İnsanlara Zamin Duran Kağızlar


Son bir ildə qatıldığım müsahibələrin sayını və tanış olduğum insanların adlarını unutmuşam. Bu müsahibələr zamanı özümə tez-tez: “biz neynəyirik axı?”. Çox bacarıqlı insanları çox ucuz səbəblərlə itirmişik. Bu səbələrin ən ucuzu isə sertifikat tələbidir. Bu yazımda bu məsələyə toxunmaq istəyirəm.

Ümumiyyətcə bu kağız parcaları nəyə lazımdır?

Kağız özü üzlüyündə hüc bir məna ifadə etmir.  Önəmli olan bu kağızın üzərində yazılanları kim təsdiq edir. Bir sözlə məlumatın düzlüyünə kim zəmanət veriməsi önəmlidir. Yadımdadır bir ara Azərbaycanda özəl unuversitetlərə etibar yox idi. Səbəbi isə çox sadə idi. Yeni yaranmışdılar, ordaki tədris haqqında az bir kütlənin məlumatı var idi. Geridə qalan tanıdığı, etibar elədiyi və ya başqalarının etibar elədiyi birinə güvənməyə çalışır. Fikrimcə bu işin asan yoludur. Tarixdə savadlı insanların məktəbdən və ya universitetdən qovulmasının bir cox nümunəsi var. Halbu ki, işə götürən özü yoxlamalıdır ki, qarşısındakı insan onun tələbatını ödəyəcək bacarıqdadır ya yox. Elə müsahibələrin də məqsədi budur. Əfsuslar olsun ki, müsahibənin düzgün təşkilini bacaran insanların sayı məhdudur. Əksər müsahibələrdə CV-də yazılan məlumatların təsdiqini istənildiyinin şahidi oldum.

Bu kağızlar nə dərəcədə doğru məlumatı əks etdirir?

Diqqətimi çəkən məqamlardan bir də qiymətləndirmə sisteminin ədalətli olmamağıdır. Məsələn universiteti bitirərkən iki növ diplom var (Qırmızı və Göy), treyninqlərdə iki bəzən isə üç (iştirak, uğur, fərqlənmə). Universitetə girmək universitetdən məzun olmaqdan daha çətindir məzunun isə diplomu olur. Eyni vəziyyət kurslar üçün də də karakterikdir. Başqa bir məsələ xaricdə ad-san qazanmış bir təşkilatın yerli təmsilçiliyini almaq məsələsidir. Kağız eyni olsa da keyfiyyət eyni olmadığı açıq aydındır. Bunun əksinə çox bacarıqlı kursların və məktəblərin verdiyi kağızı isə saymırlar cünki məhşur deyil. Bəli düz nəticəyə gəldiz bu işlər dəb məsələsinə çevrilib.

Məsləhətim

İşçi axtararkən heç vaxt önmühakiməli olmayın. Ən parlaq namizədə belə şüphə ilə yanaşın ən ümüdsiz namizədə belə ümüdlə yanaşın. Baxmaqla görmək arasındakı incə sərhəddi kəşf edin. Bəzən axtardığımız həll heç gözdəmədiyimiz yerdə olur. Kimin imzaladığı sənəd olursa olsun özünüz də yoxlayın. Dəbdən qaçın cünki palaza bürünmüş halda uzaga getmək mümkün deyil. İşçinin dilinə görə dilçəyinin də olub olmadığını yoxlayın. Bəzən hər şey sözdə daha gözəl görünür, bir az savadı olan insan ağır çümlələrdən terminlərdən istifadə edərək özünü savadlı göstərməyə çalışır. İş kankret məsələrin həllinə gəldikdə isə o qədər də performans göstərə bilmir. Eyni zamanda insanlar da var ki, gördüyü işi təsfir etməyini istəsəz izah edə bilməyəcəq lakin işi onun əvəzinə danışacaq. Profesianl olun və profesianallarla işləyin.

Hörmətlə: Elçin Çobanov

Sorğuda iştirak etdiyiniz üçün ayrıca təşəkkür edirik.

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in HR and tagged , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s