iŞ İNSANI SEÇİR İNSAN İŞİ DEYİL


Hər il on minlərlə məzun verir iniversitetlər, colleclət, texnikomlar, məktəblər bu məzunların əksəri iş tapa bilmir. Hər il yüzlərlə iş yerləri açılır və bunların 90%nə yaxını birili tamam olmadan müflizləzir. Bəs bunun səbəbini heç düşünmüsünüz?! Mən sosyoloq deyiləm amma şəxsi fikirlərini sizinlə bölüşmək istəyirəm.

Başlayaq ən aşağıdan qalxaq yuxarı. Uşaq ikən hərənin özünə görə arzuları olur. Kimi kasmanaft olmaq istəyir, kimi həkim, kimi polis, kimi rəssam kimi müəllim və s. Uşaqlar ümumiyyətcə hər şeyə fikir verirlər. Bir müddət sonra  görürlər ki cəmiyyətdə insanın biliyinə görə deyil, faydasına görə deyil, dünya görüşünə görə deyil, xasiyyətinə görə deyil puluna görə, maşınına görə, evinə görə, çevrəsinə görə, gücünə görə dəyər verirlər. Uşaq isə evin aynasıdı valideyinlərin görüşləri yavaş yavaş keçir övladlara. Məhz bu səbəbdəndir ki indiki uşaqlar daha tez uşaq kimi düşünməyi tərgidirlər.

Gəlir məktəb vaxtı. Uşaqların əksəri müəllimləri sevirlər. Bir çoxundan soruşasan müəllim olmaq istəyirlər (söhbət ibtidai sinif şagirdlərindən gedir). Bir müddət sonra valideyin uşağının müəllimini daha çox sevdiyini hiss edəndə başlayır qısqanmağa. Uşağına daha çox vaxt ayırıb onun sevgisini qazanmaq yerinə uşağın xəyallarına lağ etməyə başlayır (Azərbaycanlıyıq axı hər zaman hər şeyin ən asanını seçirik). Müəllim olarsan acindan ölərsən… Men onun maaşını bir gündə xərcləyirəm… Müsiqiçi olub adımızı batırassan?… Rəqqas nədi başımıza iş açma… Mən bunları uydurmuram gördüklərimi eşitdiklərimi deyirəm. İllər bir birini dəyişir və şagirdlər uşaq olmaqdan yeni yetməliyə çıxırlar. Sadəcə şəxsiyyətinə qayğısına görə sevdiyi müəllimini ilərdi eyni geyimdə gördüyü üçün, imkansızlıqdan xarici görünüşünə fikir verə bilmədiyi üçün lağa qoymağa başlayırlar. Bir tərəfdən də şəxsiyyətini itirmiş, həyatın çətinliyi qarşısında baş əymiş müəllimlərin rüşvətxorluğu…

Universitete hazırlaşmaq, peşə seçmək vaxtı gələndə hərə bir məsləhət verir. Çox nadir insanlar olur ki maraqlanır ki inanın özünün nəyə həvəsi var. Elə şagirdlər özü də sevdiyi peşəni deyil sayılıb seçilən peşəni, adı havalı olan peşəni seçir (Beynelxalq İqtisadi Münasibətlər, Beynəlxalq Münasibətlər, Beynəlxalq sözü varsa demək əladir…). Zövq alaçağı işi deyil pul qazana biləcəyi işi seçir (Maliyyə Kredit – Hər kreditdən şapka alsam 3-5 ilə ev-eşik, maşın pul hər şey olacaq… Buğalteriya- əla yeyinti mənbəyi… Menecment- öz şirkətimi qura bilməyəcəm osuz başqasının şirkətini özümünki kimi istifadə edərəm…). Hələ əskərliyə 4-5 il gec getməyin dərdindən, 18 ay deyil 12ay xidmət etməyin dərdindən universitetlərə hazırlaşanları. Qəbu olub başqalarının yerini tutanları demirəm…

Qəbul olur. Universitetdə oxya bilmir alternativ yollar axtarır. Sürünə sürünə bir təhər bitirməyə çalışır. Həvəssiz qəbul olduğu üçün dərsi dinləmir. Bu bir yana başqalarına da imkan vermir bir şey örgənsin. Day-day da universitete tapşırıb gözünün üstündə qaşın var deyən yoxdu. Sosial ədalətsizlik digrlərini də bezdirir səbrlərinin qalan hissəsi də tükənir qoşulur belələrinə palaza bürünüb elnən sürünürlər. 1-2 ikinci kurs oxudum gördüm ki mellim qiymetimi kesir men de oxumağın daşını atdım… Mən də qiymət alıram oxumuyanda elə məndə oxumaram semestrdən semestrə görüm baxım eliyərəm…

Gəlir iş axtarmaq mərhələsi. Müxtəlif fürsətlər çıxır. Müxtəlif şəraitdə müxtəlif maaşlı. Amma biz örgəşməmişik axı azla qane olaq. İş(Yüksək vəzifə, yüksək maaş, az iş saatları, keyfin istəyəndə gəl keyfin istəyəndə get) yoxdu… Var sada adamım yoxdu (özüm bacarmıram axı imtahanlardan, müsəhibələrdən keçim…) Disiplinli şəraitdə işləyə bilmir. Gördüm işdə rəis sıxışdırır ərizəmi yazdım çıxdım… Mən götürə bilmirəm kimsə mənə göstəriş versin ki bunu elə onu elə…

İş tapsaq belə şikayətlər kəsilmir… Mən hamıdan çox işləyirəm ən az maaş alıram… Mən olmasam şirkət batar… Day-dayım yoxdu qabağa gedə bilmirəm…  Təzə işə girəndə işinə ciddi yanaşırıq. Bir müddət sonra işə gecikmələr, işdən icazələr, işi vaxtında görməmələr başlayır.

Saysaq çoxalacaq bu cür hallar həyatın mərhələlərində. Səbəb çox az insan sevdiyi, bildiyi, baçardığı işdə işləyir. Çox az insan ömür boyu mükəmməliyə can atır. Çox az insan şükr etməyi bacarır və səbirlə, təmkinlə hərəkət edir. Nə işlə məşğul olursan ol sevdiyin işlə məşğul ol. İşlədiyin işdə mükəmmələş. Hər peşə sahibiləri içində pul qazanmağı bacaranlar var. Mənin çox sevdiyim müəllimim Selim Sözdemir deyirdi hər zaman insan işi seçmir iş insanı seçir…

Hörmətlə: Elçin ÇOBANOV

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Həyat Bilgisi. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s