Biznes İnstinkti


Bu ildən başlayaraq kiçik qardaşım da abutryent heyatına start verib. Böyük qardaş kimi özümdə məhsuliyyət hiss edib qardaşımla danışdım. Soruşanda örgəndim ki, o da mənim kimi ikinci qrupa hazırlaşır. Men isə əksinə istərdim ki, atam kimi mühəndis olsun. Təbii sual verdim ki, “nəyə görə ikinci qrup?”. Cavabi ise çox cəld və düşünməmiş oldu “bilmirəm”. Qərara gəldim ki qardaşıma və hayatının qalan hissəsinə təsir edəcək qərar verən digər gənclərə biznes dünyası haqqında kiçik bir məlumat verim.

Menecer olmağı cazib edən şeylər:

  1. Asandır
  2. Gəlirlidir
  3. Havalıdır
  4. Sahibkar qədər risk etmir

Bəli menecer (idarəci) olmaq havalı bir işdir. Sahibkar olmaq üçün iqtisadi faktorkardan (mütəşəbislik,torpaq, kapital, işçi güvvəsi, texnalogiya) ən azindan birinə sahib olmaq lazımdır. Sahib olduğun bu dəyərləri riskə atırsan yəni investisiya edirsən və risqinin əvəzində mənfəət əldə edirsən. Bunun əksinə menecer digərlərinin riskə atdığı resurslar haqqın qərarlar verir və bunun əvəzində mənfəətdən öz payını alır. Üstəlik hər zaman menecerlər göz qabağında olur. Biznes jurnallarında üz qabığında, universitet seminirlarında ən arzulanan insanlar uğurlu menecerlərdir. Cünki bu qrup insanlar adətən təbəqə kecişi edirlər. Orta və aşağı səviyyədə yaşayan bir ailənin övladı vaxt keçir dəniz mənzərəli villa, Mercedes markalı maşın, Vertu markalı mobil telefon,  Montblanc markalı qələm, Rolex markalı saat, Bahali geyimlər və s sahibi olur. Seminarlarının və məqalələrinin əksərində də ilk öncə rastalşdığı cətinliklərdən danışır sonra isə uğurlarından. Əfsuslar olsun ki uğurlar sonda danışıldığı üçün dinləyicinin və oxuyucunun təsuratı da belə qalır sonu nağillardakı kimi gözəl olur. Bunu dinləyən gənc də ona özənir onun kimi həyatını dəyişmək kimi istəklərlə yaşamağa başlayır. Halbu ki həmin menecerin şəxsi kitabxanasına baxsan daya çox batmış (Bankrot olmuş) şirkətlər haqqında kitablar olduğunu görərsən. Bu səbəbdən mən əvvəlcə menecerin əldə etdiklərinən danışdım. Bəli uğurlu menecer olsan bahalı markalar gündəliyin olacaq, hər kəs səni dinləyib perestiş edəcək, başqalarının bir ildə xəriclədiyini siz bir gündə bir imzada xərcləyəcəksiniz. Amma…

Mən 2010-cu ildə Bank işindən məzun olmuşam. Fikirimcə ən elit menecerlər bank sektorunda uğur qazanmış menecerlədir. Bank sektoru insana sonsuz uğur gətirə bildiyi kimi bir dəfə səhv etməyə haqq verir və bu səhv sonuncu səhvin olur. Burada özünən başqa şirkətini də düşünməlisən. Bank sektorunda işləyənlər və Banklar haqqında qanunu bilənlər bilirlər müflis olmuş bankın ən uğurlu menecerinin belə Bank sektorunda şansları nə qədərdir.
Hal hazırda kadrlar şöbəsində işləyirəm. Gündəlik işlərimdən biri də gündəlik qapı göstəricilərini analiz etmək və işçilərin davamiyyətinə nəzarət etməkdi. İş yerini ən gec tərk edən əməkdaşlarımız təxmin edin kimlərdi. Təbii ki, birinci dərəcəli menecerlər. Sıradan işçilər iş yerini 18:00-da menecerciklər 17:00-da terk etdiyi halda birinci dərəcəli menecerlər işi bitdikdə evinə gedir. Uğurlu menecer olmaq istəyirsənsə gecə 10-12lərə qədər işləməyə, körpə uşağına telefonla nağıl danışmağa, evdəkilər yatdıqdan sonra tek iş otağında səhərə kimi işləməyə, dostların toplaşanda sən imtina edib ofisində qalmağa, 24 saat mobil telefonun açıq qalmasına və gecə 3-4də işə qayıtmağa hazır olmalısan. Lakin bunların hamısına razı olsan belə universiteti fərqlənmə ilə bitirsən belə bu sənə uğur gətirəcək demək deyil çünki iki şey var ki bunlar hec bir məktəbdə örgədilmir:

  1. instinqt
  2. bəxt

Menecerlik instinkti insanın genində olmalıdı. Mencerləri qara kimano (pencəkləri nəzərdə tuturlar) geyinən samuraylara bənzədən maraqlı məqalə oxumuşdum bir dəfə. Mən isə menecerləri ovculara oxşatmağı seçərdim. Günlərlə şikarını izləməli olacaqsan, palcığa bulaşacaqsan, şehin üstə yatacaqsan, bedenində yaralar-əziklər olacaq, bəxtin gətirsə şikar qarşına çıxacaq onu ovlayacaqsan, ovunu tək daşıyacaqsan evinə gətirib ailə üzüvlərinə, qohumlara və qonşulara paylayacaqsan. Bəli ən yaxşı tikəni minətdarlıq olaraq sənin qarşına qoyacaqlar, uşaqlar sene qehranam kimi baxacaq, qadının hörmət edəcək, özünü lazımlı hiss edəcəksən amma ən böyük fədakarlığı da sən etməli olacaqsan. Bunlara hazırsan sa uğurlar dostum Allah köməyin olsun.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Menecer and tagged , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s