VƏHŞİ KAPİTALİZİM


Çoxumuz bu barədə eşitmişik “Vəhşi kapitalizim”. Mən bu mövzu üzərində çox düşünürəm, “Nəyi pisdir ki bunun?“. Gəlin əvvəlcə “Vəhşi” sözündən başlayaq. Nədənsə biz vəhşi sözünü daha çox mənfi bir şey kimi qəbul edirik. Vəhşi təbii demək deyil?! Vəhşi təbiət olduğu kimi müdaxiləsiz, olmalı olduğu kimi demək deyil?! Nədənsə insanlar onlara sərf etməyəni çirkin, pis kimi qəbul edir və bununla razılaşmaq istəmir. Hər şey bizim iradəmizlə olmalıdır?!  Sizin kimi mən də canlıları sevirəm. Təbiiətdə ceyran görəndə ona və onu yaradana necə heyran olmayasan. Bəs aslana necə?! Gözəldir. Amma bir aslan ceyranı parcalayıb yeyəndə istər istəməz mane olmağa calışarıq. Amma bunun nəticəsini heç düşünmürük. Aslan hansı heyvanları ovlayır?!  Zəif və xəstələri. Deyək ki bütün belə hallara mane olduq necə olacaq?! Əvvəlcə aslanlar yəni vəhşilər aclıqdan öləcək. Sonra isə xəstə ovlar bütün sürünü xəstələndirəcək və onlar da öləcək. Biz neynəmiş olacağıq?! Hər ikisini məhvə sürükləmiş olacağıq. Mən hər ikisini də sevirəm amma saglamını və digərlərinə ziyan verməyənini sevirəm. Təbiiətə isə müdaxilə heç bir zaman əvəzsiz qalmır.

Bu iqtisadiyyatda da belədir, həyatda da. Biz Təbii kapitalizimi dəyişdik və Vəhşi kaptalizim dedik. Nə oldu?!  Güçlü şirkətlərin bir qisimi məhv oldu. Əvəzində işini doğru dürüst görməyən, keyfiyyətsiz məhsullar istehsal edən şirkətlər artdı. İşini düzgün görənlər isə onlara baxaraq aşağı keyfiyyətli məhsullar istehsal etməyə başladılar. Ümumi iqtisadiyyata, cəmiyyətə, istehlakçılara xeyri oldu yoxsa ziyanı? Bu barədə düşünün.

Fikirimcə ən güclü şirkətlər bu vəhşi qapitalizim qaydalarında belə davam gətirə biləcək şirkətlərdir. Zəif şirkətlərin qorunmasıdır ki bizi vaxt aşırı krizlərə sürükləyir. Ən gözəl səhnə isə krizdən sonrakı səhnədir. İşini bilənlər, işinin öhdəsindən gələn şirkətlər fəaliyyətinə davam edir özüdə daha güçlü halda çünkü təçrübəsinə daha bir cətinlikdə qazanılmış təcrübə əlavə olunur. Zəif şirkətlər isə məhv olur. Özləri ilə başqalarının sərmayələrini də batırır.

Yazıdan da anladız yəqin mən Klassiklər kimi düşünürəm. İqtisadiyyat təbii olmalıdır. Güçlülər uğurlu olmalıdır. Kimin güçlü olub olmadığını bazar ən dəqiq desət istehlakçı müəyyən etməlidir. Rəqabət biznes dünyasında elə təbii seleksiya effekti verir.

Çətinlikdən qorxmayın çətinliyə meydan oxuyun. Kəpənək baramadan çıxarkən əziyyət çəkib özü çıxmasa qanadları inkişafdan qalır və hec vaxt uca bilmir.

P.S. şirkətlər yerinə kadrlar da düşünülə bilər.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Baxış tərzi. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s