Just İn Time (JİT) istehsal


Mütəşəbisslər hər zaman xərclərini azaltamğın yollarını axtarırlar. Çünki istehsala xərclənən hər hansı bir xərc məhsulun maya dəyərini qabarır. Maya dəyəri qalxdıqda isə təbii olaraq məhsulun qiyməti artır və ya marja (gəlirlə xərclər arasındakı fərq) azalır. İstehsalın əsas xərclərindən biri də məhsulların saxlanılması, qorunması, gözləməsi üçün xərclənən anbar xərcləridir. Bura kirayələr, köhnəlmələr, zaylar, qulluq, işçilik və s. kimi xərclər daxildir. Bu xərclərdən qaçmağın və ya azaltmağın yolu düzgün anbar və ya isteysal strategiyası seçməkdir. Bunlardan biri və ən sərfəlisi Just in Time (vaxtında) istehsaldır.

JIT elə bir istehsal strategiyasidır ki, burada müəsisə mənfəətini inventarlarını saxlamaq və bununla bağlı nəqliyat xərclərini azalmaqla artırır. Just in Time metoduna hemcinin TAYOTA metodu da deyirler. Bunun səbəbi də bu metodu ilk dəfə Yapiniyada Tayota şirkəti həyata kecirib. Bu metodun heyata keçirilməsi növbəti işin nə olacağını, nə vaxt nəyi istehsal etmək lazım olduğunu götərən siqnallardan və ya KANBAN-dan aslıdır. KANBAN adətən “Forumlar”-dan ibarət olur. Bəzən isə əldə olan və ya çatışmayan hissələr kimi kimi vizual siqnallarda ola bilər. Qeyd etmək yerinə düşərdi ki, JİT daimi inkişaf prosesinin bir mərhələsidir, dövrüyyəni sürətləndir, gəliri, keyfiyyəti və effectivliyi artırır. Daimi inkişaf isə işçilərin motivasiyası və keyfiyyətindən aslıdır.

Prinsipləri

Əsas məntiq anbar xərclərindən daha doğrusu əlavə anbar xərclərindən azad olmaqdır. Cünki anbardakı hər əlavə stok əlavə iş qüvvəsi və əlavə maliyyət deməkdir. JİT metodunda bu xərclər üzə çıxarılır və onlardan azad olmağın yollarını ortaya qoyulur. Bunun üçün şirkət dəyişikliklərə dərhal cavab verən bir sıra metodlara əməl etməlidir. Bunu etmək üçün güclü statistik məlumatlara, istehsalat mühəndislərinə, istehsalın idarə olunması biliklərinə və davranış biliklərinə (pisxalogiya) sahib olmaq lazımdır. JİT stoksuz iş demək deyil optimal və ya ən minimum stokla işləmək deməkdir. Bu prinsipdə xammal və ya yarım fabrikantlar elə sifariş olunur ki aylarla anbarda qalmaq yerinə catan kimi istehsala daxil olur, və ya məhsul elə istehsal olunur ki ona qulluq-qoruma xərcləri cəkilmir bir başa təyinatı üzrə istifadə olunur. Bunun üçün istehsalın bütün bölmələri bir biri ilə dəqiq xəbərləşir (KANBAN) istehsalçı bilirki xammal və ya yarımfabrikant nə vaxt təmin olunacaq, istehsala girəcək. Hər sonrakı mərhələ bilir ki, özündən əvvəli mərhələ və özündən sonrakı mərhələ hansı səviyyədədir hansı sürətlə işləyir. Bundan başqa her detal unikal işlenir bir modelin istehsalı azalanda digər modeldə iş davam eləsin. Qısaca:

Just İn Time=”doğru material, düzdün zamanda, düzgün yerdə və tələb olunan miqdarda”

Müsbət cəhətləri

  • Vaxt itgisi azaldır: JİT prinsipi ilə işləyən müəsisələr istehsal yönünü dəyişən zaman bunu minimum vaxtda edə bilirlər.
  • Anbar dövrünü sürətləndirir: Unikal hissələr anbarda çox qalmır beləliklə malların saxlanılma və idarə xərcləri azalır
  • Çoxcehetli işçilər effektiv istifadə olunur: Çoxcehedli örgədilmiş işçilər istehsalın bir sahəsindən tələb olunan yerə sahəsinə yönləndirilir.
  • İstehsal həcmi və iş saatları bazardakı tələb səviyyəsi ilə tənzimlənir: Əgər hər hansı məhsula tələb yoxdursa həmin məhsul istehsalı dayandırılır. Bu da müəsisəyə işçilərə əlavə ödənişlər (overtime) etməkdən azad edir və işçilərin savadlandırması üçün təlimlərə göndərilməsi üçün vaxt verir.
  • Təhçizatcı ilə yüksək səviyyədə münasibət: Bu cür şirkətlər təhcizatcıları ilə yüksək səviyyədə münasibətdə olur. Problemli təhcizatcılarla işləmədikləri kimi ödəmələri də heç vaxt gecikdirmirlər.
  • Mallar tam vaxtında çatdırılır: mal-materiallar günün müəyyən vaxtlarında çatdırılır anbara girmədən bir başa toplama məntəqələrinə boşaldılır və beləcə saxlama və anbar xərclərindən azad olunur.
  • Geniş anbarlar tikilməsinə və saxlanmasına ehtiyac qalmır: mal-materiallar günün müəyyən vaxtlarında çatdırılır anbara girmədən bir başa toplama məntəqələrinə boşaldılır
  • Anbarlarda maliyyətli inventarlaşdırmalara ehtiyac olmur.
  • Məhsulun maya dəyəri və/və ya satış qiyməti düşür: Xərclər azaldığı halda şirkət tələbə və ya marketinq siyasətinə uyğun olaraq bazar qiymətlərini salaraq dövriyyəsini artıra da bilər və ya satı qiyməti ilə xərcləri arasındakı fərqi mənfəət kimi istifadə də edə bilər.

Nəticə


Sistem Yaponiyada yaranıb və yaponlar bu sistemdən məharətlə istifadə edirlər. Görndüyü kimi bu sistemə keçmək üçün köklü dəyişikliklər edilməlidir. Şirkət daxili dəyişiklər bir yana tədarükçülər də ciddi, işini vatlı vaxtında yüksək səviyyədə görən şirkətlər olmalıdırlar. Bu cür və ya oxşar dəyişikliklər üçün hər bir kiçik detal belə nəzərə alınmalı və konkret addımlar atılmalıdır. Bundan başqa bəzi sahələr var ki bu sahələrdə JİT tətbiq etmək mümkün deyil. Nəticə olaraq onu deyə bilərəm ki hansı strategiyanı seçirsinizsə secin yeniliklərdən qorxmayın.

Hörmətlə: Elçin Çobanov

Cavid Babaşovun istəyi ilə. 

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Menecer, Menecment, Planlama, Terminalogiya, Time management. Bookmark the permalink.

2 Responses to Just İn Time (JİT) istehsal

  1. Cavid Babashov says:

    tesekkuler Elcin..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s