İnvestisiya Layihəsi və Planlama


Layihə bir mövzu ətrafında fikirlərin cəmlənməsi, problərin həlli üçün bütün detalların düşünülməsi və istifadə olunacaq vasitələrin və mərhələlərin sistemli olaraq müəyyənləşdirilməsi və ortaya cıxarılması cəhtidir. Bir işə başlamamışdan öncə yazılı olmasa da bir layihə düşünməkdə fayda var.  Layihə hazırlanması qarışıq, uzun zaman kəsiyinə yayılan, bir necə mərhələli, böyük xərclər tələb edən işlərdə vəsaitlərin effektiv istifadəsinə xidmət edəcək.
İnvestisiya layihəsi müəyyən bir istehsalın ən az xərclərlə həyata keçirmək və yüksək iqtisadi və texniki səmərə əldə etmək üçün, hansı malın harada və nə qədər istehsal olunacağının,  məlumatların sistematik istifadə olunması ilə qərar qəbul etmə və reallaşdırması ilə bağlı davranışlardır. İnvestisiya layihələri məhdud vəsaitlərlə ən cox gəlir və ya fayda əldə etmək üçün qurulan vahid plandır. İnvestisiya layihəsi bir investisiya fikiridir. Hər hansı bir investisiya layihəsindən bəzi gözləniləntilər var:

  • Investisiya layihəsi ilə yeni bir istehsal həcminin yaradılması və ya movcud səviyyənin yenilənməsi, bğyüdülməsi və gələcək dövlərdəki  mal və\ və ya  xidmətlərin istehsalının planlanması.
  • Istehsal layihəsi iqtisadi amillər (faktorlar) tələb rdəcək: iş gücü, sərmayə, təbii sərvətlər və s.
  • Investisiya layihəsi müəyyən bir istehsal texnalogiyasının tətbiqini tələb edəcək.
  • Investisiya ıahihəsi bir sıra hüquqi münasibətlərə zəmin yaradacaq.

Ümumiləşdirsək, investisiya layihəsi bir investisiyanın realaşdırılması ilə iqtisadi ömürünün sonuna qədər icində yer alacağı, təsirində olacağı hər cür texniki,iqtisadi və sosial şəraitin və bunlarla bağlı digər faktorların təhlili, planlanması və dəyərləndirilməsi ilə bağlı davranışlardır.
Layihələndirmə və planlama bir birinə çox yaxın davranışlardır. Plan müxtəlif sahələrlə bağlı layihələrin iqtisadi olaraq dəyərləndirilməsi və müəyyən məqsədlərə nail olmaq üçün kordinasiya yaradılmasıdır. Qurum öz məqsədinə bir sıra layihələr realaşdırmaqla nail ola bilir. Layihə hər hansı bir məqsədin realaşması ilə yekunlaşmalıdır. Planlaşdırma həyəata keçiriəcək layihələrin uğurunun əvvəlcədən obyektiv hesablamarla dəyərləndirilməsi və aralarında prioritetləşdirmədən ibarətdir. Sözü gedən dəyərləndirmələr investisiya kriteriyaları da deyilir.

Layihələşdirmə və planlaşdırma arasında münasibətə baxarkən unudulamalıdır ki:

  • Planda qurumun müəyyət bir zaman dilimindəki bütün fəaliyyət və məqsədlərinə ümumi bir nəzər yetirilir. Layihə isə müəyyən bir iqtisadi fəaliyyətin mümkün bütün detallarını incələyir. Planlaşdırma daha makro baxışdı layihə isə daha mikro baxışdı və planların həyata kecirilməsi yolunda atılan bir addını örgənir(dəyərləndirir).
  • Planlama gələcəyə yönəlik bir baxışdır. Kecmişi analiz edib gələcəyi təxmin edilməsidir. Layihələşdirmədə də keçmiş hadisələr analiz olunur lakin firma hədəflərinin realaşmasına xidmət etməyəcəksə icra olunmur.

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Menecment. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s