri haqqının ödənilməsi ilə bağlı əməliyyatlar aparıla bilər.
  2.  Xüsusi Cari hesablar:
  •  -Məhkəmənin və məhkəmə icraçısı qurumunun depozit hesabıları qanunvericilikdə nəzərdə tutulmuş məqsədlərlə bank əməliyyatlarının aparılması üçün açılır.
  •  Sığorta girovu və zəmanət kassası hesabı- xüsusi notariusların fəaliyyəti ilə bağlı meydana gələ biləcək zərərlərin ödənilməsini təmin etmək (bu öhdəliyinin icrasını təmin etmək) üçün girov olaraq şərti maliyyə vahidinin 300 mislindən az olmamaq şərti ilə bankda xüsusi notariuslara açılır. Zəmanət kassası isə, xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə açılır. Bu hesabın vəsaiti hər bir xüsusi notariusun həmin hesaba aybaay keçirdiyi aylıq gəlirinin 5 faizini təşkil edir. Hər hansı xüsusi notarius tərəfindən ziyan qəsdən vurulmamış olduqda və vurulmuş ziyanın ödənilməsi üçün sığorta girovundakı vəsait kifayət etmədikdə məhkəmə qərarına əsasən zəmanət kassasının vəsaitindən istifadə edilir.
  • Notariusların depozit hesabı – pul vəsaitlərinin və qiymətlə kağızların daxil olması, saxlanılması və digər əməliyyatların aparılması üçün dövlət və xüsusi notariuslara açılır.

II- CARİ SUBHESABLAR

– Hüquqi şəxslərə, onların regioanla fəaliyyətləri ilə bağlı filial və nümayəndəlik statusu daşımayan və olduğu yerdən kənarda yerləşən bölmələrinə açılır.

III- SSUDA HESABLARI

– Bankin müştərilərə verdiyi kreditlərin uçotu üçün və kredit müqavilələrində nəzərdə tutulan hallarda isə, həmçinin kredit vəsaitinin istifadəsi və ödənilməsi iklə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.

IV- ƏMANƏT HESABLARI

– bank əmanət müqavələsinə əsasən müştərilərin əmanətlərinin uçotu və müvafiq əməliyyatların aparılması üçün açılır.

V- MÜXBİR HESAB

-Bankların özlərinin və müştərilərinin bank əməliyyatırının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılır. Banklar milli valyutada müxbir hesablarını yalnız MB-da aça bilərlər. Xarici valyutada bank hesabları ancaq müvəkkil banklarda açıla bilər.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Banklar, Finans, Maliyyə, Terminalogiya. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s