Vəzifə insanı niyə dəyişir?


Təbii ki burda pisə doğru dəyişiklikdən söhbət gedir. Bu sözləri kiminsə haqqında deməmişdən ilk öncə bir şeyi düşünün: “Adam həqiqətən dəyişib yoxsa sən qısqanırsan”. Əgər bu mərhələdə ədalətli olsan növbəti mərhələdə cavabını tapacaqsan.

Streotiplərin qurbanı olur

Hər kəs məsləhət verməyi sevir. Çox nadir insanlardır ki bilmədiyi şey barəsində məsləhət verməsin. Təcrübəmdən bir tək məhsuliyyəti böyük olduğu halda məsləhət verməkdən çəkindiklərini gördüm insanların. Bu işdədə belədir. Yeni vəzifəsi qalxmış insana evdə ailə üzüvlərindən tutmuş, iş yoldaşlarının özlərinə kimi hər kəs məsləhət verir. Məəsləhət, məşvərət əladır lakin məsləhət alan da özündə məhsuliyyət hiss edib o məsləhətləri ölçüb biçməlidir. Uğur qazanmağın yolları haqqında milyonlarla kitab və məqalə var. Bunların içindən ən düzünü seçmək sənin işindir. Ən böyük səhvlər stretiplərlə yaranır. “Sovetdən qalma nəsilin” idarəetmə anlayışı:

  • İşçiyə üz vermə
  • İşçinlə zarafat eləmə
  • İşçin səndən qorxmalıdı
  • Kimin rəis olduğunu göstər və s.

Unutmayın ki sovet fikirlərini represiya hesabına yalnız 70 il dözə bildi. Məcburiyyətin olmadığı bu dövürdə insanları bu qaydalarla idarə etməyə çalışmaq axmaqlıqdı sadəcə.

Özünü göstərmək

Bizim coğrafiyada müşahidə etdiyim ən böyük problem səbrsizlikdi. İnsanlar hər şeyin təsirini dərhal görmək istəyirlər. Hər şey də bu düşüncəyə uyğunlaşdırılıb. Bu səbəbdəndir yeni vəzifə artımı olan birisi dərhal nələrsə edib rəhbərliyə seçimində yanılmadıqlarını göstərmək istəyir. Halbu ki tələsik səhvlərə yol verir. Nə isə yolunda getməyəndə bunun günahını işçilərində görür və dərhal tədbir tökməyə çalışır. Halbu ki ən ideal ideanın belə qəbul etdirilməsi üçün vaxt lazımdır ki işçilər uyğunlaşa bilsin.

Eqo Qurbanları

Bəzən insanlar eqosunu bəsləmək üçün özünü üstün, lazımlı, əsas hiss etmək istəyir. Savadı imkan vermədikdə isə vəzifəsinin verdiyi gücdən istifadə etməyə çalışır. Belə olduqda isə insan gözdən düşür. Əgər kamanda səni rəhbər kimi qəbul etmirsə sən bu barədə gündə üç dəfə iclas keçirib xatırlatsan da xeyri olmayacaq.

Özünü müdafiyyə mexanizmi

Vəzifə insan bir sıra səlahiyyətlərlə yanaşı, maddi və mənəvi fayda da verir. Vəzifəni itirmək bir yana daha kiçin kabinetə keçmək, masasını daha kiçiyi ilə dəyişdirilməsinin insanlara necə mənfi təsiri üzərində ciddi elmi təcrübələr var, çox şirkətlər bunu cəza metodu kimi istifadə edir. Çox nadirən vəzifəcə böyük olan savadca da ən mükəmməl olur. Əldə etdiyi uğuru əldə saxlamaq üçün bəzən rəhbər işçilər ucuzluğa gedə bilirlər.

Dediyim kimi kimisə mühakimə etmək, xüsusi ilə də cəmiyyət icində mühakimə etməyi məsləhət vermirəm. Əslində bu yazım vəzifəsi artmış uğurlu adamlara məsləhətdir. Cünki işin doğru tərəfini bilməklə yanaşı nələrin sizi uğursuzluğa aparacağını da dəqiq bilməlisiniz. Başqasının səhvi varsa çalış sən eyni səhvə yol verməyəsən. Atamın məsləhətlərindən biridir ki ”Hər şeyin ən incəsi zəif olduğu halda insanın ən kobudu ən zəifidir.” . Ən savadlı olmaya bilərsiniz amma ən sevilən ən hörmətli olmaq sizin əlinizdədir. İnsanların maddi dünyada ən çox ehtiyac duyduğu şeylərə baxsaz görərsiz ki siyahının yarısından çoxu mənəvi şeylərdi. Bu mənəvi dəyərlərin də əksəri pula satılmadığı kimi tamamən pulsuzdur.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in lider, Liderlik. Bookmark the permalink.

2 Responses to Vəzifə insanı niyə dəyişir?

  1. Ilkin Asgarov says:

    Когда у тебя есть только молоток, все похоже на гвоздь.

  2. Bəli İlkin mlm. buna görə də hər şeyi anlayışla qarşılamaq lazımdır ki, saba başqası da səni cəkicləməsin. Kimin sə səhvini görürsənsə özüncün dərs çıxar.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s