İCTİMAYYƏTLƏ ƏLAQƏLƏR (PR)


Public Relation (qısaca PR), Halkla İlişkiler, bizde ise İctimayyətlə Əlaqələr deyə bilinən fəaliyyət növü günümüzün şərtlərindəndir. İstər özəl sektor olsun istər dövlət sektoru bunun üçün vəsait ayrılır, şöbələr qurulur, işlər görülür. Bəs nədir bu ictimayyətlə əlaqər?! Əslidə bu fəaliyyətə tərif vermək elə də asan deyil çünki fəaliyyət sahəsi çox geniş və müxtəlifdir. İstər iqtisadi istər siyasi münasibətlər cəmiyyətdə yaranır. Hər bir müəsisə cəmiyyətin rəğbətini qazanmağa çalışır və işlərinin cəmiyyəti razı salmasına nəzarət eməlidirlər. Bu səbəblə ictimayyətlə əlaqələr var. Onlar görülən işlərlə bağlı cəmiyyətə məlumat və şərhlər verir. Özləri və gördükləri işlər barədə sosial rəy yaradırlar.

İctimayyətlə Əlaqələrin Məqsədi

  • İşrkətlə bağlı fikir formalaşdırmaq
  • Cəmiyyətin şirkət barəsindəki fikirlərini örgənmək
  • Şirkət haqqındakı səhv düşüncələrin qarşısını almaq
  • Şirkətin cəmiyyətin fikirlərinə hörmət bəslədiyini nümayiş etdirmək
  • Öz mənfəətləri ilə cəmiyyət mənfəətləri arasında balans yaratmaq
  • Mal və xidmətlərin xüsusiyyətlərinin formalaşmasına kömək etmək
  • Demokratik atmasfer yaratmaq

İctimayyətlə Əlaqələrin Əsas Prinsipləri

Dürüstlük

Dürüstlük ən əsas prinsipdir. İster məlumat verdikdə, istər araşdırmalarda, istər sədə sosial sorğularda dürüst olun. Dürüst olmaqdan əlavə diqqətli olun cünkü bezi hallarda bilmədən də səhvə yol verə bilərsiz. Bu işlərdə geniş kütləyə ithaf olunduğu üçün kiçik bir səhv şirkətinizin imicinə böyük zədə hetirə bilər. İctimayyətlə əlaqələr nə vasitə ilə olur olsun hədəf kütləni məqsədinizə yönəltmək deyil. Belə olduqda bu “təbliğat” və ya “gipnozdur”. Əmin olun ki, bir nöqtədən sonra bu öz əks təsirini göstərəcək. İtirilmiş güvəni isə qazanmaq çox cətindi (Hətta mümkün deyil).

İnandırıcılıq

İkinci prinsip ötürülən məlumatların inandırıcı olmasıdır. İnandırıcı olmaq bir neçə faktordan aslıdır. Hədəf kütləni tanımaq, onun xüsusiyyətlərini, istəklərini və sizdən gözlədiklərini bilmək. Bu faktorlar nəzərə alınarkən birinci prinsip yəni dürüstlük yaddan çıxmamalıdır. Hədəf kütlənizin dilində danışın. Çünki məlubat alanın qəbul etə biləcəyi qədər effektivsiniz. İkna etmək üçün qarşı tərəfin nə istədiyini ən üst səviyyədə bilməlisiniz.

Davamlılıq

İctimayyətlə əlaqələr davamlı olmalıdır. Belə olduqda məlumatlar daha qalıcı olur. Məlumatların geniş müzakirəsinə şərait yaradın.  Bu zaman təmkinli olmaq lazımdır. Düzgün təşkil olunmuş ictimayyətlə əlaqələr dostluğa bənzəyir. Dostluq isə bir gündə qazanılmır.

İctimayyətlə Əlaqələrin Səviyyələri

İctimayyətlə əlaqələr sistematik təşkil olunmalıdır. Aşagıdakı səviyyələr həyata keçirilməlidir:

  • Münasibət yaradılacaq hədəf kütlə haqqında  məlumat toplamaq
  • Bu məlumatlara əsasən planlar hazırlanmalı
  • Planların həyata keçirilməsi
  • Nəticələrin dəyərləndirilməsi

Məlumat Toplama

Bu mərhələ digər bütün səviyyələrə bünövrə funksiyası daşıyır. Hədəf kütlə barədə məlumat olmadan işlər görüldükdə dağınıqlıq olacaq, effektivlik aşağı düşəcək. İlk öncə hədəf kütlənin xüsusiyyətləri, davranışları, düşüncə tərzləri, toplu və mədəni quruluşları örgənilməlidir. Bu zaman sosyal və pisxalojik savada ehtiyac duyulacaq. Bu mərhələsə problemlər açıq şəkildə təsvir olunmalıdır.

