Haqqımızda

Hərkəsə salam,

Yaşadığımız global əsrdə biznes şərtləri heç olmadığı qədər tələbkar olmaqla yanaşı heç olmadığı qədər gəlirlidir. İş imkanları elə bir səviyyədədir ki, böyük bir dünya kiçik bir şəhər halına gəlib. Günümüzdə dünyanın istənilən iki ən uzaq nöqtəsini 1-2 gündə qət etmək olur. Əvvəllər sadəcə ətrafındakı rəqiblərinlə rəqabətə girdiyin halda indi isə bütöv bir dünya ilə rəqabət etmək məcburiyyətindəsən.  Hətta öz sahəndə bir nömrə olsan belə özün özünlə rəqabət aparmaq məcburiyyətindəsən.
Yeni müstəqil olmuş ölkəmizdə yerli investorları qorumaq üçün bir sıra qərarlar qəbul edilib. Belə ki xarici investorlar tam gücü ilə Azərbaycan bazarında fəaliyyət göstərə bilmir. Bunun da çox sadə izahı var. Yerli biznesin güclənməsi üçün dövlət tərəfindən müəyyən bir vaxt və fürsətlər verilib. Uzaq görən, stratejik düşünməyi bacaran iş adamları bilirlər ki, bu fürsətlər sonsuza qədər olmayacaq. Bu səbəbdən də verilmiş fürsətdən maksimim istifadə edirlər.
Dünya səviyyəli rəqabətin olmaması Azərbaycan bazarında rəqabətin olmaması mənasına gəlmir. Həyat səviyyəsi yaxşılaşdıqca müştərilərin sayı ilə yanaşı tələbləri də artır. İnfarmasıya texnalogiyalarının inkişafi sayəsində artıq insanları aldatmaq mümkün deyil. Bu səbəbdən də biznes dünyasının stimul verici gücü olan rəqabət bizim ölkəmizdə də öz sözünü deməyə başlayıb. Rəqabətdə tab gətirməyin əsası düzgün qərarlar verməkdir. Düzgün qərarlar vermək üçün isə məlumatlı (İnformasiya sahibi)  və düzgün məlumatlandırılmış mütəxəsislərə sahib olmaqdır. Müasir texnalogiya nə qədər inkişaf etsədə insan intelektinə bənzər ikici unikal bir intelekt hələ ki mövcud deyil.
Lakin profisional mütəxəsislərlə işləmək hər bir  müəsisənin istifadə edə biləcəyi lyuks deyil. İstifadə edərkən belə rasional bir müəsisə bu xərcin alternativ xərclərini düşünmək məcburiyyətindədir. Biz “WTA”  CAS olaraq müştərilərimizə iki növ xidmətlər təkliv edirik. Belə ki, siz bizimlə əmakdaşlıq edərək profisional mütəxəsislərimiz sizin işlərinizin icrasını bir başa özləri təşkil edə bilər və ya sizin işlərinizi icra edə biləcək kadrlarınızı yetişdirilməsi ilə məşğul ola bilər. Ən keyfiyyətli işləri ən sərfəli şərtlərlə təklif edəcəyimizdən əmin ola bilərsiniz.

Blog Haqqında

Fkrimcə hər bir fərd və ya firma yaşadığı ölkəyə və millətə hörmət etməli, onun sosial həyatinda aktiv iştirak etməlidir. Bu mənim şəxsi blogumdur burada öz düşüncələrimi və mənə maraqlı gələn karyeramda uğur gətirəcəyini düşündüyüm bir sıra məlumatları sizinlə bölüşəcəm. Eyni zamanda dəyişən bazar şərtlərindən xəbərdar olmaq məqsədi ilə sizlərə müxtəlif sorğular yöndələrcəm.  Nəticədə hər şey mənfəət əldə etməkdən ibarət deyil, mənəvi dəyərlər də var ki bunları heç bir məbləğlə əldə etmək olmur.

Şəxsi və iş həyatınızda uğurlar arzu edirəm. Blogu izləməyə davam edin və təmənnasız təlim (training) əldə etmə şansını qaçırmayın.

Hörmətlə: Elçin Çobanov

Əlaqə:

(+994) 50-257-35-17

Email: elchin.chobanov@gmail.com

2 Responses to Haqqımızda

  1. Dəyərli izləyicilərim,

    Blogun yarandığı gündən bu yana iki ay keçməsinə baxmayaraq artıq 100-lərlə oxuyucu bloga daxil olaraq özünə lazım olan məlumatları tapmağa çalışıb. Sizlərdən aldığım emaillər mənə xüsusi bir ruhlandırıcı təsir göstərir. Bu məktubların çoxu blogun inkişafı ilə bağlı təkliflərdir. Mən bunu çox dəyərləndirirəm. Təbii tənqidlər də var və mən tənqidi fikirlərə etik çərçivədə olduğu müddətdə hörmətlə yanaşıram.
    Bunlardan ən xoşuma gələn tənqid qanunvericiliklə bağlı olan tənqidlərdir. Çox dəyərli dostum irad tutdu ki, məcəllələri copy past edirəm. Əslində mən blogu yaradanda da qeyd etmişdim ki, bildikləri, gördüklərimi siznən bölüşəcəm məcəllələr isə standartdı onların müəlifləri də nəlumdu. Mənim məqsədim sizi onlarla tanış etməkdir. Qaranlıq qalan nöqtələrini şərh (Leave a Reply) hissəsində qeyd edin ki, sizə kömək (izah) edə bilim.

    Hörmətlə: Elçin Çobanov

  2. Dəyərli izləyicilərim,
    Son zamanlarda intensivləşən emailllər onu göstərir ki düz yoldayam. Fikirlərim və verdiyim məlumatlar sizə iş həyatınızda uğur qazandırması məni sevindirən bir haldır. Bu blogu acmaqda və bu sahədə təhsilimi artirmaqda bir nömrəli hədəfim ölkəmdə biznes sferasının yaxşılaşdırılmasında və profesianalların yetişməsində kiçikdə olsa bir rolum olmasını istəməyimdəndir. Bu yolda əlimdən gələni etməyə hazıram.

    Digər bir məsələ artıq bir necə saytlardan yazılarımın öz səhvələrində yenidən yayılması üçün icazə istəmələridir. Bu da məni çox sevindirir. İlərdi iddia olunanın əksinə Azərbaycanda müəlifə və müəllif hüququna hörmət edən və iş etikasını gözəl bilən profesianalların olduğuna bir nişanədər. Bu blogda olan bütün yazılar təkrar yayınlana bilər. Bu əməkdaşlıqdan ən çox oxuyucular fayda görəcəklər. Sadəcə yaydıqdan sonra linki mənə email etsəniz çox sevinərdim.

    Hörmətlə: Elçin Çobanov.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s