İŞ YERİNDƏ SOSİAL ŞƏBƏKƏLƏR


Hər kəs işində qabağa getmək istəyir, hər kəs ən zirvəyə dırmaşmaq istəyir. Bu hiss Azərbaycanlılarda daha güclüdü. Her 10 uşaqdan 9-u prezident olmaq isteyir. Meclislərdə söz veriləndə özünü tacir kimi yox biznesmen kimi teqdim edirlər. Məqsədim millətimi qınamaq deyil sadəcə əgər idarəci olmaq istəyirsinizsə onda işinizin haqqını verin.  Beləliklə bu yazıda sizə ideal Boos olmaq və ideal kollektivə sahib olmaq üçün texnalogiyadan necə istifadə edə biləcəyiniz barədə bir necə məsləhət verəcəm. Bu məsləhətlər nəticəsində həm bir xeylaq pula qənaət edəcəksiniz, həm kallektiv əhval ruhiyyə yüksələcək, həm də məlumatlaşma kanalları tıxanmayacaq. Bu da öz təsirini biznesin uğurlarında göstərəcək.

Əvvəlki yazılarda yazmışdım insanlar hissləri ilə davranan yaradılışlardı. Normalda gününün 8 saatını (mənim kimi 10 saatını keçirənlər də var) iş yerində, masa-kompyuter arxasında keçirən işçi üçün kiçik bir diqqət kiçik bir qayğı böyük motivasiya yaradır. Lakin heç bir işçi sizə gəlib də bu gün mənim adgünümdü, bu gün ata olmuşam, evlənirəm, səhər tərs ayaq üstə durmuşam, valideyinim xətsədi narahatam, depresiyadayam deyəsi deyil. İşçi deməyəcəksə necə bilmək olar axı bunu. Çox sadə texnalogiyadan istifadə edin.

Facebook

Ən geniş yayılmış sosial şəbəkə olmasına baxmayaraq əksər iş yerlərində qadağa qoyulmuş saytdır. Hal bu ki günümüzün insansı gündə ən az yarım saatını Facebookda keçirir, ən az gündə 3-4 dəfə səhfəsini ziyarət edib olan bitənlərlə tanış olur. Bəs niyə əksər iş yerlərində Facebook bağlanır? Cavab cox sadədir işçilərin işini ölcə biləcək sistem və o səviyyədə səriştəli idarəçilərimiz yoxdu. Təcrübədə onu göstərir ki SSR-i dağılsa da onun “mirası” dağılmayıb. Hələdə bayramlarda “işləməsəndə gəl iş yerində görün” deyən  rəislər, idarəçilər var. Bir yalnış fikir var ki Facebook işləməyə maniyyə törədir. Əgər belə bir işcini iş yerində saxlayırsınızsa bu sizin zəif idarəciliyinizdən xəbər verir. Bir də ki 21-ci əsrdə yaşayırıq artıq internete çıxış üçün kompyuter şərt deyil. Planşetlər, tapletlər və ağillı telefonlar (Smartfonlar) bu işin öhdəsindən laiqincə gələ bilir. Bu cür məhsullar elə də əl catmaz deyil. Ona görə də işçinizin sosial həyatını məhtudlaşdırmaqdansa bundan nece öz xeyrinizə istifadə edə biləcəyinizə baxın.

Facebookdan alına biləcək faydalar

  1. İnsanlar burada fərqli məlumatlar paylaşırlar. Bu paylaşdıqları məlumatlar eyni zamanda həmin şəxsin şəxsiyyəti, maraq dairəsi, hobbiləri və s. çox özəl xüsusiyyətləri haqqında anlayış yaradır. Əgər mən kallektivimə yeni işçi götürməli olsam müsahibədə namizədlərin biliklərini yoxlayaram sonra isə hər birinə facebookda dostluq göndərib bir ay icində facebook fasitəsiylə məlumat verəcəyimi bildirərəm. Bu bir ay ərzində namizədləri aktiv izləsəz onlar haqqında bilmədiyiniz çoxlu müsbət və mənfi məlumatlar alacaqsınız. Cünki müsahibə 1 necə saat davam edir və insanlar icində çox hazırlılıqları var ki, asanlıqla olmadıqları kimi görünə bilirlər. Eyni zamanda elələri də var ki çox bacarıqlı və mədəni olmalarına baxmayaraq müsahibə zamanı həyəcanlanır və özünü ifadə edə bilmir.
  2. Dostluq göndərmək. Yeni işə girən işçiyə bütün iş yoldaşları dostluq göndərir ( Başda İdarəçi olmaqla). Bunun mənasi da bu du sən sadəcə iş yox həm də dost, yoldaş qazandın. Bununlada siz kallektivin bir biri ilə uyğunlaşmasına yol açırsınız.
  3.  Facebookda ən məşur fəaliyyətlərdən biri status yazmaqdı. İstifadə edənlər bilir burada belə sual var “What’s on your mind? “. Tərcüməsi: “Ağlından nə keçir?” deməkdir. Bundan əla vasitə?! Hər idarəcini düşündürən ən əsas sual deyil bu?!  İşçinin əhval ruhiyyəsini bilməyin ən asan yolu. Müəyyən bir vaxtdan sonra bilə bilərsiniz ki işçiniz niyə keyfsizdi, niyə sevinclidi və s.
  4. Yer bildirmə xidməti (Location Service) vasitəsi ilə işçiniz sizə cavab yazarkən və ya status paylaşarkən onun harada olduğunu dəqiqliklə biləcəksiniz.
  5. Səs vermə özəlliyi vasitəsi ilə işçilərinizə sual verib onların qisa və ya ətraflı fikirlərini ala bilərsiniz.
  6. Catdırılma məlumatı
  7. Qrup halında müzakirə
  8. Görüntülü zəng

