STRATEJIK PLANLAMA


Planlana: Bugündən gələcəkdə nail olmaq nəyə istənəndiyinin, nələrin həyata gekirimək istədiklərinizin müəyyənləşdirilməsidir. İki əsas özəlliyi var:

  1. Gələcəyə yönəlik düşünmək, dəyərləndirmək, araştırmaq və tədqiqat olmasıdır.
  2. Planlama müəyyən təxmin və risklərdən ibarətdir.

Stratejik Planlar uzun müddətli planlardırlar. Şirkətin hədəfləri, əlindəki resursları və dəyişkən Bazar fürsətləri arasında stratejik uyğunlaşma yaradır.  Stratejik planların məqsədi şirkətin tərəflərini tapmaq və inkişaf etdirmək, zəiz tərəflərini tapıb, aradan qaldırmaqdır.(SWOT)

Bu növ planların üç səviyyəsi var:

  1. Ümumi şirkətin planlanması (Rəqabət olunacaq sahənin müəyyənləşdirilməsi, görüləcək işlərin növünün müəyyənləşdirilməsi)
  2. İşin planlanması (müəyyən edilə bilən müştəri və rəqibləri nəzərə alınaraq bazarda rəqabət aparacaq mal və ya xidmətin rəqabətinin planlanması)
  3. Funksiyanal Planlama (maliyyə, marketinq, kadr və sairlə bağlı planların yaradılması)

Stratejik Planlamanın Səviyyələri

  1. Şirkət Misyasının məyyənləşdirilməsi
  2. Şirkət hədəflərinin müəyyənləşdirilməsi
  3. Hədəflərə nail olmaq üçün alternativlərin müəyyənləşdirilməsi
  4. Alternativlər arasından seçim etmək

1. Şirkət Misyasının Müəyyənləşdirilməsi

Misya şirkətin var olma səbəbidir. Hər şirkət və ya qurum özünə “Biz niya varıq?” sualının verməlidir. Çox sadə sual kimi gələ bilər “mənfəət əldə etmək üçün”. Amma bu cavab yetərsizdir. Ən azından pulunuzu banka qoyanda da mənfəət əldə edəcəkdiniz. Deməli şirkətin var olma səbəbi necə mənfəət əldə edəcəyi ilə bağlıdır. Yəni şirkət özünü necə görür. Bu səbəbdən bu suala geniş və aydın cavab vermək lazımdır.

Hər şeyin bir ömrü var. Eləcə də şirkətlərin. Şirkət qurulduqdan sonra böyüyüb inkişaf edə bilər, böyük bazarlarda söz sahibi ola bilər. Sonra isə  yox ola bilər və ya işlər gözlənildiyi kimi getməz və iflas ola bilər. Bu səbəbdən şirkətlər özlərinə misya seçərkən dar çərçivəyə girməməlidirlər.  Şirkət qurularkən kiçik bir sahədə fəaliyyət göstərə bilər lakin sonra böyüyə və misyası şirkətin var olma səbəbini və gördüyü işləri izah etməkdə aciz qala bilər. Buna görə misyanızı düzgün seçin. Axı misya bu günlə deyil bütün fəaliyyət müddətinizlə bağlıdır. Misal üçün İBM” : Bizim işimiz kompyuter istehsalı deyil, prablemlərə həll tapmaqdır. Bu gün kompyuter hissələri istehsal edir gələcəkdə vəziyyətə görə istehsal yönünü dəyişə bilər. Amma hər zaman problemlərin həllinə yönəlik nə isə istehsal edəcək. Və ya tibbi avadanlıqlar istehsal edən şirkətin “Bizim məqsədimiz həyat xilas etməkdir” deməsi tibbin inkişafına görə nə üzrə ixtisaslaşır ixtisaslaşsın misyası dəyişməz olaraq qalır “Həyat xilas etmək”.

