TƏLƏBİN GÜCÜ


Avtobus dayanacağında durub yola saldığım xanıma baxırdım. Səhnə necə də kədərləndirici idi. Ona görə yox ki, sevdiyim bir insanla müvəqqəti ayrilırdıq. Avtobusun üzərinə kütlə şəkilində qacan camaatı gördüyüm üçün. Hər kəs qabağa düşüb birinci minməyə çalışırdı. Bir zamanlar fəxrlə öyündüyümüz bizdə olub avrobada olmayan qadına, yaşlıya yol vermək dəyərimizi də görə bilmirdim. Bu səhnəni düşündükdə çoxlarınız oxşar xatirələri canlandırdız.

Düşenməyin ki avtobusda oturub onada bunda günah axtaranlar kimi mən də bunun günahkarlarını tənqid eləmək fikirindəyəm. Məncə bu mənasiz deyinmələr ilərdi davam edir və nəticə də göz qabağındadı. Bir də ki tək problem nəqliyyatda deyil axı. Bəs evlər, hansı gənc xaricdəki kimi, öz hesabına ev ala bilir? Qiymətlərdən xəbəriniz var?! Bəş maaşın necə?! Deyəsiz ki ipoteka kreditləri var. 8% aşağı faizdir sizcə? Avropada 3% istehlak kreditidir o ki qaldı 50 illik kredit olsun. Ya da ki texnalogiya xarixlə aramizda mobil telefonlarda en az 100Azn ferq var. Qiymətləri qoyaq bir qırağa xidmət göstərən insanlar ele minnətlə rəftar edir ki elə bil alıcı ona nəsə satır. Bəs müştəri məmuniyyəti necə oldu?

Bildiyiniz probləmləri yenidən sizə danışmaq fikirim yoxdu. Mövzu tələbin gücüdür. Bazar qanuna görə qiymət tələb və təklifin balansına görə formalaşır. Bizdə mal və xidmət təklif edənlər qiyməti stabil saxlayır. Məcburiyyət qarşısında alıcı daha ucuz qiymətə və daha yaxşı keyfiyyətə mal və xidmət tapa bilmədiyi üçün həmin qiymətlə razılaşır. Hal bu ki qiyməti formalaşdıran tərəflərdən biri də istehlakcıdır. Bir qədər iradəsizlik edərək öz gücünü istifadə etmir. Məsələn: Avtobus intervalı uzadaraq gec gec gəlir. Dayanacaqda yığılan insanlar da harasa tələsdiyi üçün təzən iki avtobusun daşımalı olduğu sərnişini bir avtobus daşıyır və iki qat gəlir əldə edir. Hal bu ki oturacaq sayı dolduqdan sonra avtobusa hec kəs minməsə avtobus biləcək ki nə qədər gecikir geciksin eyni sayda şərnişin minəcək. Məcbur intervalı azaldacaq ki gün ərzindəki dövriyyəsi artsın. Bilirəm ki bu çox cətin prosesdir. Amma realdır. Əlbətdə bunu fərdi şəkildə etmək mümkün deyil kütləvi olmasa effekti də olmayacaq. Necə deyələr tək əlin nəsi var cox əlin səsi var. Avropada bu cürdür bəzən müəyyən bir qrup öz haqlarını tələb etmək üçün bir həftə tətil və ya baykot təşkil edirlər. Bizdə istehlakcı birlikləri hələ formalaşmayıb. Hər kəs fərdi davranır. Bu səbəbdən də istəklərimizə önəm vermirlər. Təklif var istəyirsən razılaş istəmirsən başqası razılaşacaq. Hal bu ki, o başqası olmasa hamı eyni düşünsə təklif sahibi məcbur sizin istəklərinizi nəzərə alacaq və balans bir qiymət və şərait formalaşacaq.

Başqa bir başa düşmədiyim mövzu istehlakçı hüquqlarının müdafiyyəciləri və həmkarlar şürasının rəhbəri müəsisənin rəhbər işçilərindən secilməyidi. Necə ola bilər ki investorların adından şirkətin araqlarını qoruyan menecer şirkət maraqlarından işçi xeyrinə qurbanlar verilməsini təmin etsin?! Razıyam həmkarlar qanun vericiliyi yaxşı bilməli və eyni zamanda işçilər arasında hörmətə sahib olmalıdır. Təbii ki bu secgilərə qarşı işçilərin diqqətsiz yanaşmağından gəlir.

Nəticə olaraq onu deyə bilərəm ki yazılı və yazılı olmayan qanunlar var. Sadəcə olaraq bu qanunları bilmətiyimiz üçün əməyimizi ucuz satib, bazardan baha qiymətə istehlak edirik. Türkiyədə məhşur bir deyim var “Qaranlığa küfür etməkdən sə bir şam yandır”. Bizdə də maraqlı deyim var “Ağlamayana pəpə (çörək) yoxdu”.  Hər zaman dəyişikliklər çətinliklərlə gəlir. Neqativ halları bilmək kifayət deyil, onlara qarşı kankret addımlar atılmalıdır. Sadəcə olaraq bir qədər prinsipial olmaq lazımdır.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Marketinq. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s