BANKLARDA RISKLƏRİN NÖVLƏRİ (Giriş)


Banklar digər şirkətlərə nisbətən daha məhsuliyyətli şirkətlərdir. Çünki banlar öz kapitalları ilə yanaşı vətəndaşların və digər şirkətlərin varlıqları üzərindən əməliyyatlar icra edir. Bankların əsas dəyəri isə etibarlılıqdı. Bir dəfə neqativ hall baş verdikdə itirilmiş etibarı geri qaytarmaq çox cətindir. Bu səbəbdən banklarda risklərin ölçülməsi və idarə olunması daha vacib məsələdir. Bu işin öhdəsindən hər kəsdən daha yaxşı gəlməlidirlər.

Mali Risklər

Bankların gündəlik əməliyyatlarını və əsas gəil mənbələrindən birini təşkil edir. Maliyə bazari isə çox həsas bir bazardır. Çox iqtisadçılar maliyyə bazarlarını iqtisadiyyatin “Barometri”(təyziq ölçən cihaz) adlandırır. Belə ki iqtisadiyyatda krizlər ilk maliyyə bazarlarında özünü biruzə verir. Müasir dövürdə banklar vətəndaşlara və investisiya şirkətlərinə elə bir şərait yaradıb ki, öz kapitallarının 200 misli civarında maliyyə əməliyyatları həyata keçirə bilirlər. Bu zaman kiçik bir səhv böyük fəsadlar verə bilər. Eyni zamanda banlklar qalıq pullarını maliyyə bazarlarında öz adlarından əməliyyat keçirərək dəyərləndirirlər. Buna görə də bankların üzərinə düşən öhdəliklərdən biri də maliyyə bazarlarını örgənmək, risklərin ölçülməsi və idarə olunmasıdır. Banklar bu məlumatları özləri istisadə etməklə yanaşı müştərilərinə xidmət formasında sata da bilər. Hər iki halda bank böyük məhsuliyyət daşıyır.

Kredit Riski

Bankların digər ən məhsuliyyətli işləri kreditlərin verilməsidir. Kredit verilən zamanı müştərilər maksimum səviyyədə yoxlanılmasına baxmayaraq, kreditlərin geçikdirilməsi və ümüdsüz kreditlər bütün banklar üçün labütdür. Bankların əsas fond hovuzları isə cəmiyyətin depozitləri hesabına yaranır. Bankların ödəmələri vaxtında etməmək kimi bir şansları olmadığı üçün kretidlərə nəzarət, ümüdsüz kreditlərin təmini üçün ehtiyyat fondu yaratmaq, kredit verərkən təminatların maksimum yoxlanılması kimi işlərdə maksimum diqqətli olmalı və daim nəzarətdə saxlamalıdır.

Məzənnə Riski

Günümüzdə banklar müxtəlif valyutalar üzərindən əməliyyatlar aparır və valyuta mübadiləsi ilə məşgul olur. Valyuta məzənnəsi isə gündəlik hətta gündə birneçə dəfə dəyişir. Bu zaman banklar məzənə fərqindən ziyan edə bilər. Bu səbəbdən banklar özlərini bu cür zərərlərdən qorumaq üçün lazımı tədbirlər görməlidirlər.

Faiz Riskləri

Faizə həsas aktivlərin dəyərləndirilməsi digər vacib məsələlərdən biridir. Bank müxtəlif mənbələrdən müəyyən faiz qarşılığında fondlar əldə edir və bu fondları bazarda yerləşdirir. Aradakı faiz fərqindən mənfəət əldə edir. Bəzi hallarda bazar da faiz dərəcəsi düşə bilər və aradakı fərq azala və/və ya mənfi tərəfə yönələ bilər. Bununla bağlı faiz riski ortaya çıxır.

Likviditlik Riski

Qeyd etdiyim kimi bankın əsas dəyəri onun etibarıdır. Bank istənilən vaxt borcunu vaxtında və tam yerinə yetirməlidir. Əks halda etibarı zədələnər və iflas olar. Bu səbəbdən banklarda daim nəğd pul və ya qısa müddətdə nağda çevirə biləcəyi aktivlər olmalıdır. Lakin bu elə bir normada olmalıdır ki bank mümkün müştərilərinə maksimum səviyyədə xidmət göstərə bilsin eyni zamanda kreditorları qarşısında öhdəliklərini vaxtlı vaxtında yerinə yetirə bilsin.

Sərmayyə Riski

Əksər banklar açıq tipli səhimdar cəmiyyət formasında qurulur. Maliyyə bazarlarında hissə sənədlərini sataraq geniş kütlədən fondlar toplayır. Satılmış hər hissə sənədi bankın imiçindən, mənfəətindən, bazardakı söz sahibliyindən təsirlənir. Həmçinin bankın müştərilərinə də təsir göstərir. Bu səbəbdən bank istər səhimdarlarını istər sədə bazardakı imiclərini qorumaq üçün riskləri nəzərə almalıdır.

Əməliyyat Riskləri

Banklar çox çeşidli fəliyyət göstərməklə yanaşı günümüzün ən son texnikasını istifadə edirlər. Bir işçinin səhvi və ya sistemdə bir nasazlıq şirkətə böyük zərərlərə vura bilər və ya şirkəti böyük mənfəətlərdən məhrum edə bilər.

Huquqi Risklər

Banklara gələn sənədlərin yoxlanılması, online əməliyyatların rəsmiləşdirilməsi, hüquqi məsləhətlərdən yararlanmaq hüquqi minimuma endirmək məqsədi daşıyır

Hörmərlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Banklar. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s