İkinci vacib məsələ istifadə olunacaq metodların və vasitələrin müəyyənləşdirilməsidir. Yazılı anketlərmi istifadə olunacaq, şifahi sorğularmı keçiriləcək, telefonla yoxsa üz üzəmi görüşüləcək və s.

Digər vacib məsələ uyğun kadrların seçilməsidir. Onların xüsusiyyətləri, təhsil səviyyələri, bacarıqları və s. görüləcək işlərin effektivliyinə təsir göstərəcək.

Planlama

Bu mərhələ toplanmış məlumatlara əsasən məqsədlər (Hədəflər) müəyyənləşdirilir. Buna uyğun olaraq icra planları hazırlanır. Nələr görüləcək? Nə vaxt görüləcək? Harada görüləcək? Necə görüləcək? Kimlər üçün? kimi suallara cavab tapılmalıdır. Digər planlar kimi bu planlar da qısa, orta və uzun müddətli planlara bölünə bilər.

İcra

Üçüncü mərhələ planların həyata keçirilməsidir. Bu mərhələ də əvvəlki planlar həyata keçirilərkən qeydlər aparılır ki bu qeydlər növbəti mərhələdə və gələcəkdəki planlar üçün mənbə rolu oynayacaq.

Nəzarət və Dəyərləndirmə

Bu mərhələdə planların düzpün planan uyğun icrasını yoxlanması və dəyərləndirilərək gələcək dövürdəki qərarlar üçün hazır vəziyyətə gətirməklə məşğul olunur.

İctimayyətlə Əlaqələrdə İstifadə olunan Vasitələr

Yazılı Vasitələr

  • Qazetlər
  • Jurnallar
  • Braşuralar
  • Bülütünlər
  • İllik hesabatlar
  • Məktublar
  • Afişalar (Posterlər)
  • Plakatlar
  • Web səhfə

Press və Vizula

  • Radio
  • Televiziya
  • İnternet (YouTube)
  • Sərgi və Galeriya

Sosyal və Mədəni

  • Yarışlar
  • Gəzintilər
  • Sponsrluq
  • Tədris

İctimayyətlə Əlaqələrin Kadrları

İctimayyətlə Əlaqələr sadəcə bu işlə məşxul olan şöbənin işçiləri ilə bağlı bir şey deyil. Şirkətin tərəfindən atılan hər addım cəmiyyətdə əks səda yaradır. Bu səbəbdən şirkətə istənilən kadr seçildikdə diqqətli olunmalıdır. Qəra verərkən bunun necə əks səda yaradacağı düşünülməlidir.

Müəsisə daxili münasibətlər

İctimayyətlə Əlaqələrdə müəsisə daxili münasibətlər əhəmiyyətli rol daşıyır. Yuxarda da qeyd etdiyim kimi bütün personal şirkətin bir hissəsi olduğu üçün şirkətin təmsilçisidir. Bu səbəbdən işi nə olursa olsun bütün işçilər şirkətin hədəflərini, misyasını bilməlidir. Şirkətdə baş verən dəyişikliklər dərhal bütün işçilərə catdırılmalıdır. Şirkətdə xəbərləşmə sistemi ən yüksək səviyyədə olmalıdır.

İctimayyətlə Əlaqələr şöbəsinin işçilərinin şəxsi keufiyyətləri

Görünüşü

Görünüş iş dünyasında çox vacibdir. Necə deyərlər “İnsanı görünüşünə görə qarşılayıb ağlına görə yola salırlar“. Təmiz-səliqəli geyinməli xariçi görünüşünə maksimum diqqətli olmalıdır. Çünki ictimayyətlə əlaqələr şöbəsinin işçiləri şirkətin üzüdür. Cəmiyyətdə ən çox bu şöbənin işçilərini tanıyırlar.

Şəxsiyyəti

Təhsil, məlumat, təcrübə, dünya görüşü kimi xüsusiyyətlər iş dünyasının şərtlərindəndir. Bununla yanaşı ictimayyətlə əlaqələr şöbəsinin işçiləri işcilərin və cəmiyyətin rəğbətini qazanmaq, təşəbbüskar,təcili qərar verə bilmə bacarığı, mədəni olmaq və tolerant olmaq kimi əlavə bacarıqları da özündə birləşdirməlidir. İş dünyasında ətrafı ilə yaxı münasibətlər qurmalı, kömək etməyi xoşlayan, dostluqlar qurmağı bacaran, iş və şəxsi həyatını ayıra bilməli, anlaış göstərməli, nəzakətli olmalı, gülər üzlü olmalıdır.

Güvənirlilik

İşə vaxtlı vaxtında gəlib getmək, iş vaxtı bütün diqqətini bu işə yönəltmək, işini sevmək, müəssisə sirlərini qorumaq, sədaqət, gördüyü işə hörmət etmək işçinin güvən qazanmasına səbəb olur.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in HR, Marketinq, Menecment, PR, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s