BIR QƏDƏR MARKETİNG


Satış və Marketinq

Çoxları marketininqin ele satışdan ibarət olduğunu düşünür. Əslində isə marketing daha mürəkkəb və daha məhsulliyyətli işdir. Satışda əsas iş istehsal etdiyin və ya topdan aldığın malı satmaqla kifayyətlənirsən. Marketingdə isə bazardakı tələbi razı salmağa çalışır. Bura satış əvvəli xidmətlər (tanıtmaq, məlumat vermək, örgətmək və s.), satış sonrası xidmətlər (zəmanət, servis, ikinci bazarın təşkili və s.) daxildir. Satış mal və ya məhsul reallaşdıqdan sonra bitdiyi halda marketinq ise daimi əməkdaşlıq hədəfləyir. Marketingdə mal və ya xidmət haqqında ətraflı məlumat verilir, almamış istifadə etmək şansı verir (Misalçün: testdrive), satışda maksimim rahatlıq təmin edir (kreditleşdirme, çatdırılma və quraşdırma ve s.), satışdan sonra müştərisi ilə maraqlanır (qaynar xətt, təminat, sevris ve s.), hetta köhnə mehsulunu alıb yenisini təklif edir.

Brend

Brendləşmədən martetinqdən danışmaq düzgün deyil məncə. Staışla marketinqi eyniləşdirmənin əlehinə olsam da brendləşmə ilə marketingin eyniləşdirilməsinin əlehinə deyiləm. Brend bir şirketin və ya məhsulun adı və rəqib şirkətlərdən fərqidir. Brend şirkətin unikalığını göstərir. Logo, slogan (tagline), rəng, qrafik elementlər və s.-lərdən ibarət olsada daha geniş bir elmdir. Brend şirkətin müştərilərin və potensial müştərilərin şirkəti necə görməsidir. Brend şirkətin şəxsiyyəti və ya güzgüsü kimi də düşünülə bilər. Brend yaradılarkən şirkətin dəyərləri, misyası nəzərə alınmalı və şirkətin web saytından tutmuş vitrinlərinə kimi bütün vasitələrlə bu dəyərlər müştərilərə çatdırılmalıdır.

Müştərilərinizin sizi necə görməyini istədiyiniz barəsində 1-2 paraqraf yazın. Bu zaman təsfiri sözlərdən istifadə edin (“Etibarlı”, “Güvənli”, “Üstün”, “Yenilikçi”, “Əyləncəli”, “Klassik”, “Sağlıqlı” və s). Müştərilərinizin sizdən əldə edəcəyi dəyərləri qeyd edin. Rəqiblərinizdən sizi fərqləndirən özəlliklərinizi qeyd edin. Özünüzə imic müəyyənləşdirin və ona uyun, bazarda atdığınız hər addım bununla vəhdət təşkil etməlidir. Beləliklə əlinizdə potensial müştərilərinizə çatdırılmalı 1-2 paraqraflıq ismarıc və ya məktub var.

Bazar Araşdırması

Kiçik sahibkarların ən çox şikayət etdiyi mövzu nə edəcəklərini bilməmələridi. Bu normaldı, düşünün ki yeni bir şəhərdə bələdçi xəritə olmadan hərəkət edirsiz. Bu xəritə rolunu bazar araşdırmalarının nəticələri özündə daşıyır. Əgər müştərilərin ilk növbədə nə istədiyini bilmirsinizsə düzgün mal və ya xidmətin marketinqini təşkil edə bilməyəcəksiniz. Bazar araşdırması müştərilərin istək və tələblərinin müəyyənləşdirilməsində dəyərli olsa da pahalı olması şərt deyil (bunu özünüz də təşkil edə bilərsiniz). Nəticələr sizə marketingin planlarının qurulmasında(Bələdci xəritə əldə olunmasında) kömək edəcək. Bazar araşdırması sizə resurslarınızın doğru yolda istifadəsinə kömək edəcək. Bazarı örgənmədən hərəkət etmək “qaranlıqda hədəfə atəş açmaq kimidir”. Əla planlarınız ola bilər amma düzgün yerdə və düzgün insanlara müraciyyət etmədikdən sonra bir mənası qalmaz.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Marketinq and tagged , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s