2012-ci ilin İŞ VAXTI NORMASI


AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

№ 11/34-1209 13 dekabr 2011- ci i

Mülkiyyət və təşkilatı-hüquqi
formasından asılı olmayaraq
müəssisə, idarə və təşkilatlara

2012-ci ilin İŞ VAXTI NORMASI

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2012-ci il üçün işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları bildirir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin ”2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında” 07 dekabr 2011-ci il tarixli 198 nömrəli qərarına əsasən 2012-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1-2 yanvar – Yeni il bayramı;
20 yanvar – Ümumxalq hüzn günü;
8 mart – Qadınlar günü;
20, 21 , 22, 23, 24 mart – Novruz bayramı;
9 may – Faşizm üzərində qələbə günü;
28 may – Respublika günü;
15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
19-20 avqust _ Ramazan bayramı;
25-26 oktyabr – Qurban bayramı;
9 noyabr _ Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında” 07 dekabr 2011-ci il tarixli 198 nömrəli qərarına əsasən 2012-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3-4 yanvar, 26 mart və 21 avqust tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 21 avqust tarixləri istirahət günləridir.

2012-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir.

2012-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 7-si bayramqabağı və 1-i Ümumxalq hüzn günü qabağı günlərdir), iş günü hesab edilməyən 109 istirahə

t günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləridir), iş günü hesab edilməyən 18 bayram (3-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır (241+109+18+1-3=366).

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2012-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2012-ci il üçün 40 saatlıq iş həftəsində illik iş vaxtının norması 1920 saat təşkil edir (233 x 8 + 8 x 7 = 1920 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan müəssisə və təşkilatlarda 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2012-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyat (uçot) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə müəssisənin kollektiv müqaviləsində nəzərdə tutulmaqla həll olunur.

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in HR, Menecment, Qanunvericilik. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s