Yaşlı və Cavan nəsil haqqında fikirlərim


Kollektiv insanın işə olan həvəsində hər zaman güclü təsirə malik olmuşdur. Fərqi yoxdur rəhbər işçisiz və ya tabe olan kollektivinizin bir parcası ola bilmirsiniz sə xəyallarınızın işndə işləyin yenə də narazı olacaqsınız. Bu yazımda sizinlə öz müşahidələrimdən yazacam. Qarşıma çıxan insanları iki yerə bölərdim:

  1. Cavan nəsil
  2. Yaşlı nəsil

Yaşlı nəsilin xarakteri

Ən xoşlamağım tərzlərdən biri insanlar haqqında ümumi danışmaqdır. Baxmayaraq ki 15 yaşımdan əmək fəaliyyətimə başlamışam 10 illik təcrübəm belə mənə insanlar haqqında ümumi fikir deməyə əsas bermir. Mən birgə işlədiyim yaşlıları 3 qrupa bölərdim.

Birinci qrup

Bu qrupa daxil olan insanlar bir an belə olsun  vaxt itirməyən, daima yeniliklərə can atan, daim öz üzərində işləyən insanlardır. Bu insnlarla işləmək mənə hər zaman zövq vermişdir. Güclü nəzəriyyə və illərlə qazanılmış təcrübə bu insanları adətən canlı ensiklapediya edir. Bu cür insanlar əsasən xaricdə təhsil almış, xarici şirkətlərlə işləmiş insanlardırlar. Bu cür inasnlar nəinki gənc nəsillə rəqabətdən qorxmur hətta onları yetişdirib rərabətə hazırlayirlar.

İkinci qrup

Bu qrupa daxil olan insanlar çox güclü idarəcilərdirlər və öz müdrükliyi ilə seçilirlər. Baxmayaraq ki hər sahənin özünə uyğun tələbləri var, liderliyin xarakteri demək olar ki bütün sahələrdə eynidir. Bu qrupun üzüvləri qərar verərkən heç vaxt tələsmir. Bələd olmadığı sahə haqqında qərar verməli olduqda cavan nəsillə məşvərət etməyə çəkinməzlər. Bununla yanaşı avtaritetlərini hər zaman qorumağa nail olurlar. Ətrafında hər zaman məşvərət edə biləcəyi savadlı insanları toplamağı bacarırlar. Özləri karyerada yüksəldikcə ətrafındakıları da onunla eyni dərəcədə irəliləyir.

Üçüncü qrup

Bu qrupa daxil olan insanlar öz vəzifələrinin tələblərini ödəməsələr də müəyyən bir pozisiyaya sahibdirlər və özləri də bunun fərqindədirlər. Bu səbəbdən də ətrafından daha girişkən insanları potensial təhlükə kimi görürlər. Bu cür iqrupun üzüvlərinə nəyisə qəbul etdirməyin iki yolu var. Ya bu şəxsdən daha böyük səlahətlərə malik olmalısan ya da öz fikirini onun fikirindən törəmiş fikir kimi təqdim etməlisən. Bu cür insanlar yeniliklərə daha doğrusu dəyişikıilərə hər zaman açıq olmurlar. Cünki dəyişiklik özü ilə qeyri müəyyənlik gətirir.

Gənc nəsilin xarakterləri

Gənc nəsil çox dəyişik olduğu üçün onları qruplaşdırmaq da çətindir. Lakin gənc nəsilin də icində bir birinə oxşar qruplar var.

Birinci qrup

Bu qrupa daxil olan insanlar çox enerjili, böyük idealları olan, iddialı gənclərdilər. Belə gənclər onlara verilən hər fürsətdə özlərini subut etməyə çalışırlar. Bu gənclər işlərində hər zaman keyfiyyətə üstünlük verirlər. Onlar üçün hər iş yeni bir referansdır. Asanlıqla rəqabətə girir çox vaxt isə kampramisə getmirlər. Digər bir cəhətləri isə bu qrup üçün şəxsi maraqlar ümumi kallektiv maraqlarınan önəmlidir.

İkinci qrup

Bu qrup gənclər ela kamanda oyuncularıdırlar. Onlar hər zaman iş yoldaşlarına kömək etməyə hazırdılar. Bu prup gənclər kollektivin rəqabətini qazanmağı bacaran gənclərdir. Bu cür gənclər əsasən işlədikləri yerdə karyera qurmağa çalışırlar. İşlədikləri kallektivə və məsisəyə qarşı çox sadiqdirlər.

Üçüncü qrup

Bu qrup gənclər mühafizəkar gənckəldirlər. Belə gənclər gənc yaşlarında uğur qazanır və bu uğuru kölgəyə sala biləcək hər şeyə qarşı aqresiv reaksiya verirlər. Yaşlı nəsilin 3-ce qrupunun cavan versiyasıdılar.

Dördüncü qrup

Bu qrup gənclər nisbətən passivdilər. Onların hec bir iddiasi yoxdur. Hər şeyi axarına buraxırlar. Yeniliklərə can atmırlar. Bir müəsisədə uzun müddət eyni pozisiyada işləyə bilirlər. Özləri üzərində işləmirlər. Nisbətən tənbəldirlər.

Qarşınıza nə cür insan çıxır sa çıxsın unutmayın ki, hər bir insan özlüyündə unikaldır və öznə məxsus yanaşma tələb edir.

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s