Misyanın özündə birləşdirməli olduğu ünserlər:

  • Şirkətin ümumi fəlsəfəsi və işgörmə fəlsəfəsi
  • Şirkət özünü necə görür
  • Hansı müştəri kütləsinə və ya bazarlara xidmət etdiyi
  • istehsal edəcəyi mal və ya xidmətlərin nələr olduğu
  • İstifadə olunacaq əsas texnalogiya
  • Böyümə və mənfəətlilik haqqında düşüncələri
  • Ümumi olaraq vermək istədiyi mesaj

Misyanın faydaları:

  • Şirkətin cəmiyyətdəki imicini formalaşdırır
  • Şirkəti lazımsız investisiyalardan və başqa sektorlara sürüşmələrin qarşısını alır
  • Motivasiya və kamanda ruhu yaradır
  • Stratejik planların və lahiyyələrin hazırlanmasını asanlaşdırır
  • Fəaliyyətin analizində ölcü kimi nəzərə alınır

Yarana biləcək bəzi neqativ hallar:

  • Misyanın yaradılması və yazılı hala gətirilməsi çətin olması
  • Yazılı misya şirkət elastikliyinə ziddir
  • Çox dəyişkən sektorlarda yazılı misyaların əhəmiyyəti azalır
  • Ciddi nəzarət tələb edir (dediklərinizlə məmələriniz bir birini tamamlamalıdır)

2. Hədəflərin Müəyyəşdirilməsi

Planlamanın bu mərhələsində şirkətin və ya şöbənin gələcəkdə müəyyən bir dövürdə (rüb, altı ay, illik və ya beş illik ola bilər) nəyi, nə miqdarda, və harada etmək istədiyinin qərarıdır. Məsələn:

  • İllik satış miqdarı
  • İllik satış həcimi
  • İllik əldə olunmaq istənilən bazar payı
  • İllik balansa dəyişiklərin olunması
  • İllik kadr sayı və keyfiyyəti
  • İllik istehsal miqdarı
  • İllik proqramlar (kadr keyfiyyəti, sosial ve s.)

Hədəflərin əsas prinsiplər:

  • Ölçülə bilməsi
  • Lazımı fəaliyyətlərə yönəlməsi
  • Konkret zaman çərçivəsində olması

Şirkətin ümümi və stratejik hədəflərinin müəyyənləşdirilməsi alt bölmə və şöbələrin planlarının qurulmasına yön verir. Hədəflərin ierarxik özəlliyi qarşımıza iki yerdə çıxır. Birincisi şirkətin bütün alt bölmə və şöbələrini bir bütün kimi bağlayır. Təcrübədə göstərir ki, bəzən alt bölmələr bir birinə zidd addımlar atırlar. Hədəflər olduqda isə hər kəs ortaq məqsədə xidmət edir. İkincisi isə Stratejik hədəflərə alt bölmələrin hədəflərinə nail olunan zaman  nail olmaq olar. Stratejik hədəflər alt qurumların hədəflərinin tam olaraq həyata keçirildiyi zaman həyata keçir.

3. Hədəflərə nail olmaq üçün alternativlərin müəyyənləşdirilməsi

Planlamanın bu səviyyəsində gələcəkdəki müəyyən bir vəziyyətə necə, nə edərək nail olunacağının araşdırılması və müəyyənləşdirilməsidən ibarətdir. Bu səviyyədə yaradıcı olmaq, mövcud və əvvələr istifadə olunmuş yollardan fərqli yolların tapılması, rəqiblərlə müqaisədə üstünlük təmin edəcək yolların tapılması, risklərin minimuma endirilməsi kimi xüsusiyyətlər önəmlidir. Bəzi şirkətlərdə ayrica bir bölmə sadəcə bu işlə məşğul olur (işi sadəcə yeni yollar və alternativlər tapmaqdan ibarət olan “Think tank”). Bu mərhələ peşəkar və ya kansaltinq məsləhətlərindən ən çox istifadə olunan mərhələdir. Bu zaman müəyyən olunmuş hədəflərə nail olmağın yolları tapılır, lazımı resurslar hesablanır, müsbət və mənfi cəhətlər ortaya çıxarılır.

4. Alternativ arasından seçim etmək

Bu mərhələdə idarəci müəyyən olunmuş hədəflərə nail olmaq üçün yollardan birini seçəcək.  Bu mərhələnin özəlliyi qərar qəbul etməkdir. Seçim edərkən şirkət resurslarının necə və hansı formada istifadə olunacağı müəyyənləşir.

5. Digər səviyyələr

Şirkətlərdə saydığımız 4 səviyyədən başqa səviyyələr də əlavə oluna bilər. Əsas şablonları bilmək deyil düzgün nəticəyə nail olmaqdır.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Menecer, Menecment, Planlama, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s