Biznes Formaları


Hər hansı biznes plan hazirlanankən hər kəsi düşündürən suallardan biri də biznesin formasidi. Formasi deyerken fiziki şəxs və ya hüquqi şəxs formasında yaradılmasıdı. Bu qərarı vermək üçün bir sıra yönlər nəzərə alınır ( Biznesin böyüklüyü, gəlirliliyi, maliyyələşdirilməsi və s. ).

Fiziki şəxslər

Biznes formalarından ən ilkini və ən çox yayılmış forması fiziki şəxslər adına olan bizneslərdir. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Yəni siz bazarda öz adınızdan çıxış edirsiniz, mülklər əldə edirsiniz, müqavilələr bağlayırsınız, istehsal və/ və ya ticarətlə məşğul olub gəlir əldə edirsiniz.

Məsələn:

Məmmədov Məmməd Məmməd oğlu müşahidə edir ki yaşadığı yerdə bir kilometrdən yaxında heç bir ərzaq dükanı yoxdu. O, bankdan kredit götürərək, öz evinin qarşısında ərzaq dükanı tikir, topdan şatış məntəqələri ilə müqavilə bağlayır, qonşusu Vəliyev Vəli Vəli oğlunu satıcı kimi işə götürür və ticarətlə məşğul olmağa başlayır.

Nümunədən göründüyü kimi fiziki şəxs öz adına mülk əldə etdi (Dükan tikdi və ya aldı), digər şəxslərlə müqavilələr bağladı (topdan satışla məşğul olanlarla alqı satqı müqaviləsi və qonşusuyla əmək müqaviləsi.)

Hüquqi şəxlər

Lakin bir həddən sonra fiziki şəxs formasında biznes davam etdirmək riskli və müşkül olur. Gəlin nümunəmizi davam etdirək:

Qısa qapanmadan yanğın baş verdi və dükan yandı. Məmmədin kreditləri vaxtında ödəmək üçün, topdan satıcıların pulunu qaytarmaq üçün və digər öhdəliklərini yerinə yetirməyə pulu olmadı. Bu zaman məhkəmə yolu ilə evini, müsadirə edib borclarını təmin edəcəklər.

Tarixən də belə olmuşdu. Müəyyən müddətdən sonra bir şəxsin gücü, vəsaiti və ömrü çatmayıb bir biznesi həyata keçirsin. Bu səbəbdən bir necə fiziki şəxs bir araya gəlib bir nəfər üçün çətin olan işi görməyə başlayıblar.

Məmmədin qonşusu Əliyev Əli Əli oğlu biznesinə şərik olmaq şərti ilə ona yenidən biznesini qayda salmaq üçün lazım olan pulu verməyə hazırdı. Bu zaman ortaya mövbəti sual çıxır mənfəət və zərərlər onlar arasında necə bölünəcək.

 Tam ortaqlıq

Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar.

Məsələn: Məmməd və Əli biznesi idarə edəcək. Yarana biləcək hər hansi ziyana görə hər ikisi bütün var dövləti ilə məhsuliyyət daşıyırlar.

Tam ortaqlıqda idarəetmə

Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər. Əgər nizamnamədə tam ortaqlıq iştirakçılarının səslərinin sayını müəyyənləşdirməyin başqa qaydası nəzərdə tutulmayıbsa, tam ortaqlığın hər iştirakçısının bir səsi vardır. Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil edilib-edilmədiyindən asılı olmayaraq işlərin aparılmasına dair bütün sənədlərlə tanış ola bilər. Bu hüquqdan imtina və ya onun məhdudlaşdırılması, o cümlədən ortaqlıq iştirakçılarının razılaşması üzrə imtina və ya məhdudlaşdırma əhəmiyyətsizdir.

 Kommandit ortaqlığı

Kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı – maya qoyanı (kommanditçi) vardır.

Məsələn:

Əliyev Əli biznesin bərpasına 20 000 AZN qoyubsa və Məmmədov Məmmədin kommontid ortağıdırsa. Öhdəliklər qarşısında Əli sadəcə 20 000 AZN, Məmməd isə bütün var dövləti ilə məhsuliyyət daşıyır.

 Məhdud Məsuliyyətli Cəmiyyət (MMC)

Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

Məsələn:

Məmmədin bütün əmlakının dəyəri 20 000 AZN-dir. Əli də 20 000AZN qoyaraq birlikdə nizamnamə kapitalı 40 000 AZN  olan “Market MMC”-ni təsis edirlər. Məmməd və Əli bu cəmiyyətin və ya müəsisənin zərərlərinə görə  məhsuliyyət daşımır. Əgər neqativ hal baş verərsə sadəcə MMC-nin 40 000AZN-si hesabına ödəniləcək. Əvvəlki nümunələrdəki kimi heç birinin evinə, maşınına, bamk hesablarına toxuna bilməyəcəklər.

Günümüzdə ən çox yayılmış biznezs formalarından biridir. Bu cür şirkətlər beynəlxalq aləmdə daha çox  Limited Liability Company (LTD) kimi tanılır.

Açıq tipli Səhimdar Cəmiyyət (ASC)

Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır.

Məsələn:

Məmməd və Əli bir necə il içində bir necə dükan acır və bu işi çox yaxşı bacardıqlarını görürlər. Bizneslərini Acıq tipli Səhimdar Cəmiyyətə çevirlər səhimləri bazarda sataraq (emmisiya edərək) yeni kapital əldə edir və bu sahədə ölkədə və xaricdə yeni dükanlar alırlar.

Günümüzdə bəzi biznes sahələri var ki o sahədə bəzən milyonlarla vəsait azliq edir. Bu cür böyük kapitalı toplamaq üçün minlərlə investrı bir araya gətirmək tələb olunur. Bunun ən rahat yolu ASC-lərdir (Inc.) .

Hörmətlə Elçin Çobanov

Yazını özüm sadə dildə yazdım. Bilirəm çoxunuz bunları bilirsiz. Bilməyənlər üçün giriş olsun deyə yazdım ki anlayış yaransın ki daha dərindən bu mövzulara girə bilək.

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Mülki Məcəllə, Menecment, Qanunvericilik, Risk. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s