RISK


Çoxları yeqin “Risk etməyən şampan içməz” ifadəsini eşidib. İqdisadcılar isə daima deyir RİSK=MƏNFƏƏT. Bəs nədir bu risk. Risk nədir? Mənfəət əldə etmək üçün hər riskə getmək olarmı? Riski sıfıra necə endirmək olar? Riski idarə etmək olurmu? çoxlarımızı düşündürən suallardandı. İstər mütəşəbis ol, istər sadəcə mütəxəsis, istərsədə ailə başçısı həyatda hər zaman riskə getməli oluruq. Əgər riskə gediriksə ən azından riskin nə olduğunu bilməliyik.

Biznes həyatı planlılığı, dəqiqliyi, ölcüb-biçməyi xoşlayan bir sahədir. Lakin öçdüyümüz çox şeylər qeyri maddidir. Plan qururuq, gələcəyi təxmin edirik. Hər şey biz düşündüyümüz kimi olur?! Əlbətdə yox. Bəs Onda plan qurmayaq?! Əlbətdə ki qurmalıyıq, plan sistemlilik gətirir, sistemsizlik isə xaus yaradır. Hətta xaus nəzəriyyəsinə belə iddia olunur ki, ilk baxışdan bizə dəxlisiz, bir-biri ilə əlaqəsiz gələn işlər arasında belə bir sistematik əlaqə var. Bəs onda gələcəyi necə təxmin edək?! Mən falçılığa inanmıram gələcəyi 100%-lik müəyyən etmək mümkün olduğuna da inanmıram. Bir-iki halda təsadüfən ola bilər. Sadəcə olaraq biz keçmişdə baş verən oxşar hallara baxaraq gələcək haqqında təxminlər edirik (Praqnoz veririk). Bu praqnozlara nə qədər yaxın bir nəticə əldə etsək bizim uğurumuzdur. Lakin uğursuz da ola bilərik. Bu uğursuzluğun adı da riskdir. Risk bizim gələcəkdə baş verəcəyini gözdədiyimiz hadisələrin baş verməmə ehtimalı ilə yanaşı biz istəyən səviyyədə baş verməməsidir.

Misal üçün deyək ki biz rayondan alma alıb şəhərdə satmaq istəyitik:

  1. Yolda nə isə gözlənilməz hal baş verdi almalar dağıldı və zay oldu. İdeya, plan olaraq hər şey əla idi lakin riski nəzərə almamışdıq.
  2. Ya da ki almanı gətirdik 1 manata deyil 50 qəpiyə sata bildik. Bu da riskdir işlər istədiyimiz səviyyədə getmədi.

Deməli risk neqativ hallarla yanaşı, pozetiv halların da baş verməmə ehtimalıdır. Buradan da digər sualımızın (Riski sıfıra necə endirmək olar?) cavabı ortaya çıxır. Gələcəyi 100%lik praqnozlaşdıra bilmiriksə demək ki risk hər zaman olacaq. Günümüzdə riski hesaba qatmasaq çox ciddi ziyanlara düşə bilərik. Eyni zamanda bu riskləri düzgün ölçüb idarə etsək çox böyük mənfəətlər əldə edərik. Deməli risk problemlərlə yanaşı böyük mənfəətlər də gətirir. Qayıdaq misalımıza:

Hec kəs alma gətirməyə risk eləmir çünki müflüzləşməkdən qorxur. Əgər siz hər şeyi əvvəlcədən düzgün hesablasaz (Almanı ucuz qiymətdən alsaz, alternativ yolla qisa vaxtda şəhərə çatdırsaz, və hər şeyi elə hesablasaz ki 30 qəpikdən belə satsaz qazanclı olacaqsınız) uğur sizin tərəfinizdə olacaq.

Müasir dünyada iş sahələri artdıqca, müəsisələr böyüdükcə, texnika və texnalogiya inkişaf etdikcə yeni yeni risklər yaranmışdır. Bu ayrıca elm olaraq universitetlərdə tədris olunur, bahalı seminarlar təşkil olunur və s.

Nəticə olaraq unutmayın ki:

  1. Böyemə və risk bir biri ilə əlaqəli artır
  2. Düzgün hesablanmış risk mənfəət deməkdir
  3. Risk heç bir zaman sıfır dərəcəsinə enmir

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Menecer, Menecment, Risk, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s