Bunlar menim düşündüklərimin bir hissəsidir. Davami sizin yaradıcılığınızdan aslıdır.

Skype

Ofiss şəraitində ən vacib məqəmlardan biri də zəngləşmələrdir. Bəzi şirkətlər daxili rabitə qurur və buna küllü miqdarda vəsait gedir. Məsələn: hal hazırda işlədiyim şirkətdə yeni xətt olmadığı üçün otaq yoldaşımla mənim daxili nömrəm eynidir və ikimizin adımız da Elçindir. Tez tez zəng edən adam kiminlə danışdığını anlamır. Elə biz də ilk başdan kimə müraciyyət elədiyini anlamaq üçün 5-10 dəqqə dinləyirik daha sonra məlum olanda ki digərimizə müraciyyət etmək üçün zəng edib həm vaxt itikisi olur həm də qarşindakı bir meseleni ikinci dəfə izah eləməli olur.

Eyni zamanda xariclə tez tez telefon əlaqəsi yaradan şirkətlər üçün çox sərfəli tarifləri var (Dəqiqəsi 2.3 cent).

Bundan başqa Ağıllı telefonlar vasitəsiylə işçilər otaqdan kənarda da bir biri ilə əlaqə saxlaya, bir biri ilə fayl alış-verişi edə, məsafədən aslı olmayaraq üz üzə danışa bilərlər.

Google

Fikrimce bir sistem ki Google-a işləyirsə o şirkətlə işləməyə dəyər. Bu şirkət yenilikçi, pulunun qədrini bilən, savadlı kadr işlədən bir şirkətdir.

Gmail Üstünlükləri

  1. 20 GB-a gədər məktubların saxlanılması.
  2. Kontaktların saxlanılması və digər cihazlarla paylaşır
  3. Video zəng
  4. Səsli zəng
  5. Tapşırıqların qeydi (Task) və s.

Google Calendar üstünlükləri

  1. Google təqvimlə iki görüş eyni vaxta düşməyəcək
  2. Əvvəcəldən emaille xatirlatma
  3. Əvvəcəldən pəncərə ilə xatırlatma
  4. Qeydlər (Məkan, telefon nömrələri)
  5. Təkrarlanan hadisələr və s.

Google Drive üstünlükləri

5 GB-16 Tb arası yaddaş sizin öhtənizdədir. Elektron sənədlər, prezentasiyalar, səslər, rəsimlər hər yerdə yanızda olacaq. Sadəcə internetə girin və istədiyiniz faylınızı yükləyin. İstədiyiniz əməkdaş və ya müşdərinizlə bölüşün. Eyni zamanda qrup halında bir sənədin üzərində işləyin. Sorğular keçirin və s.

Google +

Facebookda bacardiginiz və bacarmadığınızı bacaran sosial şəbəkə. Event və Hangouts funksiyaları przentasiya-iclasların təşkili, tanıtımı, online iclas üçün əvəzolunmaz proqramdır. Yeganə mənfi cəhəti Azərbahcanda məhşur olmamasıdır. Bunun sayəsindədir ki əksər müəsisələrdə Facebooka qadağa olsa da Google + da qadağa yoxdu🙂

Variantlar coxdu istifadədə yarar almaq isə sizdən İdarəcilərdən aslıdır. Qadağalarla bir naliyyət əldə etmək olmur əsas odur ki fürsətləri dəyərləndirmə instinqiniz olsun. Bu yoxdusa Biznesmen olmaq şert deyil.

Hörmətlə: Elchin Chobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Menecer, Menecment, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s