Hədəflər


Hədəflər şirkətin müəyyən bir vaxt daxilində həyata keçirilməsi arzu edilən və ya nail olmaq istənilən nəticədir. Hədəflər mücərrəd və ya konkter, maddi və qeyri maddi, bəşəri və ya siosial xaralterli ola bilər. Şirkətlər özlərinə hədəf seçir və o istiqamətdə adımlar atmağa başlayırlar. Şirkətlər işçiləri ilə ortaq və/və ya fərqli hədəflər sahib ola bilər. Şəxsi maraqların təmin edilməsi üçün qurulmuş şirkətlərdə işçilərlə ortaq məqsədlər (hədəflər) yaradılmalıdır. Hədəflər şirkətin üst səviyyəli idarəçiləri tərəfindən yaradılır. Lakin üst səviyyəli idarəcilər unutmamalıdırlar ki, bu hədəflərə hər kəs tərəfindən qəbul olunduğu zaman nail olmaq olar.

Hədəflərin bəzi özəllikləri:

  • Hədəflər qəbul olunmalıdır
  • Nail olunması real olmalıdır
  • Aydın olmalıdır
  • Həvəsləndirici olmalıdır
  • Digər hədəflərə zidd olmamalıdır
  • Düzgün seçilməlidir yəni şirkətə və vəziyyətə uyğun olmalıdır
  • Fürsət maliyyəti nəzərə alınmalıdır

Hədəflərin müəyyən olunması stratejik idarə etmə nəzərindən bir şirkətə ilk öncə ətrafındakılar tərəfindən qəbul olnmasına kömək edir. Bundan başqa hədəflər şirkət siyasətinin müəyyən olunmasında, vəsaitlərin və vasitələrin seçilməsində, fəaliyyət proqramlarının hazırlanmasında və yəyata kecirilməsində mayak (yön göstərir) rolu oynayır. Hədəflərin olması, əsas qərarların qəbul olunmasını asanlaşdırır. Eyni zamanda idarəçilərin bir birinə zidd qərarlar qəbul eləməsinin qarşısını alır. Hədəflər qərar qəbulunun sərhədlərini müəyyənləşdirir.  Hədəflər həvəsləndirici olduğu üçün işçilərə təsir edir və onların da hədəflərinin bir hissəsi olur. Beləcə işçi işinə daha çox can yandırır və daha effektiv işləyir. Bundan başqa hədəflər uğurlarımızı ölçmək üçün bizdə bir standart yaradır. Vaxt aşırı əldə edilənlə hədəflər müqaisə olunur.

Bütün diqqətlərin yalnız bir hədəfə yönəlməsi digər hədəflərin unudulmasına və ya nəzərdən qaçırılmasına gətirib çıxara bilər. Əslində hədəflərə çox böyük ümüdlər bağlanılmamalıdır. Çünkü hədəflər davranışlarınızın məqsədini izah etmək üçündür. Təklikdə bir elə də güclü vasitə deyil (Xəyalpərəstlərin də çox böyük hədəfləri var, eyni zamanda çox uğurlu iş adamları xəyalpərəstdir).

HƏDƏF-STRATEGİYA MÜNASİBƏTİ

Stratejik hədəflər bir bütün olaraq  şirkəti əhatə edir və şirkətin uzunmüddətli hədəflərinin nəticələri ilə ifadə olunur. Şirkətin gələcəyə yönəlik adımlarını formalaşdırır və yönləndirir. Stratejik hədəflər ümumi məqsədlərin və misyanın şirkət fəaliyyət sahəsinə görə xüsusiləşdirilmiş və təyin olunmuş şəklidir.

MİSYA-VİZYON-HƏDƏF MÜNASİBƏTİ

Misya uzunmüdətli bir hədəfdir. Misya şirkət daxilində vəzifəsindən aslı olmayaraq hər kəsin ortaq dəyəridir. Digər hədəflər isə vəzifəsindən və şöbəsindən aslı olaraq fərqli şəxslər və qruplar üçün fərqli ola bilər. Misyanın əsəs əhəmiyyəti fərqli hədəfləri ortaq bir vizyona yönəldilməsidir.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Menecer, Menecment, Terminalogiya, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s