İnsanların etimadını itirməkdən sə, pulumu itirməyi secərdim. (Zərərə fərqli baxış)


İşinizi nə qədər yaxşı yerinə yetirməyinizdən aslı olmayaraq iş prosesində hər zaman xətalar baş verir. Xətalar da öz növbəsində şirkətə və ya biznesə zərər verir. Burada diqqət yetiriləsi məsələ isə bu zərərin kim tərəfindən ödəniləcəyidir (Türkcə desək kimə faturalanacak). Bunu müəyyən etmək üçün bu zərərə baxış tərzinizi müəyyənləşdirməyiniz vacibdir. Bu yazımda sizinlə zərərə baxış tərzimi sizinlə bölüşəcəm.

Səbrli olun

Bir işin qısa yolunu axtarmaq əladır. Lakin hər zaman effektli deyil. Bu səbəbdən də öz biznesinizi yaradarkən qısa müddətdə varlanmağa və xeyirlə işləməyə çalışmayın. Çünki bu hər zaman mümkün olmur. Bunun üçün hansısa normalarınızdan kənara çıxmalı olursunuz. Adətən insanlarla tanış olarkən ilk təsürat çox böyük iz buraxır. Bu şirkətlər üçün də keçərlidir. Bu səbəbdən də biznesinizi yeni qurmusunuz sa əvvəlcə calışın ki bazarda adınızı (Markanızı) otuzdura biləsiniz. Bu isə bir başa və ya dolayı (zərərlər) investisiyalar hesabına formalaşır. Zərərlərinizə bir investisiya kimi baxın. Müəyyən məbləğdə pul itkisi əvəzində bir işin olmazlarını, zəif nöqtənizi, risklərinizi örgənirsiniz. Siz onsuz da bu məlumatları almaq üçün profesianallara (auditorlara, meslehetcilərə, treynerlərə və s.) vəsait xərcləyirdiniz. Bu hal isə iki haldan xəbər verir:

  1. Bu profesianallar sizə lazımsız məlumat satır.
  2. Ya da satdıları məlumatdan vacib həll olunası məsələlər var.

Bu səbəbdən də qısa müddətdə investisiyanızı gəlirli etməyi düşünürkən, yeni şansların da qarşısını kəsməyin.

Zərərlərin pozetiv tərəfini görməyə çalışın

Eyni zərər əməkdaşlarınızın etdikləri səhvlərdən yaranan zərərlərə də aitdir. Əgər bir səhv qəsdən yaranmırsa və təkrarlanmırsa bu sizin xeyrinizə olan səhvlərdir. İşçinizlə görüşün bu işin işinizə verdiyi zərərləri ölçün və bunun bir daha baş verməməsi üçün tədbirləri birlikdə düşünün. Unutmayın ki neqativ hallar insanın yadaşında daha dərin iz buraxır. Bu fikir məndə tələbəlik illərimdən formalaşıb. Belə ki ən sevdiyim dərs bir müddət sonra qismən unudulduğu halda təkrar (kəsiri düzəltmək üçün) imtahanan keçdiyim dərslər isə daha dəqiq yaddaşımda iz buraxıb. Bunun əksinə isə sevinc, məmuniyyət müvəqqəti olur və zaman zaman təzələnməyə ehtiyac duyulur. Bir müddət öncə tərifləndiyim mövzular hər gün daha az məmun edir məni. Baxmayaraq ki hər gün etdiyim səhvləri yadıma salıb düşünürəm. Bu səbəbdən də zərərlərinizi bahalı bir dərs kimi görsəniz daha xeyirli nəticələr əldə edəcəyinizi düşünürəm.

Zərərdən xəbərdar idiniz

Zərər bir riskdir və biznesin qızıl qanunlarından biridir ki, risk=mənfəət. Hər bir sahibkar işə başlamamışdan öncə müəyyən risklərə girəcəyini bilir. Lakin bizim risk anlayışımız əksər hallarda çox məhdud olur. Belə ki əksəriyyət risk olaraq sadəcə alıcı (müştəri) tapmamağı görür. Lakin biznes ağırlıqlı təhsili alanlar bilirlər ki risk ayrıca bir elmdir. Riski tanımaq və idarə etmək üçün ən azı bir semester normalda isə 2-5 il arasında təhsil almaq lazımdır. Bu səbəbdən də bir problemi həll edərkən çalışın ki yeni problemlər yaratmayın.

Gələcək qeyri müəyyəndir.

Yuxarda yazılanlar mənim zərərə şəxsi baxışlarımdır. Unutmamaq lazımdır ki çətinliklər müvəqqətidir. çətinliklər aradan qalxdıqda isə onun yerini fərqli şeylər alır. Planlamadan da bildiyimiz kimi biz sadəcə gələcəyi təxmin edərək gələcək barədə müəyyən təsuratlar yaratmağa çalışırıq. Əslində bizə zərər kimi görünən xərclər bizim təxmin edə bilmədiyimiz xərclərdir. Bu səbəbdən də gələcəkdə qarşıladığınız xərcləri müştərinizə, partnyorlarınıza, əməkdaşlarınıza ödətməyin. Belə olduqda hec kəs sizinlə iş görmək istəməyəcək. Əgər sizə sadiq müştəri, partnyor, əməkdaş kütləsi toplamaq istəyirsinizsə onlara qarşı dost mövqe seçin. Belə olduqda isə yeniliklər və proqreslər özlüyündən sizi tapacaq. Əsil lider kimi düşünməyə başlayın. Ətrafınıza “Siz yıxılsaz da biz sizi qaldırıb yolunuza davam etməyinizə kömək edəcəyik” mesajını verin. Belə olduqda onlar da sizin çətin vaxtlarınızda yanınızda olacaqlar. Yıxılma qorxusu olmayan müştəri, işçi, partnyor işindən zövq alacaq gələcək planlarına sizi də daxil edəcək. Şəxsi təcrübəmdən də deyə bilərəm ki, hətta ən savadlı insanlar belə ticari qərarlar verərkən tam rasional olmurlar. Günümüzdə mənəvi dəyərlər çox nadir və bahalı dəyərdi. Mənəvi standartları yüksək olan adamlar və şirkətlər hər zaman gəlirli olurlar.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Menecer, Menecment, Ticarət, İdarəetmə. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s