İnvestisiya müəyyən zaman dilimində istehsal vasitələrinə edilən əlavələr və bu yöndə olan xərclərdir. Burdan belə nəticəyə gəlmək olar ki investisiyanın iki cür ola bilər nəğd və ya real formada. Burada söhbət sabit investisiyalardan gedir.
Sabit investisiyaları iki sinifə ayırmaq mümkündür:
- Avadanlıq və təhcizata olunan əlavələr
- İnşaat investisiyaları
Sabit İnvestisiyaların növləri
Yeni İnvestisiyalar – Yeniləmə İnvestisiyaları
Bi zaman dilimində müəsisənin istesal vasitələrinə etdiyi net əlavələrə yeni investisiya deyilir. Yeni investisiyalar müəsisənin sərmayyəsində real net bir artışa səbəb olur. Dövür ərzində olunan bütün investisiyalar müəsisənin sərmayyəsində real artım yaratmaz. Belə ki zamanla istehsalda iştirak edən vasitələrin bir qismi aşınmaya məruz qalır. Bu təsiri aradan qaldırmaq üçün olunan investisiyalara yeniləmə investisiyaları deyilir. Yeni və yeniləmə investisiyaları çox yaxın olduğu üçün bunları çox vaxt eyniləşdirib ələ alırlar.
Misal üçün:
Aşınmış bir dəzgahın yerinə yenisi alındıqda bunun nə qədərinin yeniləmə nə qədərinin yeni investisiyanın payına düşməsini aydınlaşdırmaq cətindir.
İnkişaf – Tamamlama investisiyaları
Mövcud müəsisənin genişləndiriməsi ilə istehsal həcminin artırılması, müəsisənin bazar payının artırılması və ya tələbin daha qısa müddətdə təmin edilməsi məqsədiylə olunan investisiyalar inkişaf investisiyalarıdır. İnkişaf investisiyaları mövcud texnalogiyanin yenilənməsi ilə də həyata keçirilə bilər. Yeniləmə investisiyasi ilə inkiçaf bir biri ilə çox yaxın olmasına baxmayaraq. Yeniləmə investisiyası mövcud istehsalı qorumaq məqsədi ilə olunur, inkişaf investisiyası isə mövcud artım məqsədiylə mövcud varlıqlarında dəyişikliklərdir.
Müəsisə qurulduqda pazarda tələb yetərsizliyi olarsa və müəsisənin optimal istehsal həcmiylə işləmək şansı olmayacaqsa, lahiyyə daha planlanan istehsal həcmindən daha aşağı istehsal həcmiylə işləyib zamanla bazar bayı artdıqca tamamlama investisiyaları edə bilər. Tələbdəki artışa paralel olaraq lahiyyənin planlana səviyyə catdırılması üçün olunan investisiyalara tamamlama investisiyaları deyilir.
Avtanom və ya İnfrastruktur İnvestisiyaları
Bu növ investisiyalar bir başa mənfəət əldə etmək üçün edilməyən investisiyalardır. Bu invistisiyalar dolayısıyla iqtisadiyyata və iqtisadi sektora təsir edən vaktorlardır. Daha çox dövlət tərəfindən bu cür investisiyalar həyata kecirlməsinə baxmayaraq bəzi böyük müəsisələr də özlərində sosial məhsulliyət hiss edərək bu cür investisiyalar həyata keçirirlər. Belə ki yəyat səviyyəsindəki artış tələbi də artıracaq dolayısıyla müəsisədə fayda görəcək.
Misal üçün:
Hər hansi zavod və ya fabrik ətrafında yaşayış şəhərciyi salmaqla həmin müəsisə bir başa heç bir mənfəət əldə etməz. Lakin bu öz təsirini istehsal həcminin artmasında mütləq göstərər.